Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nazaret
Nazaret (ivr. ‏נָצְרַת‏‎, Nasaret və ya Nasrat; ərəb. الناصرة‎, ən-Nasıra) — İsraildə tarixi şəhər. Bibliya, Əhdi-Cədidə görə İsa məhz burada doğulmuşdur.
Nazaret Gürcü yazıları
Nazaret Gürcü yazıları — 1955–1960-cı illərdə, arxeoloq Belarmino Baqatinin rəhbərlik etdiyi arxeoloji qazıntılar nəticəsində, Nazaretdə tapılan divar yazıları. Yazılar Nazaret şəhərinin kilsəsi altında yerlaşən köhnə kilsənin qalıntılarında tapılıb. Arxeoloji üsulla təsdiqlənmişdir ki yazılar 427-ci ildən gec olmayaraq yazılmışdır, çünki 427-ci ildə çıxarılan fərman ilə köhnə kilsənin döşəmə rəsmində istifadə edilən xaçlar sonradan qadağan edilmişdir. Tarixi mənbələrə görə, Gürcü yazıları Nazaret Kilsəsində 330–427 illər ərzində yazıla bilərdi. Nazaret kilsəsinin Gürcü yazıları Zaza Aleksidze tərəfindən araşdırılmışdır. Bu gün Nazaret kilsəsinin yazıları divardan çıxarılmış və dünyanın müxtəlif muzeylərində saxlanılır. == Ədəbiyyat == Gürcüstanın ənənəvi mədəniyyətinin tarixi, Tbilisi, 2017. Z. Aleksidze, "Luvr, Sina dağı, Nazaret: Epiqrafik Etud", Tbilisi, 2000. B. Bagatti, Excavations in Nazareth.
Nazaret və Sinayda gürcü dilində yazılar
Nazaret Gürcü yazıları — 1955–1960-cı illərdə, arxeoloq Belarmino Baqatinin rəhbərlik etdiyi arxeoloji qazıntılar nəticəsində, Nazaretdə tapılan divar yazıları. Yazılar Nazaret şəhərinin kilsəsi altında yerlaşən köhnə kilsənin qalıntılarında tapılıb. Arxeoloji üsulla təsdiqlənmişdir ki yazılar 427-ci ildən gec olmayaraq yazılmışdır, çünki 427-ci ildə çıxarılan fərman ilə köhnə kilsənin döşəmə rəsmində istifadə edilən xaçlar sonradan qadağan edilmişdir. Tarixi mənbələrə görə, Gürcü yazıları Nazaret Kilsəsində 330–427 illər ərzində yazıla bilərdi. Nazaret kilsəsinin Gürcü yazıları Zaza Aleksidze tərəfindən araşdırılmışdır. Bu gün Nazaret kilsəsinin yazıları divardan çıxarılmış və dünyanın müxtəlif muzeylərində saxlanılır. == Ədəbiyyat == Gürcüstanın ənənəvi mədəniyyətinin tarixi, Tbilisi, 2017. Z. Aleksidze, "Luvr, Sina dağı, Nazaret: Epiqrafik Etud", Tbilisi, 2000. B. Bagatti, Excavations in Nazareth.
Kazreti
Kazreti — Gürcüstan Respublikasının Bolnisi rayonunda şəhər tipli qəsəbə.
Labret
Labret (Labretta) — pirsinq üçün istifadə edilən bəzək əşyası. Labret ştanqadan və bağlayıcı diyircəkdən ibarətdir. Standart ölçülər: qalınlığı 1,6 mm, uzunluğu 6 mm-dən 20 mm qədər ola bilər. Dodaq və qulaq pirsinqi üçün istifadə edilir. == Növlər == Labretin iki əsas növü vardır: Vertikal labret - dodağın vertikal deşilməsi. Daha çox dodağa perpendikulyar olaraq yerləşdirilən labret daha estetik görünür. Horizontal labret - dodağın horizontal deşilməsi. Burada hər şey daha çətindir: belə ki, deşik dodağa paralel olaraq gedir və əgər iynəni lazimi dərinlikdə deşilməzsə labret sonradan dəridən düşə bilər.
Nazran
Nazran — (Rusça: Назра́нь; İnguşça: Наьсара, Nesara), Rusiya Federasyasının İnquşetiya Respublikasında şəhər. I. Dünya Müharibəsindən sonra qurulan Dağlılar Respublikasının bir müttəd paytaxtı olmuşdur.1991–2002 arasında İnquşetiya Respublikasının paytaxtıydı. Sonra Maqas şəhəri paytaxtı oldu və Nazran ölkənin ən böyük şəhəri olaraq qaldı.
Nəzarət
Casusluqda nəzarət davranışın, fəaliyyətin, və ya digər dəyişən məlumatları təsir etmək, insanları idarə etmək və ya insanların qorunmasının izlənilməsidir.
Nifrət
Nifrət müəyyən insanlara, əşyalara və ya ideyalara qarşı güclü mənfi emosional reaksiyadır, adətən nəyəsə qarşı müqavimət və ya nifrətlə bağlıdır. Nifrət çox vaxt güclü qəzəb və ikrah hissi ilə əlaqələndirilir. Nifrət bəzən sevginin əksi olaraq görülür. Nifrətlə bağlı bir sıra müxtəlif təriflər və perspektivlər irəli sürülmüşdür. Filosoflar nifrətin mahiyyətini və təbiətini anlamaqla məşğul olmuşlar, bəzi dinlər isə buna müsbət baxır və müəyyən qruplara qarşı nifrəti təşviq edir. Sosial və psixoloji nəzəriyyəçilər nifrəti utilitar mənada başa düşürlər. Bəzi ictimai nifrət nümayişləri bəzən tolerantlığa dəyər verən plüralist mədəniyyətlər kontekstində qanuni olaraq qadağan edilir. Nifrət emosiyaların geniş diapazonunu əhatə edə bilər və mədəni kontekstdən və emosional və ya intellektual reaksiyaya səbəb olan vəziyyətdən asılı olaraq çox fərqli ifadələrə malik ola bilər. Nifrətin baş verdiyi kontekstdən asılı olaraq, müxtəlif cəmiyyətlər ona müsbət, mənfi və ya neytral baxa bilər. == Emosiya == Bir emosiya olaraq nifrət qısamüddətli və ya uzunmüddətli ola bilər.
Akustik nəzarət
Akustik nəzarət və ya akustik defektoskopiya — nəzarət olunan obyektdə yaradılan və ya meydana çıxan rəqslərin (dalğaların) tətbiqinə əsaslanan nəzarət üsulu. Bu üsulda geniş tezlik diapazonundakı rəqslərdən, əsasən, ultrasəs dalğalarından istifadə olunduğuna görə çox vaxt akustik nəzarətə ultrasəs nəzarəti də deyilir. Akustik nəzarətdə nəzarət olunan obyektin səthində, yaxud daxilində yayılan dalğalar şüalandıran pyezoelektrik (bəzən elektromaqnit-akustik) çeviricilər və lazerlər tətbiq edilir. Dalğaların parametrləri (və ya yayılma üsulları) materialın qüsurlu yerindəki akustik xarakteristikalardan və s. asılıdır. Akustik nəzarət külçə, tökük (tokiik) və relslərdəki, həmçinin metal, plastik kütlə və s. hazırlanmış məmulatlardakı, yapışdırılmış və qaynaq edilmiş tikişlərdəki qüsurları müəyyənləşdirmək üçün universal üsuldur. Akustik nəzarət aktiv və passiv qruplara ayrılır. Aktiv akustik nəzarət elastik dalğaların şüalanadırılması (əks etdirilməsi) və qəbuluna əsaslanan üsullarla (əks-səda-impuls üsulu, kölgə üsulu, güzgü-kölgə üsulu, əks-səda-güzgü üsulu) aparılır. Bir sıra üsullar yoxlanılan obyektdə və ya onun hissəsində rəqslər məsələn: məcburi rəqslər (rezonans üsulu), sərbəst rəqslər (sərbəst rəqslər üsulu) yaradaraq (həyəcanlandıraraq) analiz aparılmasına, mexaniki impedansın dəyişdirilməsinə (impedans üsulu), dalğaların obyektin səthi boyunca yayılmasına (akustotopoqrafik üsul), dalğaların materialın daxilində yayılma sürətinin dəyişməsinə (akustoelastiklik üsulu) əsaslanır.
Daxili nəzarət
Daxili nəzarət — ümumi mənada müəssisənin idarəetmə orqanı və ya digər işçiləri tərəfindən aşağıdakı vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat əldə etmək üçün həyata keçirilən proses kimi müəyyən edilir: Fəaliyyətin səmərəliliyi və rasionallığı. Maliyyə hesabatının etibarlılığı. Qanun və qaydalara uyğunluq. == Daxili nəzarət anlayışı == Mühasibat uçotunun əsas funksiyalarından biri maliyyə nəzarəti üçün zəmin yaratmaqla mülkiyyətçinin mənafeyinin müdafiəsini təmin etməkdən ibarət olan onun müdafiə funksiyasıdır. Bununla belə, qoruyucu funksiyanın həyata keçirilməsi nəzarəti həyata keçirmək üçün vasitələrin mövcudluğunu tələb edir. İlk növbədə, bu, daxili nəzarətdir. Daxili nəzarət dedikdə, müəssisə rəhbərliyi tərəfindən təşkil edilən və bütün işçilər tərəfindən təsərrüfat əməliyyatları zamanı öz xidməti vəzifələrini ən səmərəli şəkildə yerinə yetirmək məqsədi ilə müəssisədə həyata keçirilən tədbirlər sistemi başa düşülür. Bu, təkcə auditorun deyil, müəssisənin bütün idarəetmə aparatının işi olduqda, təşkilatın nəzarət və audit bölməsinin fəaliyyətini deyil, həm də hərtərəfli nəzarət sisteminin yaradılmasını nəzərdə tutur. Effektiv daxili nəzarət sistemini inkişaf etdirərkən müəssisə rəhbərliyi aşağıdakı məqsədləri qoyur: biznesi etibarlı məlumatlarla təmin etmək, aktivlərin təhlükəsizliyinin təmin edilməsi, informasiyanın mühafizəsinin təmin edilməsi, iqtisadi fəaliyyətin səmərəliliyinin təmin edilməsi, mühasibat uçotunun qəbul edilmiş uçot siyasətinə uyğunluğunu təmin etmək, maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi qaydalarına riayət olunmasının təmin edilməsi. Müəssisədə daxili nəzarət üç elementdən ibarətdir: nəzarət mühiti, mühasibat uçotu sistemi, nəzarət prosedurları.
Həzrət Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Həzrət Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Həzrət Peyğəmbər
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Həzrət Urtenov
Həzrət Urtenov(1907–1955) —qaraçaylı şairi. == Həyatı == Həzrət Urtenov qaraçay poeziyasının banilərindən biridir. O, Böyük Qaraçaydakı Kart Yurd (Kart-Curt) aulunda doğulduğundan əksər əsərlərini "Həzrət Kart-Yurdlu" təxəllüsu ilə yazmışdır. Doğma aulda mədrəsədə təhsil aldıqdan sonra, elə oradaca ibtidai məktəbi rus dilində başa vurub Simferopolda Krım-Tatar Pedaqoji Texnikumunda təhsilini (1926) davam etdirib. Ərəb, rus və bir sıra türk dillərini (qumux, Krım-tatar və s.) mükəmməl bilirdi. XX əsrin 20-ci illərindən Həzrət Urtenov Krım ədəbi həyatı ilə yaxından bağlı olur. Bu bağlılıq gənc H. Urtenovun istedadanın daha da çiçəklənməsinə və inkişafına kömək etməklə, onun poetik ustalığının formalaşmasında mühüm rol oynayır. Pedaqoji Texnikumda yerliləri – qaraçay şairi Həsən Bostanov və malkar şairi Səid Şahmurzayevlə birgə təhsil alır. Adları çəkilən bu ziyalılar arasındakı dostluq ömur boyu möhkəmləndirilib və inkişaf etdirilib. Qaynar Krım mühiti, burada vətənpərvər ruhlu insanlarla ünsiyyət, iştirak etdiyi ədəbi-bədii dərnəklərdə olan istedadlı tələblərlə apardığı diskussiya və mübahisələr Həzrətin dünyagörüşünün formalaşmasına güclü təkan verir.
Həzrət İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
Həzrət Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.
Kreyq Barret
Kreyq Barret (ing. Craig R. Barrett; 29 avqust 1939, San-Fransisko, Kaliforniya) — dünyada müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndələrindən biri; "Intel" korporasiyasının dördüncü icraçı direktoru (1998–2005). == Həyatı == Kreyq Barret 29 avqust 1939-cu ildə San-Fransisko şəhərində anadan olmuşdur. O, orta məktəbdə təhsil aldığı dövrdə fizika və riyaziyyatla yaxından maraqlanır. Kreyq 1957-ci ildə Stenford Universitetinə daxil olur. Orada bakalavriatura və magistratura pillələri üzrə təhsilini tamamlayan Barret, 1964-cü ildə materialşünaslıq sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülür. Bundan sonra universitetdə pedaqoji fəaliyyətlə məşğul olmağa başlayır. 10 il Materialşünaslıq və mühəndislik elmləri fakültəsində dərs deyir, adyunkt-professor olur. == "Intel" == 1974-cü ildə Kreyq Stenford Universitetindəki işini tərk edərək "Intel" şirkətində çalışmağa başlayır. O, korporasiyada texnologiyaların inkişafı üzrə menecer vəzifəsinə təyin olunur.
Nazran rayonu
Nazran rayonu (inquş Наьсарен район) — Rusiya Federasiyası, İnquşetiya Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Nazran şəhəridir (rayonun tərkibinə daxil deyil). == Coğrafiya == Nazran rayonu İnquşetiya Respublikasının mərkəzi və qərb hissəsində yerləşir. Şimalda Malqobek rayonu, şərqdə - Sunja rayonu və Karabulak şəhər dairəsi, qərbdə Şimali Osetiya Respublikasının Priqorodnı və Pravoberejnı rayonu ilə həmsərhəddir. Nazran və Magas şəhər dairələrinin bəzi əraziləri Şimali Osetiya, digər əraziləri isə Nazran rayonunun ərazisi ilə həmsərhəddir. Şəhər dairəsi ərazisinin konfiqurasiyasına Nazran rayonu iki hissədən ibarətdir. Dolakovo, Kantışevo və Qeyirbek-Yurt kəndlərinin yerləşdiyi qərb hissə, Kambileevka çayının vadisində (cənubda) və Sunja silsiləsinin yamaclarında (şimalda) yerləşir. Əhalinin əksər hissəsi burada çay vadisində yaşayır. Silsilənin ətəyində yalnız kiçik bir kənd - Qeyirbek-Yurt yerləşir. Sunja silsiləsindən cənubda, aşağı dağlıq ərazidə yerləşir (Dosu-Barz, 579.8 m).
Nüsrət Bhutto
Nüsrət Bhutto (urdu نصرت بھٹو, kürd. نوسره‌ت بوتو, sindhi نصرت ڀٽو; 23 mart 1929, İsfahan – 23 oktyabr 2011, Dubay) — Pakistan Xalq Partiyasının 2-ci sədri.Zülfiqar Əli Bhuttonun həyat yoldaşı.
Nüsrət Bəy
Urfa valisi Nusret bəy (1875 – 5 avqust 1920, Bəyazid meydanı) ― türk müəllim, idarəçi. O, Erməni soyqırımına görə bir neçə dəfə həbs olunmuş və həbsdən azad olmuş, lakin yekunda bu səbəbdən 5 avqust 1920-ci ildə Bəyazıt meydanında edam edilmişdir. Ona, Kürəkən Fərid paşa hökumətindən sonra iş başına gəlmiş Əhməd Tofiq hökuməti tərəfindən bəraət verilmişdir. Türkiyə Böyük Millət Məclisi Urfa valisi Nüsrət bəyi 25 dekabr 1921-ci ildə "Milli şəhid" elan etmişdir. Atatürk Nüsrət bəyin ailəsi üçün qanun çıxardaraq, xanımına müəyyən bir məvacib verilməsini, habelə üç uşağının oxutdurulmasını təmin etmişdir.
Nüsrət Fətullayev
Nüsrət Möhsün oğlu Fətullayev (29 may 1913, Lənkəran, Lənkəran qəzası – 31 avqust 1987, Bakı) — teatr xadimi, rəssam, Azərbaycan SSR xalq artisti (1949), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). == Həyatı == Nüsrət Fətullayev 29 may 1913-cü ildə Lənkəranda anadan olmuşdur. 1930–1934-cü illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31–43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Azərbaycan Milli Dram Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni icra etmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" komediyasına (1938), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" (1943), Fikrət Əmirovun "Ürəkaçanlar" (1944), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (1945), Viktor Dolidzenin "Keto və Kote" (1945), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib. Azərbaycan Dövlət Dram Teatrında "Almaz" (Cəfər Cabbarlı, 1936), "Skapenin kələkləri" (Molyer, 1936), "Həyat" (Mirzə İbrahimov, 1937), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) və "Vaqif" (Səməd Vurğun, 1938), "Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev, 1940 və 1957), "Aydın" və "Oqtay Eloğlu" (Cəfər Cabbarlı, 1940), "Xoşbəxtlər" (Sabit Rəhman) və "Fərhad və Şirin" (Səməd Vurğun, 1941), "Dumanlı Təbriz" (Məmməd Səid Ordubadi, 1945), "Nüşabə" (Abdulla Şaiq, 1946), "İşıqlı yollar" (İlyas Əfəndiyev, 1947), "Rəqs müəllimi" (Lope de Veqa, 1949), "Müfəttiş" (Nikolay Qoqol, 1952), "Qış nağılı" (Vilyam Şekspir, 1955), "Səyavuş" (Hüseyn Cavid, 1963), "Xanuma" (Avksenti Saqareli, 1975), "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə, 1978), "Cehizsiz qız" (Aleksandr Ostrovski, 1979), "Yad adam" (Leonqard Frank, 1980), "Təhminə və Zaur" (Anar, 1985) kimi əllidən çox tamaşanın rəssamı olub. Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda basdırılmışdır.
Nüsrət Gökçə
Nüsrət Gökçə (9 avqust 1983, Ərzurum) — Türkiyəli biznesmen, qəssab və aşpaz. O, özünə xas formada ət bişirmə və duzlama səbəbindən Salt Bae ləqəbi ilə də tanınan bir internet fenomeni olmuşdur. == Həyatı == Nüsrət Gökçə, 1983-cü ildə Ərzurumda anadan olub. Atası Faiq mədən işçisidir. Həm ana, həm ata tərəfindən kürd mənşəlidir. Dörd qardaşı var. İki yaşında ailəsiylə birlikdə Darıca rayonuna köçüb. Təhsilini altıncı sinifdə yarıda buraxıb və qəssablığa başlayıb. 2010-cu ildə Nusr-et Steakhouse adlı öz markasını yaradıb.
Nüsrət Hüseynov
Nüsrət Hüseynov (?-1921)—İran Məşrutə hərəkatının fəal üzvü. == Həyatı == Nüsrət Hüseynov Təbriz şəhərində anadan olmuşdu. Böyüyüb yaşa dolandan sonra Bakı şəhərinə köçmüş, neft mədənlərində çalışmışdı. Hümmət təşkilatına üzv yazılmışdı. 1906-1911-ci illərdə Təbrizdə məşrutə hərəkatına qoşulmuşdu. "Əbülhəsən bəy" kod adı ilə gizli çalışmışdı. == Haqqında == 1906-1911-ci illərdə Təbrizdə məşrutə hərəkatı ilə bağlı hadisələri əks etdirən "Dumanlı Təbriz" romanında Məmməd Səid Ordubadi həmin dövrün tarixi hadisələrini, ictimai-siyasi münasibətlərini göstərməklə yanaşı, dövrün psixologiyasını, insan xarakterlərini də açmışdır. Romanda hadisəçiliyə və macəraçılığa geniş yer verilməsi tənqid edilirdi. Çağdaş ədəbiyyatşünaslıqda isə bu amillərə qüsur kimi baxılmır və düzgün olaraq qeyd edilir ki, "M.S.Ordubadinin üslubunda bir qədər də meydan verilən macəra ünsürləri yalnız köməkçi vasitə rolunu oynayır və zəruri hallarda, şəraitin tələb etdiyi məqamda süjetə daxil edilir". Əsər Təbrizdə tacir kimi fəaliyyət göstərən Əbülhəsən bəyin (o.
Nüsrət Kəsəmənli
Nüsrət Yusif oğlu Kəsəmənli (29 dekabr 1946, Ağstafa rayonu – 16 oktyabr 2003, Təbriz) — Azərbaycanlı şair, publisist, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1982). == Həyatı == Nüsrət Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonu rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985). 1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.
Nüsrət Əliyev
Nüsrət Əliyev (tam adı: Nüsrət Abbas oğlu Əliyev; 28 iyun 1938) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutu aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Əliyev Nüsrət Abbas oğlu 1938-ci ilin iyun ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1956-cı ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə qəbul olmuşdur. 1961-ci ildə Universiteti bitirmiş və Xalq Təsərrüfat Şurasınının göndərişi ilə H.Z.Tağıyev adına toxuculuq kombinatına işə yönləndirilmişdir. Əvvəlcə boyaq-bəzək fabrikində usta, 1962-ci ildən 1966-ci ilə qədər sex rəisi vəzifəsində işləmişdir. 1966-cı ilin oktyabr ayından AMEA Aşqarlar Kimyası İnstitutunun «Yanacaqlara aşqarlar«»» laboratoriyasında əvvəlcə mühəndis, daha sonra böyük mühəndis, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. Əliyev N.A. 1978-ci ildə «Kəhraba turşusunun azot və kükürdlü törəmələrinin sintezi və onların yanacaqlara aşqarlar kimi tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və «Neft kimyası» ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 2003-cü il tarixdən aparıcı elmi işçi vəzifəsinə təyin edilmiş və bu gün də həmin vəzifədə çalışır. == Elmi fəaliyyəti == Əliyev N.A. kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra da elmi fəaliyyətini davam etdirmiş, yanacaqların istismar xassələrinin yaxşılaşdıran və ətraf mühiti zərərli qazlardan qorumaq üçün bir sıra yüksək effektli aşqarlar sintez etmişdir.
Qarret Hobart
Qarret Hobart — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 24-cü vitse-prezidenti.