Nival iqlim lat. nivalis — qarlı, soyuq – Penkin (1910) iqlimlərin geomorfoloji təsnifatına görə, soyuq iqlim olub, ilin isti fəsillərində əriyib buxarlana bilən hissəsindən daha artıq yağan yağıntıların (qar şəklində) miqdarının artıq olması ilə səciyyələnir. İlin soyuq vaxtlarında yağan qarın əriyib, buxarlanmayan hissəsi ildən-ilə toplanıb, firn və buza çevrilir. Qütb en dairələrinin arktik qurşağı və dağların qar sərhədindən yuxarı zonaları üçün səciyyəvidir.
Nival qurşaq - ing. nival belt rus. нивальный пояс dağların ən yüksək təbii qurşağı, iqlim qar sərhədindən yuxarıda yerləşir. Qar yığını, buzlaqlar və intensiv fiziki aşınma səciyyəvidir. Üzvi aləmi çox kasıb, bitki örtüyü zəifdir. Aşağı sərhədi qütb dairəsində dəniz səviyyəsinə qədər enir. Mərkəzi Asiyanın səhra dağlarında isə 6500 metrə qədər qalxır.[1]
Daimi qar qurşağı-dağlarda, adətən qar sərhədindən yuxarıda yerləşən ən yüksək təbii qurşaq. Nival iqlimlə səciyyələnir. Nival qurşaq üçün qar və buzlaqlar xarakterikdir. İntensiv surətdə fiziki (əsasən, şaxta) aşınma prosesləri gedir. Üzvi aləmi çox kasıbdır; bitki örtüyü (şibyə, mamır və s.) çox seyrəkdir. Heyvanlardan bəzi quş və cücü növlərinə rast gəlmək olur. Nival qurşağın aşağı sərhədi qütb rayonlarında dəniz səviyyəsinə qədər enə bilir, səhra rayonlarındakı dağlarda isə 6500 m-ə qədər qalxa bilir. Böyük və Kiçik Qafqaz dağlarında 3000 m-dən yuxarıda yerləşir.
Qar eroziyası, qarın təsiri altında ekzogen relyefəmələgəlmə prosesinin gedişi. Qütb, yüksək dağlıq rayonlar üçün səciyyəvidir.
Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.