Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Henrix Edmund Nauman
Henrix Edmund Nauman (alm. Heinrich Edmund Naumann‎; 11 sentyabr 1854, Maysen, Saksoniya – 1 fevral 1927, Frankfurt-Mayn, Prussiya[d]) – Almaniya geoloqu. O, "Yaponiya geologiyasının atası" hesab olunur. == Elmi fəaliyyəti == Edmund Nauman 1875-ci ildə Yaponiyaya gəlmiş və 1875–85-ci illərdə Tokio Universitetinin geologiya üzrə ilk müəllimlərindən biri olmuşdur. 1877–79-cu illərdə universitetdə professor kimi fəaliyyət göstərmişdir. O, Yaponiyanın bir çox bölgəsində geoloji tədqiqatlar aparmışdır. 1877-ci ildə Con Milne ilə birlikdə Oşima adasındakı vulkan püskürməsini tədqiq etmişdir. Nauman Honşu adasının cənub-qərbi ilə şimal-şərqini ayıran Fossa-Maqna çatını kəşf etmişdir. O, Yaponiyanın geoloji quruluşu barədə keçmiş tələbəsi Toyokiçi Harada ilə debatlar aparmışdır. Naumanın təklifi ilə 1878-ci ildə Kənd Təsərrüfatı və Ticarət Nazirliyinin tərkibində Yaponiya Geoloji Tədqiqatlar Qurumu təşkil olunmuşdur.
Çurui Nauman Fili Muzeyi
Çurui Nauman Fili Muzeyi (忠類ナウマン象記念館, Çurui Nauman-zo Kinenkan) – Yaponiyanın Hokkaydo prefekturasının Makubetsu qəsəbəsində yerləşən fosil muzeyi. Yaponiyada nəsli kəsilmiş fil növü olan Nauman filinə həsr olunmuşdur. == Tarixi == Muzey 1969-cu ildə Çurui (indiki Makubetsu) qəsəbəsində kəşf edilmiş Nauman fili fosili münasibətilə 2 avqust 1988-ci ildə açılmışdır. Bu fosil 26 iyul 1969-cu ildə Çuruidə ferma yolu tikintisi zamanı təsadüfən kəşf edilmişdir. Ərazidə qazıntı-tədqiqat işləri aparılmış və Nauman filinə aid 46 fosilləşmiş sümük (diş, xortum, ayaq sümükləri) tapılmışdır. Yaponiyada fil fosili tapmaq çox nadir hal olduğu üçün Çuruidə tapılmış bu fosil əsasında Yaponiyanın müxtəlif muzeylərində sərgilənən 23 ədəd Nauman fili rekonstruksiyası yaradılmışdır. Bundan əlavə, 1970-ci ildə aparılmış əlavə qazıntı işləri zamanı mamonta aid azı diş və Nauman filinə aid ayaq izləri tapılmışdır. Bu mamont azı Hokkaydoda mamontların yaşadığını təsdiqləmişdir. == Xüsusiyyətlər == Fosil üçün qazıntı işlərinin aparıldığı ərazidə abidə və lövhə quraşdırılmışdır. Muzey binası yuxarıdan baxıldıqda fil formasını xatırladır.