Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lomonosov
Lomonosov (şəhər)
Lomon
Lomon (fr. Lomont) — Fransa kommunası, Franş-Konte regionunda yerləşir. Departament — Yuxarı Sona. Qərbi Erikur kantonuna daxildir. Kommuna rayonu — Lur. == Coğrafiya == Kommuna Parisdən təxminən 350 km cənub-şərqdə, Bezansondan 65 km şimal-şərqində, Vezouldan 35 km şərqində yerləşir.. == Əhalisi == == İqtisadiyyatı == 2010-cu ildə 238 nəfərdən (15-64 yaş) olanlar arasında 164-ü iqtisadi cəhətdən aktiv, 74-ü qeyri-aktivdir (fəaliyyət göstəricisi 68,9%, 1999-cu ildə isə 65,0%). 164 aktiv sakindən 150 nəfər işləyib (89 kişi və 61 qadın), 14 nəfər işsizdir (9 kişi və 5 qadın). 74 qeyri-aktiv arasında 14 nəfər tələbə, 34 nəfər təqaüdçü, 26 nəfəri isə digər səbəblərlə qeyri-aktivdir.. == Əhəmiyyətli yerləri == Kommunanın aşağı hissəsində bulaq və ictimai camaşırxana yerləşir (XIX əsr).
Domokoş Koşar
Domokoş Koşar (mac. Kosáry Domokos; 31 iyul 1913, Banska Ştyavnisa – 15 noyabr 2007, Budapeşt) — 1990-1996-cı illərdə Macarıstan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışmış macar tarixçisi və yazıçısı. == Fəaliyyəti == Domokoş Selmecbanyada anadan olmuş və İkinci Dünya müharibəsi zamanı Macarıstanın Almaniya ilə əməkdaşlıq etməsinə qarşı çıxmışdır. 1956-cı ildə uğursuz Macarıstan inqilabından sonra kommunist rejiminə qarşı çıxdığı üçün həbs olunmuşdu. Domokoş 1990-cı ildə Macarıstan Elmlər Akademiyasının (MEA) prezidenti seçilmiş və 1993-cü ildə ikinci dəfə üç il müddətinə yenidən seçilmişdir. MEA-da daha yeni, daha demokratik qanunlar həyata keçirtmək üçün səy göstərmişdi. MEA-nı tənzimləyən yeni qanunlar 1994-cü ildə Macarıstan Parlamenti tərəfindən qəbul edilmişdir. Domokoş Koşar 15 noyabr 2007-ci ildə 95 yaşında Budapeşt şəhərində vəfat etmişdir.
Lomonosov (soyad)
Lomonosov — rus soyadı. Mixail Lomonosov — Dünya səviyyəli birinci rus alimi-təbiətşünası, ensiklopedist, kimyaçı, fizik. Sergey Lomonosov — Rusiya siyasətçisi. Yuri Lomonosov — Rus dəmir yolu mühəndisi, dünyanın ilk teplovozlarından birinin ixtiraçısı, sosial-demokrat, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsi yanında Döyüş Texniki Qrupunun üzvü.
Lomonosov (şəhər)
Lomonosov (1948-ci ilədək Oranienbaum, rus. Ломоносов, alm. Oranienbaum‎, fin Kaarosta, Rampova) — Rusiya ərazisində yerləşən şəhər. Lomonosov Petrodvorets rayonunun bir hissəsi olaraq bələdiyyə mərkəzi və Sankt-Peterburqun federal əhəmiyyətli şəhəri hesab olunur. Lomonosov şəhərinin Leninqrad vilayətinin tərkibinə daxil olmamasına baxmayaraq, burada Lomonosov və Leninqrad bölgələrinin yerli hakimiyyət orqanları yerləşir. Şəhər Fin körfəzinin sahilində və Karasta çayının mənsəbində yerləşir. Lomonosov mühüm dəniz limanıdır. Oranienbaum və Oranienbaum II dəmir yolu stansiyaları, həmçinin "Martışkino" və "Kronştadskaya koloniya" dayanacaq məntəqələri Oktyabr Dəmir yolunun Baltik dənizi istiqamətində yerləşir. Şəhərin əsası 1710-cu ildə, knyaz Aleksandr Menşikovun şəhərətrafı iqamətgahı olaraq qoyulmuşdur, 1780-ci ildə isə Lomonosova şəhər statusu verilmişdir. Lomonosovda XVIII əsrə aid "Oranienbaum saray-park kompleksi" yerləşir.
Lomonosov bağı
Lomonosov bağı - Sankt-Peterburqun Nevski rayonundakı meydan. Lomonosov bağı plana görə düzbucaqlı formadadır: Matyuşenko zolağı, Babuşkina, Polyarnikov küçələri və Somov zolağı ilə məhdudlaşır. Bağın yerləşdiyi ərazidə XX-ci əsrin əvvəllərində Transfiqurasiya qəbiristanlığı var idi. Yerli tarixçilər qəbiristanlığın mövcudluğunu İmperatorun Farfor zavodu ilə əlaqələndirirlər. Məzarlığın bir hissəsi Babuşkina küçəsində yerləşirdi,sonradan küçənin adı dəyişib Vinoqradovski meydanı oldu. Lomonosov bağı ərazisində 21 dekabr 1970-ci ildə Nevsko-Vasileostrovskaya xətti üzrə Lomonosov metro stansiyası istifadəyə verilmişdi. Məzarlıq ərazisində ağacların məhv edilməsi və Makromir kompaniyasının kommersiya mərkəzinin tikilməsini nəzərdə tutması ilə məşhur oldu.2008-ci ilin aprelin sonu mayın əvvəli burada hasar tikdilər daha sonra ağacları kəsdilər. 2009-cu ilin yanvar ayının 28 də məlum oldu ki,tikinti ləğv edilib və hasar dağıdılacaq. 27 yanvar 2015-ci ildə Lomonosov bağı ərazisində (Matyuşenko zolağı tərəfdən) Tanrının Transfiqurasiyasının müvəqqəti məbədi ibadətgahı qoyuldu. Lomonosovskaya metro stansiyasının foyesində tikinti zamanı dağıdılan Nevskaya Zastavanın arxasında,2006-cı ildə Müqəddəs Ruhun Enişi kilsəsinin yenidən qurulması ideyası yaranıb.
Lomonosov cərəyanı
Lomonosov cərəyanı — Atlantik okeanının Ekvatorial qurşağından keçən soyuq dəniz cərəyanı. Bu cərəyan Atlantik okeanında 14 aprel — 7 iyul 1959-cu il 5-ci sovet elmi-araşdırma ekspedisiyası Mixail Lomonosov gəmisində tətqiqat işi apararkən aşkarlanmışdır. Ekvatorun 30° q. uzunluğunda, Cənubi Passat cərəyanının sərhədi boyunca şərq istiqamətində hərəkət edir. Orta sürəti 96 sm/s, maksimal sürəti isə 119 sm/s təşkil edir. Lomonosov cərəyanı 200 km enə və 150 m dərinliyə sahibdir. Bu cərəyan Braziliya sahillərindən başlayır (5° c. e) və Qvineya körfəzi ahillərinə kimi davam edir. Cərəyanın ən güçlü hissəsi 50-125 metr dərinlikdən keçir. Cərəyanın temperaturu 20°С-dir.
Lomonosov silsiləsi
Lomonosov silsiləsi — Orta-Okean silsiləsinin tərkib hissəsinə daxil olan sualtı dağlar. Silsilə Şimal Buzlu okean daxilində yerləşir. Silsilə Mixail Lomonosovun şərəfinə adlandırılmışdır. Lomonosov silsiləsi demək olar ki, Şimal qütbündən keçir. Silsilə Yeni Sibir adalarından başlayaraq Kanada Arktik arxipelaqının tərkibinə daxil olan Elsmir adasına qədər uzanır. Onun uzunluğu 1800 km təşkil edir. Eni 60–200 km arasında dəyişir. Okean dibindən hündürlüyü 3300 – 3700 m arasında dəyişir. Səthə ən yaxın dərinliyi 954 metrdir. Silsilə 1948-ci ildə sovet alimləri tərəfindən aşkarlanmışdır.
Lomonosov yarımadası
Lomonosov yarımadası (rus. Полуостров Ломоносова) — Rusiyanın Primorsk diyarı ərazisində yerləşən yarımada. Amur körfəzinin qərb sahillərində yerləşir və burada Pereviznaya buxtası və Narva buxtasını əmələ gətirir. Yarımadada Stenin və Toerek burunları yerləşir. Cənub-qərbində Sapliçya laqunu qərarlaşır. Materikə qumlu bərzəxlə birləşir. Ərazisi təpəlikdir. Yarımadanın müəyyən hissəsi bataqlıqdır. Maksimal hündürlüyü 85 metrdir. Ərazisində meşəliklər müşahidə edilir.
Lomonosov şəhəri
Lomonosov (1948-ci ilədək Oranienbaum, rus. Ломоносов, alm. Oranienbaum‎, fin Kaarosta, Rampova) — Rusiya ərazisində yerləşən şəhər. Lomonosov Petrodvorets rayonunun bir hissəsi olaraq bələdiyyə mərkəzi və Sankt-Peterburqun federal əhəmiyyətli şəhəri hesab olunur. Lomonosov şəhərinin Leninqrad vilayətinin tərkibinə daxil olmamasına baxmayaraq, burada Lomonosov və Leninqrad bölgələrinin yerli hakimiyyət orqanları yerləşir. Şəhər Fin körfəzinin sahilində və Karasta çayının mənsəbində yerləşir. Lomonosov mühüm dəniz limanıdır. Oranienbaum və Oranienbaum II dəmir yolu stansiyaları, həmçinin "Martışkino" və "Kronştadskaya koloniya" dayanacaq məntəqələri Oktyabr Dəmir yolunun Baltik dənizi istiqamətində yerləşir. Şəhərin əsası 1710-cu ildə, knyaz Aleksandr Menşikovun şəhərətrafı iqamətgahı olaraq qoyulmuşdur, 1780-ci ildə isə Lomonosova şəhər statusu verilmişdir. Lomonosovda XVIII əsrə aid "Oranienbaum saray-park kompleksi" yerləşir.
Mixail Lomonosov
Mixail Vasilyeviç Lomonosov (8 (19) noyabr 1711 – 4 (15) aprel 1765, Sankt-Peterburq[…]) — dünya səviyyəli birinci rus alimi-təbiətşünası, ensiklopedist, kimyaçı, fizik. Vaxtilə fiziki kimyayaya indiki dövrün tərifinə çox oxşayan anlayış verib və fiziki-kimyəvi tədqiqatların geniş proqramını işləyib.. Onun istiliyin molekulyar-kinetik nəzəriyyəsi indinin materiya quruluşu barədə təsəvvürlərin əsasını qoydu, onun sayəsində bir sıra fundamental fiziki qanunlar işləmək mümkün oldu..Şüşə haqqında elmin əsasını qoyub. O həmçinin astronom, cihaz nəzəriyyəçisi, coğrafiyaçı, metallurq, geoloq, şair, rəssam, tarixçi olub, müasir rus dilinin əsasını qoyub. Rusiya təhsil sisteminin, elm və iqtisadiyyatının inkişafına dair bir sıra layihələr hazırlayıb. Sonradan onun adı ilə adlandırılan Moskva Universitetinin təsisi təklifini irəli sürüb. venera planetinin atmosferinin mövcudluğunu kəşf edib.. == Elmi fəaliyyəti == M. Lomonosov özünün fəaliyyətində elmin bütün əsas sahələrini əhatə edə bilib. Onları əsaslı şəkildə işləyib, dərinliyinə vara bilib. Onun elmi nəticələri hətta indi də müasir elmdə aktual olaraq qalır.
Domokos döyüşü
Domokos döyüşü (türk. Dömeke Savaşı) Osmanlı imperiyası ilə Yunanıstan krallığı arasında baş vermiş döyüşdür. Bu döyüş Yunan-Türk müharibəsinin (1897) bir hissəsi olmuşdur. == Zəmin == Yunanıstan Krit adasını birləşdirməyə cəhd etdikdən sonra Osmanlı limanı Yunanıstana müharibə elan etdi. Elassonada (türk. Alasonya) Osmanlı ordusunun komandanı Ədhəm paşa idi (sonradan o, Qazi titulu qazandı). O, Osmanlı ordusunun gənc generallarından biri idi (o zaman 46 yaşı vardı) və onun təyin olunması çoxlarını çaşdırmışdı. Yunan ordusunun komandanı Şahzadə Konstantin idi. Domokosdakı Osmanlı ordusu 45000, Yunan ordusu isə 40000 nəfər idi. Yunanıstan tərəfdən həm də Rikiotti Qaribaldinin başçılığı altında 2000 italyan nizamsız əsgəri var idi.
Akademik Lomonosov AES
"Akademik Lomonosov" AES (rus. Академик Ломоносов) — dünyanın ilk üzən atom elektrik stansiyası. Rusiyaya məxsus bu gəmi məşhur riyaziyyatçı alim Mixail Lomonosovun adını daşıyır. İnşasına 2007-ci ildə başlanılmışdır. Gəminin uzunluğu 144, eni isə 30 metrdir. 21.500 ton ağırlığı olan gəminin 69 nəfərlik ekipajı var. Gəmi vasitəsilə Severodvisk və Sevmaş qəsəbələrinin elektrik enerjisi ilə təmin edilməsi planlaşdırılmışdır.
Aleksey Mixayloviç Romonov
Aleksey Mixayloviç Romanov (Tişayşi) (rus. Алексей Михайлович Романов (Тишайший), Aleksey Mixayloviç Romanov (Tişaşiy), mənası – "Ən sakit"; Алеѯі́й Мїха́иловичъ, Rusca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ɐlʲɪkˈsʲej mʲɪˈxajləvʲɪtɕ]]]; 19 (29) mart 1629, 17 (27) mart 1629, 10 (20) mart 1629 və ya 29 mart 1629, Moskva – 29 yanvar (8 fevral) 1676 və ya 8 fevral 1676, Moskva) — Romanovlar sülaləsindən ikinci Rusiya çarı. == Fəaliyyəti == Aleksey, Romanov sülaləsinin 1613-45 arasında hökm sürən ilk çarı Mixail idi. On altı yaşında taxta çıxmazdan əvvəl, qayını Boris İvanoviç Morozov'dan, ancaq oxuyub yazacaq qədər, səthi bir təhsil aldı. Hökmdarlığının ilk illərində dövlət işlərini Morozov idarə edirdi. Amma maliyyə böhranın və duz vergisinin artırılması nəticəsi olaraq 1648-ci ildə Moskvada bir qiyam çıxınca, Aleksey, Morozovu sürgünə göndərmək məcburiyyətində qaldı.Bundan sonra Şahzadə N. I. Odoyevski, Patriarx Nikon, Afanasi Lavrentyeviç Ordin-Naşçokin, Matveyev kimi danışmanlarının təklifi istiqamətində 1649da serfliği meşrulaştıran qanunlar (Sobornoye Uloojeniye) çıxardı. 1654-67 arasında Polonya'yla, 1656-61 arasında İsveçli müharibələr idi. Ukraynanın Dinyeper Çayının və Kiyevdə şərqində qalan hissəsini (1667) aldı. Ayrıca, Nikon'un Rus Ortodoks Kilsəsində əhəmiyyətli bir məzhəb bölünməsinə gətirib çıxaran islahatlarını dəstəklədi. 1662'de şəhərlərdə baş verən qiyamı və 1667-71də Stenka Razin liderliyindəki kəndli ayaklanmasıyla doruğa çatan xalq hərəkətlərini basdırdı.
Lomonosov adına Moskva Dövlət Universiteti
M. V. Lomonosov adına Moskva Dövlət Universiteti (rus. Московский государственный университет имени М. В. Ломоносова) və ya qısaca MDU (rus. МГУ) — Rusiyanın aparıcı və böyük ali məktəblərindən biri, qədim universitet ənənələrinə malik nüfuzlu elm və mədəniyyət mərkəzi. MDU doqquz elmi-tədqiqat institutu, 40 fakültə, 300-dən çox kafedra və çox sayda xarici ölkədə filial (o cümlədən, İsveçrə və Azərbaycanda). Universitetdə 32.5 min tələbə, 4.5 min aspirant, doktorant, tədqiqatçı və 10 min hazırliq şöbəsini dinləyicisi, ümumilikdə 47 min nəfər təhsil və elmlə məşğul olur. Fakültə və elmi-tədqiqat mərkəzlərində 4 min professor və müəllim, 5 minə yaxın elmi işçi çalışırır. Köməkçi və xidmətçi personalın sayı təxminən 15 000 nəfərdir. 1992-ci ildən MDU-nun rektoru fizika-riyaziyyat elmləri doktoru, akademik Viktor Antonoviç Sadovniçidir.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
M. V. Lomonosov adına Moskva Dövlət Universiteti (rus. Московский государственный университет имени М. В. Ломоносова) və ya qısaca MDU (rus. МГУ) — Rusiyanın aparıcı və böyük ali məktəblərindən biri, qədim universitet ənənələrinə malik nüfuzlu elm və mədəniyyət mərkəzi. MDU doqquz elmi-tədqiqat institutu, 40 fakültə, 300-dən çox kafedra və çox sayda xarici ölkədə filial (o cümlədən, İsveçrə və Azərbaycanda). Universitetdə 32.5 min tələbə, 4.5 min aspirant, doktorant, tədqiqatçı və 10 min hazırliq şöbəsini dinləyicisi, ümumilikdə 47 min nəfər təhsil və elmlə məşğul olur. Fakültə və elmi-tədqiqat mərkəzlərində 4 min professor və müəllim, 5 minə yaxın elmi işçi çalışırır. Köməkçi və xidmətçi personalın sayı təxminən 15 000 nəfərdir. 1992-ci ildən MDU-nun rektoru fizika-riyaziyyat elmləri doktoru, akademik Viktor Antonoviç Sadovniçidir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və ya qısaca MDU Bakı filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Filialın yaranması haqqında razılaşma Rusiya Federasiyasının təhsil və elm naziri Andrey Fursenkonun 2007-ci ilin martında Azərbaycana səfəri zamanı əldə edilimişdı. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti rəhbərliyinin təklifi və Аzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvar 2009-cu il tarixli sərəncamına əsasən yaradılıb. Filial rəsmi surətdə 27 fevral 2009-cu ildə açılıb. Filialın açılması ölkə daxilində dünyanın ən nüfuzlu universitetlərinin birində təhsil almağa və Rusiyanın tanınmış almləri ilə Azərbaycan elminin sıx əlaqəsinə şərait yaradır. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru filologiya elmləri doktoru, professor Nərgiz Paşayevadır. == Fakültələr == 2022/2023 tədris ilində filialda 7 fakültə fəaliyyət göstərir: Filologiya Fizika Tətbiqi riyaziyyat Kimya Psixologiya İqtisadiyyat Management Gələcəkdə fakültələrin və tələbələrin sayının artacağı gözlənilir.