Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güdəyli
Gideyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gideyli kəndi Dağətəyi ərazidə yerləşir. Kəndin adı XIX əsrdə Haputlu Gideyli kimi qeyd olunmuşdur. Haputlu adlı kəndlərin əhalisi Quba qəzasından gəlmələrdir. Orta Asiyanın şərqində qırğız buqu qəbiləsində, həmçinin Altayda xemçik tuva tayfası tərkibində gedey tayfa adına rast gəlinir. Bu da oykonimin türk mənşəli tayfa adından yarandığını sübut edir. Sonralar adın əvvəlindəki Haput sözü düşmüşdür. == Əhali == Əhalisi 305 nəfərdir ki onunda 140 nəfəri kişi, 165 nəfəri qadındır.
Güneyli
Güneyli (Cəlilabad) — Azərbaycanda kənd. Güneyli (Ərdəmli) — Türkiyədə kənd.
Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Muzeylır
Muzey (yun. μουσεῖον) — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi müəssisə. Cənubi Azərbaycanca Əcaibxana (az-əbcəd. عجايبخانه‎‎) da adlanır. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Muzey əslində elm, maarif müəssisəsidir. Ona sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyildir. Muzeylər mahiyyətinə görə müxtəlif təmayüllü olurlar. Məsələn, dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq və s. Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər, qalalar sayılır.
Mələkli
Mələkli — İğdır ilinin İğdır ilçəsində belde. == Coğrafyası == Bələdiyyənin qüzeyində Evci, Tacirli və Özdəmir; şərqində Qaraqoyunlu və Göyçəli; qərbində Ağyumaq və İğdır; güneyində isə Aşağıərhacı yer alır.
Siləyli
Siləyli (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Siləyli (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd.
Quləli
Qul Əli — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. Qul Əli (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Quləli (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Quləli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Leyli
Leyli — bir çox Yaxın Şərq xalqlarının folklorunda yayılmış "Leyli və Məcnun" haqqında dastanların qəhrəmanıdır. Yazılı ədəbiyyatda Leyli obrazı ilk dəfə Nizami Gəncəvi tərəfindən istifadə edilmiş, daha sonra Nizaminin təsiri ilə həmin mövzuda əsərlər yazmış şairlər tərəfindən istifadə olunmuşdur. Leyli həm də, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında yazılmış "Leyli və Məcnun" operasının əsas qəhrəmanlarından biridir. Operada soprano səs olan Leyli rolunun ilk ifaçısı Əbdürrəhman Fərəcov olmuşdur. Kinematoqrafiyada Leyli obrazını, 1961-ci ildə çəkilmiş Leyli və Məcnun filmində aktrisa Kima Məmmədova, 1982-ci ildə çəkilmiş Nizami filmində isə Gülnarə Sayalıyeva canlandırmışlar. == Nizaminin "Leyli və Məcnun"unda == Nizami Leyli obrazında gözəlliyə məhəbbəti tərənnüm etmişdir. Bu gözəlliyin məzmuu və mündəricəsi olduqca genişdir. O, şüur, əxlaq, ənənə gözəlliyi, həyat və yaşamaq gözəlliyidir. Məcnun şerlərində tərənnüm olunan bu gözəlliyi cəmiyyət də dərk etməlidir və bu gözəllikdən zövq almaq üçün əvvəlcə poeziyanın, sənətin gözəlliyini duymalıdır, həyat həqiqətlərini bu poeziyadan əxz etməlidir. Nizami əsərdə Leylini canlı sənət nümunəsi kimi təsvir edir: Nizaminin təsvirinə görə Leylinin saçından bənövşə qıvrım verərdi.
Fales (Miletli)
Miletli Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən tezi e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Gileyli məscidi
Giləhli məscidi
Güneyli (Cəlilabad)
Güneyli, Badamağac (?-2015) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Badamağac kəndi Güneyli kəndi adlandırılmışdır.
Miletli Aspasiya
Aspaziya ya da Miletli Aspaziya (yun. Ἀσπασία; e.ə. 470, Milet – e.ə. 400, Afina) — Afinalı dövlət xadimi Perikllə olan əlaqəsi ilə tanınmış Miletli qadın. Həyatı haqqında çox az məlumat vardır. Yetkinlik dövrünün böyük hissəsini Afinada yaşayan Aspaziyanın, Periklə və Afina siyasətinə təsir etməsi mümkündür. Platon, Aristofan, Ksenofont ilə birlikdə dövrün digər yazıçılarının əsərlərində ondan bəhs edilmişdir. Antik yazıçılar Aspaziyanın eyni vaxtda bir fahişəxana işlətdiyini və fahişə olduğunu da yazmışlar. Ancaq bu məlumatların, Perikli alçaltmağa çalışan komik yazıçılar tərəfindən irəli sürüldüyünü söyləyən müasir tarixçilər tərəfindən mübahisəli məsələ kimi təqdim edilir. Hətta, bəzi tədqiqatçılar Aspaziyanın hetera ya da fahişə olduğu haqqındakı tarixi ənənəni şübhə altına alaraq, Perikllə evlənmiş ola biləcəyini də irəli sürməkdədir.
Miletli Fales
Miletli Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən tezi e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Miletli Hekatey
Miletli Hekatey (q.yun. Ἑκαταῖος, lat. Hecataeus Hecataeus, təxm. e.ə. 550—490) — qədim yunan tarixçisi və coğrafiyaşünası, Herodotun ən yaxın sələflərindən və istinad etdiyi ədəbi qaynaqlardan biri. == Həyatı == Bizans lüğəti - Sudada Hekatey haqda deyilir: "Hekatey, Miletli Gegesandrın oğlu. Kambisdən sonra hakimiyyətdə olan Daranın dövründə, Miletli Dionisi ilə eyni vaxtda, 65-ci olimpiadada [qeyd: e.ə. 520-516-cı illər] yaşamışdır. Tarixçidir. Ondan sonra yaşamış Halikarnaslı Herodot ona istinad edir.
Mələkli ev
Mələkli ev — Bakı şəhərində, Nigar Rəfibəyli küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində yerləşən üçmərtəbəli bina. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. == Haqqında == Bu ev 1893-cü ildə milyonçu Sergey Tumayevin sifarişi ilə tikilib, tarix binanın kartuşunda döyülüb. Binanın damında cəmi dörd mələk var. İkisi meydana, ikisi isə arxaya, Xaqani bağına tərəf baxır. Keçmiş dövrlərin tədqiqatçıları hesab edirlər ki, mələklər burada "elə belə deyil, bunun mənası var". İki versiya mövcuddur: birinci versiyaya görə, mələkləri Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi münasibətilə qoyublar; ikinci versiyaya görə isə, mələklər Sergey Tumayevin dənizdə batan qohumları Qriqori Tumayev və onun xanımının xatirəsinə həsr olunub. Evin üstünə döyülən hərflər isə heç də rus əlifbasının "ТС" deyil, latın qrafikasının "TG" hərfləridir, yəni Tumayev Grigori. 2000-ci ildə baş verən zəlzələ zamanı mələklərdən birinin başı və çiyninin bir hissəsi qopub düşüb. Hadisə qurbansız ötüşüb.
Siləyli (Qəbələ)
Siləyli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Vəndamçayın yaxınlığındadır. Yaşayış məntəqəsi siləyli nəslinin adını daşıyır. == Coğrafiyası == Siləyli. Tarixdə bu adda tayfanın olduğu deyilir. Çox güman ki, həmin türk tayfasının adından götürülüb. Rayon mərkəzi ilə arası 37 km-dir. İri magistral yola çıxış üçün 17 km. qət etmək lazım gəlir. Ucqarda yerləşməsinə baxmayaraq yolu rahatdır.
Siləyli (Zərdab)
Siləyli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Bıçaqçı kənd inzibati ərazi vahidinin Siləyli kəndi Yuxarı Seyidlər kənd inzibati ərazi vahidinin tabeliyinə verilmişdir.
Siləyli bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şeyx Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Əl-Mutəali
Əl-Mutəali (ər. المتعالِ) — Allahın adlarından biri.
Əli Süheyli
Əli Süheyli (fars. علی سهیلی‎‎; 1896, Təbriz – 1 may 1958, London) — Rza şah Pəhləvinin dövründə İranın baş naziri (vəziri), diplomat və dövlət xadimi. == Həyatı == Əli Süheyli, Təbrizdə yoxsul bir ailədə dünyaya gəlib. Mahmud Cəm kabinetində xarici işlər naziri idi. O, digər kabinetlərdə Kirman ostanının qubernatoru (ostandarı) və daxili işlər naziri də olmuşdur. İran hökuməti Azərbaycan məsələsindən ciddi şəkildə narahat olmağa başlamışdı. Avqust ayının 28-də təşkil olunmuş Məhəmmədəli Füruği hökumətində Xarici İşlər naziri vəzifəsini tutan Mirzə Əli xan Sühеyli xarici ölkələrdəki İran diplomatik korpuslarına gizli tapşırıq vеrmişdi ki, şurəvi təhlükəsinə qarşı dayanmaq üçün ingilis mеylinə üstünlük vеrsinlər və Azərbaycan məsələsi ilə ciddi məşğul olsunlar. O, Ankaradakı İran səfirinə yazırdı: "Əgər İşlər bundan sonra da bеlə davam еtsə, onda biz Azərbaycanı itirəcəyik". Üç müttəfiq dövlət başçılarının Tehran konfransında Franklin Delano Ruzvelt, İosif Stalin və Vinston Çörçill öz aralarında və İranın baş naziri Mirzə Əli Süheyli ilə məsləhətləşəndən sonra 1943-cü il dekabrın 1-də Tehranda imzaladıqları “Üç dövlətin İran haqqında bəyannaməsi”ndə üçtərəfli müqavilədəki öhdəliklər bir daha təsdiq olun-muşdu: “Birləşmiş Ştatlar, SSRİ və Birləşmiş Krallığın hökumətləri İran hökumətinin İranın tam müstəqilliyini, suverenliyini və ərazi toxunulmazlığını saxlamaq arzusunda onunla həmrəydirlər. Onlar belə nəticəyə gəlirlər ki, İran hər dörd hökumətin imzaladığı Atlantika xartiyasının prinsiplərinə müvafiq olaraq digər sülhpərvər millətlərlə birlikdə müharibədən sonra beynəlxalq sülhün, təhlükəsizliyin və tərəqqinin bərqərar olmasında iştirak edəcəkdir” == Mənbə == 'Alí Rizā Awsatí (عليرضا اوسطى), Iran in the Past Three Centuries (Irān dar Se Qarn-e Goz̲ashteh - ايران در سه قرن گذشته), Volumes 1 and 2 (Paktāb Publishing - انتشارات پاکتاب, Tehran, Iran, 2003).
Əllamə Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Ələkbər Süheyli
Ələkbər Süheyli (doğum adı: Ələkbər Fərəc oğlu Əliyev; 1879 – 26 fevral 1927) — aktyor, teatr təşkilatçısı. == Həyatı == "Süheyli" Ələkbər Əliyevin səhnə təxəllüsüdür. Bu sözün ərəbcə mənası "cənubda görünən ulduz" deməkdir. Yaradıcılığı realist səpkili rolların ifası ilə səciyyəvi olan aktyor həmçinin rejissorluq sahəsində də çalışıb. Ələkbər Süheyli 1879-cu ildə Bakıda doğulub. Atası tacir olub və elmə, mədəniyyətə maraq göstərib. Buna görə də Ələkbərə 7 yaşından xüsusi müəllimlər tutaraq ona ana dilindən əlavə, fars, rus, ərəb dillərini tədris elətdirib. Atası və atasının yaxın dostları olan tacirlər Rusiya, ərəb ölkələri və İranla ticari yazışma əlaqələrini məhz Ələkbər Süheylinin vasitəsilə həyata keçiriblər. O, xüsusi tapşırıqlarla, müqavilələr bağlamaq məqsədilə tez-tez xarici öikələrə səfər edib. Bakıda olanda boş vaxtlarında "Müsəlman dram artistləri cəmiyyəti"nin tamaşalarında epizod rollarda səhnəyə çıxıb.
Miletli İsidor
Miletli İsidor (q.yun. Ἰσίδωρος ὁ Μιλήσιος; 442, Milet, Bizans imperiyası – 537) — VI əsr Bizans riyaziyyatçısı və memarı . Miletdə anadan olub. Ailəsi haqqında məlumat azdır. Artıq 530-cu illərin ortalarında Misirin İsgəndəriyyə şəhərində və Konstantinopolda dərs deyən görkəmli alim idi. İmperator I Yustiniyanın dəvəti ilə 532–537-ci illərdə Trallesli Anfimi ilə birlikdə Ayasofiya, daha sonra isə Rodoslu Konstantinin təkzibedilməz şahidliyinə görə Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsini inşa etmişdir. İsidorun sonrakı taleyi ilə bağlı heç bir məlumat yoxdur. Onun istedadlı memar olan İsidora adlı oğlu olmuşdur. İsidor stereometriya və fizika problemləri üzərində işləyirdi. O, parabolanın fasiləsiz çəkilməsi üçün alət icad etdi və onun köməyi ilə kubun ikiqat artırılması məsələsini həll etdi.
Abtayberq muzeyi
Abtayberq Muzeyi — Almaniyanın Münhenqladbax şəhərində yerləşən incəsənət muzeyi. == Haqqında == Abtayberq Muzeyinin memarı Hanz Holleyndir. Marsel Duçamp, Endi Uorhol, Roy Lixtenşteyn kimi sənətçilərin əsərləri də burada sərgilənir. 1901–1904-cü illəri arasında Münxenqladbax Bələdiyyə Binasında yerləşən muzey 1904–1925-ci illəri arasında Fliyşerberqdə yerləşən bir Protestan kilsəsində fəaliyyətini davam etdirdi. 1925–1928 illəri arsında bir çox binada fəaliyyət göstərən muzey 1982-ci ildə Abteistraßdə yerləşən və memar Hanz Holleynin işi olan yeni binaya köçdü. 1982-ci ildən muzey bu binada fəaliyyət göstərməkdədir.