Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Evgeniya Lopata
Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi. == Həyatı == Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur. Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır. 2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir. 2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir. Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.
Yevgeniya Lopata
Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi. == Həyatı == Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur. Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır. 2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir. 2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir. Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.
Boyat
Boyat (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Boyat (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Boyat (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Corat
Corat — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati-ərazi vahidində qəsəbə. Sumqayıtın Xəzər sahilində yerləşən qəsəbəsidir. Corat qəsəbəsi Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizin qərb sahilində, düzənlikdə yerləşir. Mənbələrə əsasən Corat kəndi eramızın V-VII əsrlərində meydana gəlmişdir. Hal-hazırda qəsəbənin ərazisi 225,6 ha-dır, amma keçmişdə ərazisi çox böyük olmuşdur. Orta temperatur yanvarda 3,1C, avqustda 24,9C-dir. Havanın ən aşağı temperaturu -13C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40C avqust ayında qeydə alınıb. İllik yağıntının miqdarı 185 mm-dir. Corat qəsəbəsi üçün şimal küləyi – xəzri və cənub küləyi – gilavar xarakterlidir. 2008-ci ilin aprelin 1-i vəziyyətinə görə Corat qəsəbəsinin əhalisi 8,8 min nəfərdir.
Kohat
Kohat — Pakistanın Hayber-Paxtunxva əyalətində şəhər. Şəhərin əsası 15-ci əsrdə qoyulub. Əhalisi təxminən 229 min nəfərdir. Şəhər Pakistanda əsasən "Puştun dairəsi" olaraq anılır.
Lobata
Lobata (lat. Lobata) — heyvanlar aləminin daraqlılar tipinin tentaculata sinfinə aid heyvan dəstəsi.
Lobaç
Lobaç (həmcinin Obaç Şorin dağları, tatar. Лабач, yerli adı tatar. Айгыр-тау) — Tatarıstanın Kamsk-Ust rayonu ərazisində, Volqanın sağ sahilində, Kama cayı ilə birləşdiyi yerin qarşı tərəfində yerləşən yüksəklik 1991-ci ildə lanşaft yazaqlığı elan edilmişdir. == Fiziki-Coğrafi xüsusiyyətləri == Dağ öz növbəsində tənha bir qayanı xatırladır. Zirvənin yüksəkliyi 136 metrdir. Zirvə Kamsk Ust qəsəbəsindən cənub-şərqdə yerləşir. Bəzi mənbələrdə Boqorod dağlarına aid edilir. Sahəsi 241 ha-dır. Dağ öz növbəsində bir lanşaft, tarixi və geoloji bir abidədir. Burada dolomit və əhəng daşı materiallarını görmək olar.
Lokaut
Lokaut — İşçilər tərəfindən keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədi ilə mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır.
Lolot
Lolot, və ya İstiot-lolot (latın dilində:Piper lolot) — İstiota oxşar bitki növlərindən biridir. Lolot ağ gülləri, hündürlüyü 45–60 sm olan bitkidir. Cənub-Şərqi Asiyada yetişdirilən Lolot bitkisinin vətəni Hind-Çin yarımadasıdır. Vyetnam, Laos, və şimal-şərqi Tailand sakinlərinin mətbəxlərində ət yeməklərinin hazırlanmasında lolot bitkisinin yarpaqlarından geniş istifadə olunur, həmçinin bu bitkinin yarpaqları ABŞ-də yaşayan Laos və Vyetnam icmaları üçün ixrac olunur Bundan başqa, lolot yarpaqlarından ilan sancması, soyuqlama, mədə qıcqırmaları zamanı müalicə, həmçinin kosmetika məqsədilə istifadə olunur.
Lonas
Lonas (lat. Lonas) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lonas annua (L.) Vines & Druce Sinonim Achillea inodora L. Athanasia annua L. Lonas annua (L.) Grande Lonas inodora (L.) Gaertn.
Loqar
Lorut
Lorut — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Loğaz
Loğaz — əsasən xalq satirası ilə bağlı termin. Satirik ruhlu əsərlərdə müəyyən bir hadisənin, yaxud şəxsin bilavasitə onun öz dili ilə lağa qoyulması loğaz adlanır. "Azərbaycan dilinin izahlı lüğəti"ndə loğaz həm də "istehza", "rişxənd", "masqara", "ələ salma" və "ağzına gələni danışma", "boş-boş danışma", "uydurma, yalan söyləmə" kimi qeyd edilir. "Loğaza qoyulmaq" isə "ələ salınmaq", "masqaraya qoyulmaq" kimi verilir. Məsələn: Loğazdan XX əsrin əvvəllərində — satirik şairlərimizin yaradıcılığında xüsusən geniş istifadə edilmişdir. Məsələn, Sabir xalqı geriyə sürükləyənləri, hər vasitə ilə milli intibaha mane olanları onların öz dili ilə ifşa edərək satiralarında loğazın klassik nümunələrini yaratmışdır: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Loşan
Lövşan — İranın Gilan ostanında yerləşən şəhər. Lövşan əhalisinin əksəriyyətini lurlar, azərbaycanlılar və ləklər təşkil edir.
Toqat
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. == Xarici keçidlər == "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Çopak
Çopak (mac. Csopak) — Macarıstanın Vesprem medyesində Balaton gölünün ətrafında yerləşən kənd. Ənənəvi üsullarla istehsal edilən şərabına görə daha çox tanınır. Çopakda çimərliyi Macarıstanın ən çox turist qəbul edən məkanlarından biridir. Çimərliyin ətrafı qumla örtülmüşdür. Kənddə avqust ayları ərzində şərab günləri keçirilir. Mərasimlərdə xalq musiqisi ifa olunur və yerli sakinlər tərəfindən Çopak mətbəxinin müxtəlif təamları turistlərə təqdim edilir.
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Adriana Lopez
Adriane Lopes (26 iyun 1976) — Campo Grande şəhərinin meri olan braziliyalı hüquqşünas. == Bioqrafiya == Adriane 29 iyun 1976-cı ildə Gisleni Garcia Barbosa və Antonio Ferreira Barbosa'nın qızı olaraq anadan olub. O, atasının dondurma fabrikində işləyirdi. Bundan əlavə, o, dörd il Braziliyada Penitensiar Sistemin Administrasiyası üzrə Dövlət Agentliyində (Agepen) işləyib. Hüquq və İlahiyyat ixtisası üzrə təhsil almış hüquqşünas və dövlət idarəçiliyi və şəhər idarəçiliyi üzrə magistr dərəcəsinə malikdir. O, Braziliya Məşqçilik İnstitutu (IBC) tərəfindən Məşqçi və Lider Məşqçidir. == Şəxsi həyat == O, braziliyalı siyasətçi Lidio Lopes ilə evlidir və onların 2 övladı var: Bruno və Matheus Lopes.
Ani Lorak
Ani Lorak (ukr. Ані Лорак; əsl adı: Karolina Miroslavovna Kuek – ukr. Кароліна Мирославівна Куєк; 27 sentyabr 1978, Kitsman, Çernovitsk, Ukrayna SSR, SSRİ) – Ukrayna estrada müğənnisi, Ukraynanın xalq artisti (2008). == Həyatı == Ani Lorak 27 sentyabr 1978-ci ildə Ukraynanın Çernovitsk vilayətinin Kitsman şəhərində anadan olmuşdur. O, 10 albom, 2 sinql, 1 bioqrafik videofilm və 24 videoklipin sahibidir. Ən böyük uğuru 2008-ci ildə Ukraynanı Avroviziya Mahnı Müsabiqəsində "Shady Lady" mahnısı ilə təmsil edərək qazandığı 2-ci yerdir.Ani Lorak 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin aparıcısı olmuşdur. Türk iş adamı ilə evli olub boşanmışdır və bu evlilikdən bir qızı var. == Ümumi == Ani Lorakın şəkli "Cosmopolitan", "FHM", "Viva" kimi jurnalların üz qabığını bəzəmişdir. Ani Lorak həmçinin "Schwarzkopf & Henkel" kosmetik firmanın siması sayılır. Müğənni xeyirxah işlərlə də məşğul olmağı unutmur.
Boyat (Ağcabədi)
Boyat — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Boyat kənd inzibati ərazi dairəsində kənd. Keçmiş Bayat nahiyəsinin mərkəzi. == Tarixi == Boyat (Bayat, Bəyat) – "Kitabi-Dədə — Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran – Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX–X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir. Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur.
Boyat (Neftçala)
Boyat — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Boyat (Bayat , Bəyat ) – "Kitabi-Dədə – Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran –Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir. Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır.
Boyat (Ucar)
Boyat — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.Ucarın ən inkişaf etmiş kəndlərindəndir == Tarixi == Boyat (Bayat , Bəyat ) – "Kitabi-Dədə – Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran –Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir.Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir. Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. == Etimologiyası == Ucar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.
Boyat bələdiyyəsi
Boyat bələdiyyəsi (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda bələdiyyə. Boyat bələdiyyəsi (Neftçala) — Azərbaycanın Neftçala rayonunda bələdiyyə. Boyat bələdiyyəsi (Ucar) — Azərbaycanın Ucar rayonunda bələdiyyə.
Cenifer Lopez
Cennifer Linn Lopez (ing. Jennifer Lynn Lopez; 24 iyul 1969[…], Bronks, Nyu-York) — əsasən J. Lo ləqəbi ilə tanınan ABŞ müğənnisi, aktrisası və rəqqasəsi. İspan dilli amerikalı aktrisa hesab olunur, həmçinin müğənni və maneken kimi də fəaliyyət göstərir. Dünya üzrə 55 milyondan artıq musiqi diskini satıb. 1998-ci ildə Qarışqa Zed cizgi filmində "Atsteka" personajını səsləndirmişdir. == Həyatı == Cennifer Lopez 1969-cu il iyulun 24-də Cənubi Bronksda doğulub. Valideynləri Qvadelupa Rodriqes və David Lopez Puerto-Rikodan gəlmiş mühacirlər olublar. Cenniferin özündən böyük Linda və Lesli adlı iki bacısı var. Ailə kasıb yaşasa da, valideynləri qızlarını təmin etməyə və küçənin təsirindən qorumağa çalışıblar. Bu məqsədlə də Qvadelupa və Devid pul yığaraq Cenniferi katolik məktəbinə göndəriblər.
Centaurium lomae
Kiçik qızılçətir (lat. Centaurium erythraea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 35-40 sm-dir. Kökü böyük olmayan, zəif inkişaf edən, gövdəsi düzqalxan, tək və ya bir neçə saylı, dördtilli, yuxarı hissəsi çəngəlşəkilli budaqlanaraq yuxarıya doğru istiqamətlənmişdir. Gövdədə yarpaqları qarşı-qarşıya, oturaq, uzunsov-neştərşəkilli, uzunluğu 3 sm, damarları yaxşı görünən, kök üstündə olan yarpaqları və çətiri vardır. Çiçəyin uzunluğu 1,5 sm, tünd-çəhrayı rəngli olub, çətirçəkilli-süpürgəvari hamaşçiçəkdir. Adətən ömrünün 2-3 ilində çiçəkləyir. Gövdəsi yarpaqlı və çiçəkli olmaqla, düzqalxan, tək və ya budaqlanan, yaşıl və ya sarımtıl-yaşıl, çılpaq, oyuqlu, qabırğalı, uzunluğu 10-30 sm, qalınlığı isə 2mm-dir. Kökətrafı yarpaqları uzunsov-tərsyumurtaşəkilli, küt, əsasından daralmış, uzunluğu 4 sm, qalınlığı isə 2sm-dir. Yarpaqları oturaq, qarşı-qarşıya, uzunsov-neştərvari, itiuclu, bütövkənarlı, çılpaq, qalxanşəkilli-süpürgəvari, çiçəkləri isə çəhrayı-bənövşəyidir.