Lakier binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi, 39 ünvanında yerləşir. Bina XIX əsrin üçüncü yarısında inşa edilmişdir.
Laskinin binası | |
---|---|
rus. Дом Ласкина | |
47°12′44″ şm. e. 38°56′12″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
1833-cü ildə Taqanroqa Aleksandr Yakovleviç Laskin öz tikinti dəstəsi ilə Taqanroq şəhərinə gəlir. 1840-cı illərdə o, Müqəddəs Mitrofiya kilsəsinin tikintisinə cavabdeh olur. Bu kilsənin yerində Moloko vavilonu yerləşir. Aleksandr Laskin Adeleida Laskinlə ailə qurmuşdur. O, 1857-ci ildən[1] 1880-ci ilə qədər Taqanroq şəhəri, Qreçeskaya 39 ünvanında yerləşən binanın sahibi olmuşdur. Aleksandr Laskin konka yolunun inşasında belə iştirak etmişdir. 1860-cı illərdə Aleksandr Laskin polkovnik rürbəsinə qalxır və əlaqələndirmə yolları üzrə mühəndislər korpusunun sədr müavini olmuşdur. Aleksandr 1888-ci ildə həlak olmuşdur. Bina vərəsə olaraq onun oğlu Qavriil Aleksandroviç Laskinə keçir. O, binaya 1898-ci ilə qədər sahib olur. O, Kazanda Universitetinin bslansında olan arxiologiya, tarix və etnoqrafiya cəmiyyətinin üzvü olmuşdur. Bizans tarixinin yazılmasına maraq göstərirdi.
1900-cu illərdə binaya sahiblik Nikolay Andreeviç Kuznesova məxsus olmuşdur. 1915-ci ildən bina Fedor Stepanoviç Qirsanov və onun ailəsinə məxsus olmuşdur. Fedor Stepanoviç Qirsanov Taqanroq limanının inşasında belə iştirak etmişdir. O, binada olan mənzilləri icarəyə verirdi. Fedor binaya 1925-ci ilə qədər sahib olmuşdur. XXI əsrdə tikili yaşayış binası kimi istifadə edilir.
Bir mərtəbəli bina hündür zirzəmiyə sahib olmuşdur. Kənarları dairəvi formaya malikdir. Binanın pəncərələrinin üzəri yarımdairəvi formaya malikdir. Taqanroq şəhəri Qreçeskaya küçəsi, 39 ünvanının qarşısında Şəhər rəyisinin binası yerləşir[2].