Çurui Nauman Fili Muzeyi

Çurui Nauman Fili Muzeyi (忠類ナウマン象記念館, Çurui Nauman-zo Kinenkan?)Yaponiyanın Hokkaydo prefekturasının Makubetsu qəsəbəsində yerləşən fosil muzeyi. Yaponiyada nəsli kəsilmiş fil növü olan Nauman filinə həsr olunmuşdur.

Çurui Nauman Fili Muzeyi
Açılış tarixi 2 avqust 1988[1]
Mövzu Palaeoloxodon naumanni[d]
Ölkə
Yerləşir Makubetsu[d]
42°33′28″ şm. e. 143°18′00″ ş. u.
Çurui Nauman Fili Muzeyi xəritədə
Çurui Nauman Fili Muzeyi
Çurui Nauman Fili Muzeyi
town.makubetsu.lg.jp/kyo…

Tarixi[redaktə | mənbəni redaktə et]

Muzey 1969-cu ildə Çurui (indiki Makubetsu) qəsəbəsində kəşf edilmiş Nauman fili fosili münasibətilə 2 avqust 1988-ci ildə açılmışdır. Bu fosil 26 iyul 1969-cu ildə Çuruidə ferma yolu tikintisi zamanı təsadüfən kəşf edilmişdir. Ərazidə qazıntı-tədqiqat işləri aparılmış və Nauman filinə aid 46 fosilləşmiş sümük (diş, xortum, ayaq sümükləri) tapılmışdır. Yaponiyada fil fosili tapmaq çox nadir hal olduğu üçün Çuruidə tapılmış bu fosil əsasında Yaponiyanın müxtəlif muzeylərində sərgilənən 23 ədəd Nauman fili rekonstruksiyası yaradılmışdır.[2]

Bundan əlavə, 1970-ci ildə aparılmış əlavə qazıntı işləri zamanı mamonta aid azı diş və Nauman filinə aid ayaq izləri tapılmışdır. Bu mamont azı Hokkaydoda mamontların yaşadığını təsdiqləmişdir.[2]

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Fosil üçün qazıntı işlərinin aparıldığı ərazidə abidə və lövhə quraşdırılmışdır. Muzey binası yuxarıdan baxıldıqda fil formasını xatırladır. Belə ki, muzeyin mərkəzindəki gümbəz gövdəni, dörd küncdə yerləşən sərgi otaqları ayaqları, giriş başı, 100 metr uzunluğunda olan "zaman yolu" adlı yol xortum və dişləri təmsil edirlər. Divarlar isə fil dərisini xatırladan dizaynda hazırlanmışdır. Muzey binası 1-ci Hokkaydo Memarlıq Mükafatına layiq görülmüşdür.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. あの時の記憶(121)「ナウマン象記念館オープン」.
  2. 1 2 3 "忠類ナウマン象記念館". Makubetsu qəsəbəsinin saytı (yaponca). 28 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]