Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Narval
Narval (lat. Monodon monoceros) — ağızdan bayıra çıxan böyük dişə sahib orta ölçülü dişli balina. Qrenlandiya, Kanada və Rusiya ətrafındakı arktik sularında yaşayır. Narval ağ balina kimi təkbuynuzlular fəsiləsinin nəsli kəsilməmiş iki növündən biridir. Narvalların erkəkləri uzun düz spiralvari dişlə fərqlənir, hansı ki, əslində uzanmış yuxarı sol köpək dişidir. Narval 1758-ci ildə Karl Linney tərəfindən Systema Naturae çapında təsvir edilmiş bir çox növdən biridir. Ağ balina kimi narvallar da orta ölçüdədirlər. Dişilər və erkəklər üçün, erkəklərin uzun dişi istisna olmaqla, ümumi boy ölçüsü 3.95 metrdən 5.5 metrə qədər dəyişir; erkəklər dişilərdən bir az daha böyükdürlər. Yetkin narvalın orta çəkisi 800-1600 kiloqramdır. Təqribən 11-13 yaşlarında erkəklər cinsi yetkinliyə çatırlar; dişilərdə isə bu 5-8 yaşlarında baş verir.
Nival iqlim
Nival iqlim lat. nivalis — qarlı, soyuq – Penkin (1910) iqlimlərin geomorfoloji təsnifatına görə, soyuq iqlim olub, ilin isti fəsillərində əriyib buxarlana bilən hissəsindən daha artıq yağan yağıntıların (qar şəklində) miqdarının artıq olması ilə səciyyələnir. İlin soyuq vaxtlarında yağan qarın əriyib, buxarlanmayan hissəsi ildən-ilə toplanıb, firn və buza çevrilir. Qütb en dairələrinin arktik qurşağı və dağların qar sərhədindən yuxarı zonaları üçün səciyyəvidir. == Geomorfoloji termin == Nival qurşaq - ing. nival belt rus. нивальный пояс dağların ən yüksək təbii qurşağı, iqlim qar sərhədindən yuxarıda yerləşir. Qar yığını, buzlaqlar və intensiv fiziki aşınma səciyyəvidir. Üzvi aləmi çox kasıb, bitki örtüyü zəifdir. Aşağı sərhədi qütb dairəsində dəniz səviyyəsinə qədər enir.
Nival qurşaq
Nival subnival landşaft
Nival subnival landşaft — Bu landşaft tipi Böyük Qafqazın cənub yamacında 3200-4400 m-lik mütləq yüksəklik diapazonunda olan uca dağların suayrıcı xətti boyu dar zolaq şəklində uzanan əraziləri əhatə edir. == Ərazisi == Əsasən mütləq yüksəkliyi 3500 m-dən çox olan Bazardüzü (4466 m), Tufandağ (4106), Çorundağ (4079 m), Məlkəmud (3879 m), Quton (3608 m), Çuxadurmaz (3572 m) kimi dağ zirvələrində formalaşan bu landşaft kompleksinin ümumi sahəsi 390 kvadrat kilometr olub,Azərbaycan daxilində Böyük Qafqazın cənub yamacının 11,1%-ni təşkil edir. Relyefin böyük nisbi və mütləq yüksəkliyi və sərt iqlim şəraiti nival-subnival qurşaqdakı landşaftların formalaşması və inkişafında əsaslı rol oynayır. Fiziki aşınma, şaxta aşınması,qravitasiya, eroziya-denudasiya, soliflükasiya kimi müxtəlif proseslərin böyük potensial enerji ehtiyatları burada landşaftların daha çox dinamikliyinə şərait yaradır. == Relyefi == Bundan başqa sərt relyefə və davamiyyətli qar örtüyünə malik olan bu landşaftlar bəzi yerlərdə buzlaq sahələrinə çox yaxın olduğundan burada kimyəvi elementlərin hipergen miqrasiyasını öyrənmək hələlik mümkün deyildir. Lakin əldə etdiyimiz faktiki göstəricilər bu landşaftlarda ekoloji-geokimyəvi şəraitin ümumi cəhətləri haqqında müəyyən təsəvvürlər yaratmağa imkan verir. Yüksək dağlığın nival-subnival landşaft qurşağı Böyük Qafqazın cənub yamacı ərazisindəki dik və uçurumlu-qayalı dağ yamaclarını, düzəlmə səthlərini, aşınma prosesləri nəticəsində formalaşan ufantı konuslarını və s. bu kimi bir sıra elementar landşaftları əhatə edir. Dağ yamaclarında tez-tez ufantı konuslarına, uçqunlara, qaya çıxıntılarına təsadüf edilir.Dik və uçurumlu yüksək dağ yamaclarında yayılmış ufantı konusları, buzlaq və qar örtüyünün yaratdığı relyef formaları (karlar, sirklər, morenlər) və yarğanvari çay dərələri geniş əraziləri əhatə edir. Digər landşaftlardan (alp çəmənliyi və meşə landşaftlarından) fərqli olaraq nival-subnival landşaftlarda dağ süxurlarının maddi tərkibi və geokimyəvi xüsusiyyətləri kimyəvi elementlərin hipergen miqrasiyasına daha çox təsir göstərir.