Narval

Narval (lat. Monodon monoceros) — ağızdan bayıra çıxan böyük dişə sahib orta ölçülü dişli balina. Qrenlandiya, KanadaRusiya ətrafındakı arktik sularında yaşayır. Narval ağ balina kimi təkbuynuzlular fəsiləsinin nəsli kəsilməmiş iki növündən biridir. Narvalların erkəkləri uzun düz spiralvari dişlə fərqlənir, hansı ki, əslində uzanmış yuxarı sol köpək dişidir. Narval 1758-ci ildə Karl Linney tərəfindən Systema Naturae çapında təsvir edilmiş bir çox növdən biridir.

Narval
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Narval
Beynəlxalq elmi adı

Ağ balina kimi narvallar da orta ölçüdədirlər. Dişilər və erkəklər üçün, erkəklərin uzun dişi istisna olmaqla, ümumi boy ölçüsü 3.95 metrdən 5.5 metrə qədər dəyişir; erkəklər dişilərdən bir az daha böyükdürlər. Yetkin narvalın orta çəkisi 800-1600 kiloqramdır. Təqribən 11-13 yaşlarında erkəklər cinsi yetkinliyə çatırlar; dişilərdə isə bu 5-8 yaşlarında baş verir. Narvalların bel üzgəci yoxdur. Onların fəqərə sümükləri başqa məməlilərinki kimi qoşulub, delfinlərdəkibalinalardakı kimi birləşməyib.

Əsasən Kanadanın Arktika və Qrenlandiya və Rusiya sularında yaşadığına görə Arktika yırtıcısı olaraq ixtisaslaşdırılırlar. Qışda o, bentik bölgələrdə sıx axın buzları altındakı kambalakimilərlə qidalanırlar. Yay ərzində narvallar əsasən arktik treskası və Qrenlandiya paltusu yeyirlər və qütb treskası kimi digər balıqlar da onların qidasının qalan hissəsini təşkil edir. Hər il yay gələndə onlar körfəzlərdən okeana hərəkət edirlər. Qışda erkək narvallar bəzən 1500 metr dərinliyə qədər suya baş vururlar və bu 25 dəqiqəyə qədər davam edir. Digər bir çox dişli balinalar kimi narvallar da "şaqqıldatmalar", "fıştırıqlar" və "zərbələr"lə ünsiyyət qurur.

Narvallar 50 yaşa qədər yaşayırlar. Dəniz suyu donanda onlar tez-tez boğulmadan ölürlər. Ölümün başqa səbəbi xüsusilə gənc balinalar arasında aclıqdır. Hal-hazırda narvalların sayı 75 mindir, beləliklə, Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin kriterisinə görə narvallar nəsli kəsilmə təhlükəsinə yaxın olan növ olaraq təsnif edilir. Onlar ətləri və dişləri üçün Şimali Kanadada və Qrenlandiyada İnuitlər tərəfindın min ildən çox məhsul kimi istifadə edilmişlər və tənzimlənmiş yaşayış mənbəyi olan ov davam edir.

Taksonomiyası və etimologiyası

[redaktə | mənbəni redaktə et]
Narval və onun ən yaxın nəsli kəsilməmiş qohumu ağ balinanın illüstrasiyası

Narval ilk dəfə Karl Linney tərəfindən Systema Naturae çapında təsvir edilmiş bir çox növdən biridir.[3] Onun adı heyvanın boğulmuş dənizçi kimi boz, ləkəli piqmentasiyasına [4] və onun yay vaxtı dəniz səthində və ya dəniz səthinə yaxın hərəkətsiz uzanmasına görə mənası "cəsəd" olan qədim norsca dilinin nár sözündən törəyib.[5] Elmi adı Monodon monoceros isə Yunan sözü "bir-diş bir-buynuz"dan törəyib.[4]

Narval ən çox ağ balinaya yaxındır. Birlikdə onlar bəzən "ağ balinalar" olaraq adlandırılan təkbuynuzlular (lat. Monodontidae) fəsiləsinin nəsli kəsilməmiş üzvləridir. Təkbuynuzlular orta ölçüləri (təqribən 4 metr uzunluğunda), alındakı yağlı toxuma kütləsi (dairəvi hissiyyat orqanları), qısa burunlar və həqiqi bel üzgəcinin olmaması ilə fərqlənir.[6] Eyni monofiletik mənşəyi olan təkbuynuzlular, delfinlər (lat. Delphinidae) və dəniz donuzları (lat. Phocoenidae) birlikdə Delphinoidea fəsiləüstünü əmələ gətirirlər. Genetik sübut göstərir ki, dəniz donuzları ən çox təkbuynuzlulara yaxındırlar və bu iki fəsilə keçmiş 11 milyon il ərzində Delphinoidea fəsiləüstünün digər nümayəndələrindən ayrılan kladını təşkil edirlər.[7] Daşlaşmış heyvan qalıqlarından alınmış sübut isə göstərir ki, təkbuynuzlular tropik sularda yaşayıblar. Pliosen dövründə dəniz qida zəncirindəki dəyişikliklərə görə narvallar arktik və subarktik sulara miqrasiya ediblər.[8]

Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zoologiya Muzeyində bütöv skelet

Narvallar orta ölçülü balinalardır və ağ balinalarla təqribən eyni ölçüdədirlər. Dişilər və erkəklər üçün, erkəklərin uzun dişi istisna olmaqla, ümumi boy ölçüsü 3.95 metrdən 5.5 metrə qədər dəyişir.[9] Orta boy ölçüsü 4.1 metr olan erkəklər dişilərdən bir az daha böyükdürlər; dişilərdə orta boy ölçüsü 3.5 metrdir.[9] Yetkin narvalın orta çəkisi 800-1600 kiloqramdır. Erkək narvallar 11-13 yaşlarında, 3.9 metr uzunluğunda olanda cinsi əlaqəyə daxil olurlar. Dişilər isə daha gənc - 5-8 yaşlarında, 3.4 metr uzunluğunda olanda cinsi yetkinlikliyə çatırlar. Piqmentasiyaları ləkəli şəkildə olur: ağ fonda qara-qəhvəyi nişanlar. Narvallar doğulanda qara rəngdə olur və böyüdükcə daha olur; cinsi yetişkinlik dövründə göbəkdə və cinsi orqanların yarıqlarında ağ xallar yaranır. Yaşlı erkəklər demək olar ki, tamamilə ağ olur.[4][9][10] Narvalların bel üzgəci yoxdur. Buna səbəb asanlıqla buz altında üzmək üçün baş verən təkamül uyğunlaşması ola bilər. Onların boyun fəqərələri bir çox balinalardakı kimi birləşmək yerinə quru məməlilərindəki kimi qoşulub. Hər iki cəhət ağ balinada da görünür.[5] Dişi narvalların quyruqlarının geriyə meyilli ön kənarı var, erkəklərin quyruqlarında isə daha batıq və geriyə meyilli olmayan ön kənarı var. Bunun uzun dişin səbəb olduğu ön müqaviməti azaltmaq üçün yaranan bir uyğunlaşma olduğu hesab edilir.[11]

Narvallarda nadir görünən xüsusiyyət - iki uzun dişli kəllə. Hamburqda Zooloji Muzey

Erkək narvalın ən çox nəzərə çarpan xarakteristikası tək uzun dişidir, bu yuxarı çənənin sol tərəfindən, dodaqların arasından uzanan və heliks spiral əmələ gətirən köpək dişidir.[12][13] Narvalların dişləri həyatları boyu böyüyür və təxminən 1.5-3.1 metr uzunluğuna çatır. O içiboşdur və 10 kiloqram ağırlığındadır. Təxminən 500 erkəkdən 1-də iki uzun dişi var və bu sağ köpək dişi dodaqlardan çölə böyüyəndə baş verir. Dişilərdə bəzən uzun diş böyüyür; dişilərin təxminən 15 faizində uzun diş inkişaf edir[14] və dişilərin uzun dişi zəif nəzərəçarpan spiralla erkəklərinkindən kiçik olur.[15][16][17] Dişilərdə də ikinci uzun diş inkişaf edə bilər, ancaq belə hadisə yalnız bir dəfə qeydə alınıb.[18] Uzun dişlər arxadan, aşağıdan və yandan morfologiya və histologiyada fərqlənən kiçik dişlərlə əhatə edilir. Bu kiçik dişlər rudimentdir və bəzən sümükdən xaric edilə bilər. Narvalın ağızı, əsasən, dişsiz olur.[12]

Biologiya ənənəvi olaraq şirin yalına və tovuz quşunun quyruq tüklərinə oxşar bir şəkildə narvalın uzun dişini ikinci seksual xarakteristika hesab edir. Bu sürüdə mövqeyi müəyyən etməyə, digərlərindən üstünlüyü qorumağa və ya gənc erkəklərə cinsi əlaqəni icra edəndə lazım olan hərəkətlər üçün vacib olan bacarıqları inkişaf etdirməyə kömək edə bilər. Narvallar bəzən döyüşmək, başqa aqressiv davranışlar, onların arktik yaşayış yerlərindəki dəniz buzunu qırmaq üçün öz uzun dişlərini istifadə edərkən müşahidə ediliblər. Uzun diş sinirlə əlaqəli hissiyyat orqanıdır, hansı ki, milyonlarla açıq sinir ucları ilə birlikdə beyinlə xarici okean mühitini əlaqələndirir.[19][20][21][22] Uzun dişin başqa növə qarşı istifadə edilməsi ilə bağlı Ən azı bir dənə hadisə var. Ağ balinanın alnındakı yağlı toxuma kütləsinə keçirilmiş, döyüşün baş verdiyini göstərən sınmış uzun diş tapılıb.[5]

Kresvel Körfəzində narvallar

Narval, əsasən, Atlantik okeanındaŞimal Buzlu Okeanının Rusiya hissəsində müşahidə edilir. Nümayəndələr Hudzon körfəzinin şimalında, Hudzon boğazında, Baffin körfəzində, Qrenlandiyanın şərq sahillərində və Qrenlandiyanın şimal ucundan şərqi Rusiyaya (170° Şərq) qədər keçən zolaqda qeydə alınıb. Bu zolağa daxil olan ərazilər Şpisbergen, Franz İosif torpağı və Severnaya Zemlyadır.[4] Narvalın ən şimalda görünməsi Franz İosif torpağının şimalında, təqribən 85° şimal en dairəsində baş verib.[4] Narvalların böyük bir hissəsi şimali Kanada və qərbi Qrenlandiyanın fiord və buxtalarında cəmlənmişdir. Onlar dəniz səviyyəsindən 1500 metr aşağıda həyatda qala bilirlər.[23]

Narvallar, adətən, dayaz sulardakı buzla örtülməmiş yay ərazilərinə qayıtmaqda sədaqət göstərərək mövsumi miqrasiyalar edirlər. Yay aylarında onlar sahilə 10-100 nəfərlik qruplar şəklində yaxınlaşırlar. Qışda onlar açıq dənizə - səthində dəniz buzundakı çatlar və yarıqlar olan qalın buz təbəqəsinin altındakı dərin sulara hərəkət edirlər.[24] Yaz gələndə bu yarıqlar kanaların yaranmasına səbəb olur və narvallar sahil körfəzlərinə qayıdırlar.[25] Kanadadan və qərbi Qrenlandiyadan olan narvallar müntəzəm olaraq Davis buxtası və Baffin körfəzinin sabit buz təbəqəsində qışlayırlar.[23] Qışda qidalanma yaydakından daha çox enerjinin qəbul edilməsinə səbəb olur.[23][24]

Narvallar, əsasən, 5-10 nəfərlik qruplarda birləşirlər və yay xaricində bəzən qrupdakı üzvlərin sayı 20-ə qədər artır. Qruplar yalnız dişilərin və gənc narvalların olduğu "uşaq bağçası" ola bilər və ya yayılmadan sonrakı yeniyetmələr və yetkin erkəklərdən ibarət ola bilər. Ancaq ilin hər hansı bir zamanında qarışıq qruplar yarana bilər.[9] Yayda bir neçə qrup bir yerə gəlir və 500-1000 narvalların təşkil etdiyi böyük topa əmələ gəlir.[9] Bəzən böyük erkək narvallar öz uzun dişlərini bir-birinə sürtürlər.[20][26] Bunun qrupda ağalığı qorumaq üçün edildiyi [26] və ya uzun dişin həssas hissiyyat orqanı olaraq qaldığını göstərir.[19][20]

Narvalların nisbətən məhdud və xüsusi qidalanması var. Onların yemini, əsasən, Qrenlandiya paltusu, qütb və Arktik treskası, mürəkkəbböcəyi, krevet və Genotidaedir. Digər mədədə tapılanlara canavar balığı, moyva, skat yumurtaları və balinalar dərinliyin aşağısında qidalananda təsadüfən həmz edilən qaya parçaları daxildir.[9][23][24][26] Diş quruluşu yaxşı inkişaf etmədiyinə görə narvalların yem yaxın məsafədə olana qədər ona tərəf üzərək və müəyyən bir qüvvə ilə onu ağıza tərəf soraraq qidalandığı fikirləşilir. Diş quruluşu zəif olan dimdikburun balinaların da yemlərini sorduğu fikirləşilir.[27]

Narvalların yayda sıx qidalanan cəmiyyəti var. Kanada Zoologiya Jurnalında çap edilən bir tədqiqat nə yediklərini görmək üçün fərqli yaş dövrlərindən və fərqli cinsiyyətlərdən olan 73 nayvalı yoxlayıb. Narvallar Pond İnletdən idi və onların mədə tərkibləri 1978-ci ilin iyunundan 1979-cu ilin sentyabrına qədər yoxlanılıb. 1978-ci ildə tədqiqat narvalların qidalanmasının təqribən 51%-i təşkil edən Arktik treskasının (Boreogadus saida) birinci yerdə, qidalanma çəkisinin 37%-i təşkil edən Qrenlandiya paltusunun (Reinhardtius hippoglossoides) ikinci yerdə olduğunu tapdı. Bir il sonra hər iki canlının narvalın qidalanmasındakı faizləri dəyişdi. 1979-cu ildə Arktik treskası 57% və Qrenlandiya paltusu 29%-i təşkil elədi. Dərinliklərdə yaşayan balıqlar - paltus, Sebastes marinus və qütb treskası erkəklərin qidalanmasnda tapılıb və bu da narvalların dəniz səviyyəsindən 500 metr dərinliyə qədər enə bildiyini göstərir. Tədqiqat müxtəlif yaş dövrlərindən və müxtəlif cinsiyyətlərdən olan narvalların qidalanmasında xüsusi ehtiyaclar olmadığını aşkar etdi.[28]

Suya baş vurma

[redaktə | mənbəni redaktə et]
Narvalların başaşağı üzməsi

Qışlama sularında narvallar dəniz məməliləri üçün rekord sayılacaq dərinliklərə baş vururlar. Onlar hər gün 15 dəfədən çox ən azı 800 metr dərinliyə baş vururlar və bunların bir çoxu 1500 metr dərinliyə qədər çatır. Bu dərinliklərə qədər üzmək aşağıda keçirilən vaxt, aşağını gəzmək və səthdən geri qayıtmaq daxil olmaqla 25 dəqiqə çəkir.[29]

Xəbərləşmə

[redaktə | mənbəni redaktə et]

Bir çox dişli balinalar kimi narvallar da səsi üzmək və qida tapmaq üçün istifadə edirlər. "Şaqqıldatmalar", "fıştırıqlar" və "zərbələr" heyvanın başındakı hava dəliyi yaxınlığında olan bölmələr arasındakı hava vasitəsilə yarana bilər və kəllənin maili ön tərəfinə əks oluna bilər. Daha sonra bu səslər əzələ sistemi tərəfindən idarə edilən alındakı yağlı toxuma kütləsi tərəfindən yönləndirilir. "Şaqqıldatmalar" yemin exo-lokasiyasını və yaxın məsafədəki maneələrin yerini müəyyən etmək üçün istifadə edilir. Müxtəlif nümayəndələrin etdiyi "şappıltılar" yemi ovlamağı asanlaşdırmaq məqsədilə onları çaşdırmaq və hərəkət etməyən hala gətirməyə qadir ola bilər, ancaq bu xassə təsdiq edilməyib. Narvalın fıştırıqları ağ balina ilə müqayisədə nadir hallarda eşidilir. Narvallar tərəfindən edilən digər səslərə nərildəmələr və qıcırdayan qapı səsləri daxildir.[5]

Çoxalma və erkən həyat

[redaktə | mənbəni redaktə et]

Dişilər 6-8 yaşlarında olanda bala doğmağa başlayırlar. Yetkin narvallar açıq dənizdəki buz təbəqəsində olanda aprel və ya mayda cütləşirlər. Hamiləlik 14 ay davam edir və növbəti il iyun və avqust arası narval balaları doğulur. Bir çox dəniz məməliləri kimi ancaq bir bala doğulur. Yeni doğulmuş narval balaları 1.6 metr uzunluğunda və tünd rəngdə olur. Yeni doğulan balalar həyatlarına nazik yağ təbəqəsi ilə başlayırlar və onlar yağla zəngin ana südü ilə qidalandıqca yağ təbəqəsi qalınlaşır. Balalar təqribən 20 ay ana südündən asılı olurlar. Uzun çəkən əmzirmə dövrü narval balalarına həyatda qalmaq üçün lazım olan bacarıqları öyrənirlər. Analar və balalar yaxın qalırlar və səyahət edəndə bala üzmədə kömək üçün anasının belinə yaxın qalır.[5]

Yaşama müddəti və ölüm

[redaktə | mənbəni redaktə et]
Narvalın cəmdəyini yeyən ağ ayı

Narvallar ən azı 50 ilə qədər yaşaya bilir.[9] Müasir zamanda narvalların ovlanması, demək olar ki, tamamilə insanlar tərəfindən edilir; narvalları ovlayanlara narvalları buzdakı tənəffüs oyuqlarında vurmağa cəhd edən və əsasən gənc balinaları hədəfləyən ağ ayılar və tək bir narvalı tutmaq üçün qruplar əmələ gətirən orkalardır. Nadir olmasına baxmayaraq Qrenlandiya köpək balığımorjlar gənc və ya zəif və yaralı yetkin narvalları tuta bilər.[9] Orkalar kimi yırtıcılardan qaçmaq üçün narvallar sürətlərinə etibar etməkdənsə, əsasən, buz altında gizlənməyə üstünlük verirlər.[30]

Narvallar payızın axırlarında arktik sularının səthi tamamilə donandan əvvəl buranı tərk edə bilməyəndə tez-tez boğularaq ölürlər.[9][31] Açıq su ərazisi güclü küləklər kimi buzun qırılmasına səbəb olan hadisələr tərəfindən sınan buzla örtülmüş suda formalaşır. Bu vəziyyətlər olmayanda buz çox rahat formalaşır. Ən axırıncı böyük ölüm hadisələri az külək olanda baş verib. Narvallar məməlidirlər və nəfəs almaq üçün havaya ehtiyacları var. Əgər açıq sulara çıxa bilmirlərsə və buzda içindən keçmək üçün qalındırsa, onlar boğula bilirlər. Buzdakı tənəffüs oyuqları arasındakı maksimum aerobik üzmə məsafəsi 1.450 metrdən azdır və bu yemin tapılmasını məhdudlaşdırır. Bu oyuqlar erkək balinanın nəfəs alması üçün ən azı 0.5 metr genişliyində olmalıdır.[30] Narvalların ölməsinə səbəb olan hadisələr 600 nümayəndənin təşkil etdiyi qrupları boğulmalarına səbəb olan tələyə sala bilir. Ən böyük ölüm hadisələri Disko körfəzi kimi narvalların qışlama ərazilərində baş verir. 1915-ci ildə Qərbi Qrenlandiyada 1000-dən çox narval buz altında qalıb.[32] Dənizdə buz təbəqəsinin azalmasına baxmayaraq, 2008-2010-cu illərdə qışda yaylama yerlərinə yaxın ərazilərdə dənizdə boğulma ilə bağlı bir çox böyük hadisə olub.[31] Bu yerlərdən ikisində daha əvvəl belə bir hadisə qeydə alınmamışdı. Bu yaylama ərazilərindən gec gedişlərin olduğunu təklif edir. Qrenlandiyanı əhatə edən ərazilərdə külək və axınlar vasitəsilə ətraf ərazilərdən gələn dəniz buzunun adveksiyası baş verir və bu, dənizdə buzun konsentrasiyasını artırır. Ərazilərə güclü sədaqətinə görə hava və buz dəyişiklikləri həmişə narvalın açıq sulara axını ilə əlaqələndirilmir. Ona görə də dəniz buzlarında yaranan dəyişikliklərlə qarşılaşmaq üçün narvalların nə qədər zəif olmasını müəyyən etmək üçün daha çox məlumata ehtiyac var. Narvallar, əsasən də, gənc narvallar həm də aclıqdan ölürlər.[9]

Nəsli kəsilməsindən qorunması

[redaktə | mənbəni redaktə et]
Tutulmuş erkək narval

Narvallar insanların etdiklərinə görə təhlükə altında olan bir çox məməlilərdən biridir.[33] Dünyada narvalların sayı təqribən 75000 olaraq qiymətləndirilir.[25] Onlar nəsli kəsilmə təhlükəsinə yaxın olan hesab edilir və müxtəlif sürülərdə narvalların sayının azalması görülür. Nəsli kəsilmədən qorumaq üçün Avropa İttifaqı narvalların dişləri üçün idxal qadağası qoyub. Başqa ölkələrin də ovlanma ilə bağlı kvotası var və bu, dəniz buzu təbəqəsinin azalması ilə yeni açılan ərazilərdə əhəmiyyətlidir.[33] Narvalları bağlı şəraitdə saxlamaq çətindir.[20]

Dişli narvalı qilalugaq tugaalik adlandıran inuitlərin natural təsərrüfat üçün balina növlərini ovlamasına icazə verilir. Su itiləribalinalar kimi dəniz məməlilərinə oxşar bir şəkildə narvallar da geniş bir şəkildə ovlanmışdır və onlar arktik ərazilərdə yerli xalqların önəmli ehtiyatlarından biri olan böyük miqdarda yağ üçün ovlanır. Demək olar ki, narvalların bütün hissələri - əti, dərisi, balina yağı və orqanları istehlak edilir. Mattak (xam dəri və balina yağı) dadlı hesab edilir və sümüklər alətlər və incəsənət üçün istifadə edilir.[4] Dəri başqa yollarla tapılması çətin olan vitamin C-in mənbəyidir. Qrenlandiyada Kaanaak kimi bəzi yerlərində ənənəvi ovçuluq istifadə edilir və balinalar əllə düzəldilmiş Eskimos qayıqlarında ovlanır. Qrenlandiyanın başqa yerlərində və Şimali Kanadada ov zamanı yüksək sürətli qayıqlar və tüfənglər istifadə edilir.[4]

Şimal-Qərb Ərazilərinin gerbi

Narvallar böyüyərkən öz daxili orqanlarına metallar yığırlar. Bir tədqiqat metalların konsentrasiyasının narval yağında aşağı, qaraciyər və böyrəkdə yüksək olduğunu aşkar edib. Sinkkadmium böyrəkdə qaraciyərdən daha yüksək qatılıqda tapılıb və qurğuşun, miscivə isə qaraciyərdə daha yüksək qatılıqda tapılıb. Müəyyən metallar narvalın ölçüsü və cinsiyyəti ilə əlaqədardır. İnkişaf zamanı civənin qaraciyər, böyrək, əzələ və narval yağında və kadmiumun narval yağında toplandığı aşkar edilib.[34]

Narvallar onların yaşayış yerlərində, xüsusilə Baffin körfəzi və Davis boğazı kimi şimali qışlama yerlərində dəyişkən dəniz buzu təbəqəsinə görə iqlim dəyişikliyinə qarşı ən həssas arktik dəniz məməlilərindən biridir.[25][35] Peykdən alınan məlumat bu ərazilərdə dəniz buzunun nəzərəçarpacaq dərəcədə azaldığını göstərir.[36] Narvalların yem axtardığı ərazilər onların erkən həyatındakı nümunələrlə formalaşır və bu da qış zamanı vacib qida ehtiyatının toplanması bacarığının artmasına kömək edir. Bu strategiya narvalın yaşadığı əraziyə bağlılığını fokusa alır və bu qışda mərkəzi yem toplama ərazilərini olması ilə nəticələnir. Belə ki, iqlimin dəyişməsinə baxmayaraq, narvallar miqrasiya zamanı eyni yerə qayıtmağa davam edəcəklər. Dəniz buzundakı dəyişikliklərə qarşı həssas olmasına baxmayaraq, narvalın dəniz buzu və ərazi seçimi zamanı uyuşmağı var. Onlar son Pleosendə təkamül ediblər və az-çox buzlaşma dövrünə və ətraf mühtin müxtəlifliyinə öyrəşiblər.[37]

2002-ci ildə Siorapalukda narvalı ovlamaq üçün edilən cəhdlərin artmamasına baxmayaraq,[38] ovçular tərəfində tutulan narval sayısında artım var idi və bu da göstərir ki, iqlim dəyişikliyi narvalı ovlanmağa qarşı daha zəif edir. Neft axtarışı ilə bağlı olan seismik araşdırmalar da normal miqrasiya nümunələrini pozub və bu da artan dəniz buzundakı ölümlərlə əlaqələndirilə bilər.[39]

Mədəniyyətdə təsvirləri

[redaktə | mənbəni redaktə et]

Əfsanələrdə

[redaktə | mənbəni redaktə et]
Narvalın uzun dişindən düzəldilmiş nizənin başı

İnuit əfsanəsinə görə qarmaq böyük narvala sancılandan sonra qarmağın ipi qadının belinin ətrafında bağlanıb və qadın okeana sürüklənib. Beləliklə, narvalın uzun dişi yaranıb. Qadın narvala çevrilib və onun saçı da burulmuş düyün şəklində olduğundan xarakteristik spiral narval dişi oldu.[40]

Orta əsrlər dövrünün bəzi avropalıları narvalların uzun dişinin əfsanəvi təkbuynuzların buynuzu olduğuna inanırdılar.[41][42] Buynuzlar zəhəri neytallaşdırmaq və melanxoliyanı sağaltmaq kimi sehrli qüvvələrə malik olduğundan vikinqlər və başqa şimali ərazilərin tacirləri narval dişlərini çox vaxt öz çəkilərində qızıla sata bilərdilər.[43] Narvalların uzun dişləri içkiyə düşən hər hansı zəhəri zərərsizləşdirən fincanlar hazırlamaq üçün istifadə edilirdi. 1555-ci ildə Olaus Maqnus alnında buynuz olan balığa bənzər məxluqun şəklini onu "Narval" olaraq müəyyən edərək çap etdirdi.[41]XVI əsrdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının kraliçası I Elizabet bir qəsr ilə eyni qiymətdə - 10000 Britaniya funtu olan (2007-ci ildə pərakəndə qiymət indeksi ilə təqribən 1.5–2.5 milyon funt sterlinq[43]) yonulmuş və ləl-cəvahiratla bəzədilmiş narvalın uzun dişini qəbul etdi. Hədiyyəni verən Hemfri Hilbert onun "dəniz təkbuynuzuna" aid olduğunu təklif etmişdi. Uzun dişlər Nadir Əşyalar Kabinetinin əsas məhsulları idi.[41] Uzun dişin mənşəyi haqqında məlumat Böyük Coğrafi Kəşflər dövründə səyyahlar və təbiətşünaslar arktik ərazilərə səyahət etməyə başladıqca nisbətən artıb.

Ədəbiyyatda və incəsənətdə

[redaktə | mənbəni redaktə et]
Brems Terlebendə (1864–1869) narvalın şəkli

Narval Jül Vernin 1870-ci il romanı "20 000 lye su altında"dakı nəhəng dəniz məxluqunun iki mümkün izahından biridir. Vern fikirləşirdi ki, belə nəhəng narvalın mövcud olması mümkün deyil. Narvalın və ya Vern tərəfindən tapıldığı kimi "dənizin təkbuynuzunun" ölçüsü 18 metr ola bilərdi. Narval fenomenə səbəb olduğu üçün Vern onun ölçüsü və çəkisinin beş və ya on qat artıq göstərilməli olduğunu qeyd etdi.[44]

German Melvill 1851-ci il romanı Mobi Dikdə narvala aid bir hissə yazmışdı. Bu hissədə o, Martin Frobişer tərəfindən I Elizabetə verilən narval dişinin Vindzor sarayında uzun müddət asılmış olduğunu iddia edirdi. Onun başqa bir iddiası isə Danimarka krallarının taxtlarının narvalların uzun dişlərindən düzəldildiyidir.[45]

"Təkbuynuzun əfsanəsi" kitabında narvaldan ətraflı bəhs edilib. Kitabda müəllif Odel Şepard narvalın alnında buynuz olan balıqdan dəniz təkbuynuzuna qədər erkən izahlarını təsvir edir. Şepard deyir ki, həm narvalların, həm də onların uzun dişlərinin vacibliyi haqqında danlarhollandlar danışıb və onlar necə səyyahlar tərəfindən tapılmadan ən azı 200 il yaşayıb. Daha sonra, narvallar müəyyən ediləndən sonra iki uzun diş Danimarka kralına təqdim edilib. Dişlərdən biri 10 fut (3 metr) uzunluğunda idi və o sonra Nova Zembla adlanan əraziyə nəql edilib.[41]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. (Latin) Linnaeus, C. Systema naturae per regna tria naturae, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locis. Tomus I. Editio decima, reformata. Holmiae. (Laurentii Salvii). 1758. səh. 824.
  4. 1 2 3 4 5 6 7 Heide-Jørgensen, M. P. and Laidre, K. L. Greenland's Winter Whales: The beluga, the narwhal and the bowhead whale. Ilinniusiorfik Undervisningsmiddelforlag, Nuuk, Greenland. 2006. ISBN 978-87-7975-299-3.
  5. 1 2 3 4 5 "The Narwhal: Unicorn of the Seas" (PDF). Fisheries and Oceans Canada. 2007. 10 July 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 July 2013.
  6. Brodie, Paul. Macdonald, D. (redaktor). The Encyclopedia of Mammals. New York: Facts on File. 1984. 200–203. ISBN 0-87196-871-1.
  7. Waddell, V.G.; Milinkovitch, M.C.; Bérubé, M. and Stanhope, M.J. "Molecular Phylogenetic Examination of the Delphinoidea Trichotomy: Congruent Evidence from Three Nuclear Loci Indicates That Porpoises (Phocoenidae) Share a More Recent Common Ancestry with White Whales (Monodontidae) Than They Do with True Dolphins (Delphinidae)". Molecular Phylogenetics and Evolution. 15 (2). 2000: 314–318. doi:10.1006/mpev.1999.0751. PMID 10837160.
  8. Jorge Vélez-Juarbe and Nicholas D. Pyenson. "Bohaskaia monodontoides, a new monodontid (Cetacea, Odontoceti, Delphinoidea) from the Pliocene of the western North Atlantic Ocean". Journal of Vertebrate Paleontology. 32 (2). 2012: 476–484. doi:10.1080/02724634.2012.641705.
  9. 1 2 3 4 5 6 7 8 9 10 Macdonald, D.W.; Barrett, P. Mammals of Europe. New Jersey: Princeton University Press. 1993. ISBN 0-691-09160-9.
  10. "Monodon monoceros". Fisheries and Aquaculture Department: Species Fact Sheets. Food and Agriculture Organization of the United Nations. 16 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2007.
  11. Fontanella, Janet E.; Fish, Frank E.; Rybczynski, Natalia; Nweeia, Martin T.; Ketten, Darlene R. "Three-dimensional geometry of the narwhal (Monodon monoceros) flukes in relation to hydrodynamics". Marine Mammal Science. 27 (4). 2010: 889–898. doi:10.1111/j.1748-7692.2010.00439.x.
  12. 1 2 Nweeia, Martin T.; Eichmiller, Frederick C.; Hauschka, Peter V.; Tyler, Ethan; Mead, James G.; Potter, Charles W.; Angnatsiak, David P.; Richard, Pierre R.; və b. "Vestigial tooth anatomy and tusk nomenclature for Monodon monoceros". The Anatomical Record. 295 (6). 2012: 1006–16. doi:10.1002/ar.22449. PMID 22467529.
  13. Nweeia, Martin. "Narwhal Tusk Research". Narwhal Tusk Research. Narwhal.org. 2014-06-20. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-20.
  14. Lambert, K. "How Narwhals work". 21 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2013.
  15. "Narwhal Biology". NarwhalTusks.com. 2 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2013.
  16. "Narwhal". American Cetacean Society. 21 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 July 2013.
  17. "Narwhal Whale Tusk". Narwhal Whales. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2013.
  18. Carwardine, Mark. DK Handbooks: Whales Dolphins and Porpoises. Dorling Kindersley. 1995. ISBN 1-56458-620-0.
  19. 1 2 Nweeia; və b. "Sensory ability in the narwhal tooth organ system". The Anatomical Record. 297 (4). 2014: 599–617. doi:10.1002/ar.22886. (#explicit_et_al)
  20. 1 2 3 4 Broad, William. "It's Sensitive. Really". The New York Times. 13 December 2005. 4 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2015. mirror Arxivləşdirilib 2013-10-26 at the Wayback Machine
  21. Vincent, James. "Scientists suggest they have the answer to the mystery of the narwhal's tusk". 19 March 2014. 31 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2014.
  22. Nweeia, Martin. "Narwhal Tusk Research - About the Tusk". Narwhal Tusk Research. Narwhal.org. 2014-06-20. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-20.
  23. 1 2 3 4 Laidre, K. "Deep-ocean predation by a high Arctic cetacean". ICES Journal of Marine Science. 61 (1). 2004: 430–440. doi:10.1016/j.icesjms.2004.02.002.
  24. 1 2 3 Laidre, K.L. and Heide-Jørgensen, M. P. "Winter feeding intensity of narwhals". Marine Mammal Science. 21 (1). 2005: 45–57. doi:10.1111/j.1748-7692.2005.tb01207.x.
  25. 1 2 3 Laidre, K. L.; Stirling, I.; Lowry, L.; Wiig, Ø.; Heide-Jørgensen, M. P. and Ferguson, S. "Quantifying the sensitivity of arctic marine mammals to climate-induced habitat change". Ecological Applications. 18 (2). 2008: S97–S125. doi:10.1890/06-0546.1. PMID 18494365.
  26. 1 2 3 "The Biology and Ecology of Narwhals". National Oceanic and Atmospheric Administration. 14 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2009.
  27. "Animal Bytes – Narwhal". Seaworld.org. 22 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 April 2013.
  28. Finley, K.J.; Gidd, E.J. "Summer diet of the narwhal (Monodon monoceros) in Pond Inlet, northern Baffin Island". Canadian Journal of Zoology. 60 (12). 1982: 3353–3363. doi:10.1139/z82-424.
  29. Laidre, K. L.; Heide-Jørgensen, M. P.; Dietz, R.; Hobbs, R. C. and Jørgensen, O. A. "Deep-diving by narwhals, Monodon monoceros: differences in foraging behavior between wintering areas?". Marine Ecology Progress Series. 261. 2003: 269–281. doi:10.3354/meps261269.
  30. 1 2 Williams, Terrie M.; Noren, Shawn R.; Glenn, Mike. "Extreme physiological adaptations as predictors of climate-change sensitivity in the narwhal, Mondon monceros". Marine Mammal Science. 27 (2). 2011: 334. doi:10.1111/j.1748-7692.2010.00408.x.
  31. 1 2 Laidre K., Heide-Jorgensen, M.P.; Stern, H. and Richard, P. "Unusual narwhal sea ice entrapments and delayed autumn freeze-up trends" (PDF). Polar Biology. 35. 2011: 149. doi:10.1007/s00300-011-1036-8. 2021-12-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-01-14.
  32. Porsild, M. "On 'Savssat': A crowding of Arctic animals at holes in the sea ice". Geogr Rev. 6 (3). 1918: 215–228. doi:10.2307/207815. JSTOR 207815.
  33. 1 2 Jefferson, T.A., Karczmarski, L., Laidre, K., O'Corry-Crowe, G., Reeves, R.R., Rojas-Bracho, L., Secchi, E.R., Slooten, E., Smith, B.D., Wang, J.Y. & Zhou, K. (2008). Monodon monoceros. In: IUCN 2008. IUCN Red List of Threatened Species. Yüklənib: 18 December 2008.
  34. Wagemann, R.; Snow, N.B.; Lutz, A.; Scott, D.P. "Heavy Metals in Tissues and Organs of the Narwhal (Monodon monoceras)". Canadian Journal of Fisheries and Aquatic Sciences. 40 (S2). 1983: s206–s214. doi:10.1139/f83-326.
  35. Borenstein, Seth. "Narwhals more at risk to Arctic warming than polar bears". Associated Press. 25 April 2008. 8 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 April 2008.
  36. Laidre, KL; Heide-Jørgensen, MP. "Life in the lead: extreme densities of narwhals Monodon monoceros in the offshore pack ice". Marine Ecology Progress Series. 423. 2011: 269. doi:10.3354/meps08941.
  37. Laidre, K.L.; Heide-Jørgensen, M.P. "Arctic sea ice trends and narwhal vulnerability" (PDF). Biological Conservation. 121 (2005). 2005: 509–517. doi:10.1016/j.biocon.2004.06.003. ISSN 0006-3207. 2021-12-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-01-16.
  38. Nielsen M.R. "Is climate change causing the increasing narwhal (Monodon monoceros) catches in Smith Sound, Greenland?". Polar Research. 28 (2). 2009: 238. doi:10.1111/j.1751-8369.2009.00106.x.
  39. Heide-Jørgensen M.P., Hansen, R.G.; Westdal, K.; Reeves, R.R. and Mosbech, A. "Narwhals and seismic exploration: Is seismic noise increasing the risk of ice entrapments?". Biological Conservation. 158. 2013: 50. doi:10.1016/j.biocon.2012.08.005.
  40. Bastian, Dawn E; Judy K. Mitchell. Handbook of Native American Mythology. ABC-CLIO. 2004. 54–55. ISBN 1-85109-533-0. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-12.
  41. 1 2 3 4 Shepard, Odell. The Lore of the Unicorn. CreateSpace Independent Publishing Platform. 2013. səh. 176. ISBN 1-4565-6952-X. 2021-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-12.
  42. Daston, Lorraine and Park, Katharine (2001). Wonders and the Order of Nature, 1150–1750. New York: Zone Books, ISBN 0-942299-91-4.
  43. 1 2 Officer, L.H.; Williamson, S.H. "Purchasing Power of British Pounds from 1270 to Present". MeasuringWorth. 2014. 2012-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-12.
  44. Verne, J. Twenty Thousand Leagues Under the Sea (PDF). Pierre-Jules Hetzel. 1870. səh. 10. 2015-01-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-01-13.
  45. Melville, H. Moby-Dick; Or The Whale. Richard Bentley. 1851. səh. 635. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-13.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]