Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eucalyptus olida
Eucalyptus olida (lat. Eucalyptus olida) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Nectandra olida
Nectandra olida (lat. Nectandra olida) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Obuda Universiteti
Obuda Universiteti (ing. Óbuda University, mac. Óbudai Egyetem) — Macarıstanın paytaxtı Budapeştdə Obuda adlanan hissədə yerləşir və ölkənin texnologiya və mühəndislik üzrə ixtisaslaşmış universitetlərindən biridir.2000-ci ildə üç politexik institutun (Banki Donat Texniki Kolleci, Kando Kalman Texniki Kolleci İşıq Sənayesi Texniki Kolleci) birləşməsi nəticəsində Budapeşt Tek olaraq əsası qoyulub. 13 minə yaxın tələbəsi olan unversitet ölkənin ən böyük universitetlərindəndir. Bütün tələbləri yerinə yetirərək institut 1 yanvar 2010-cu il tarixində Obuda Universiteti adı ilə universitet statusu əldə edib. Obuda bölgəsinin təhsil tarixiçəsi altı əsr bundan əvvələdək gedir. Hələ 6 oktyabr 1395-ci ildə Roma Papası IX-cu Bonifasiy Macar kralı Siqismund Lüksemburqun istəyi ilə Obuda bölgəsidə tədris ocağının əsasını qoyacaq sənədi imzalayır. Bununla da bu universitet ölkənin ikinci və paytaxtın birinci universiteti olur. Kralın istəyi ilə 1 avqust 1410-cu ildə Roma Papası Obuda Universitetinin yenidən ərsəyə gəlməsinə dair sənəd imzalayır. İndiki universitet özünü bu universitetik intelektual varisi hesab edir.
Obuda adası
Obuda adası və ya Buda adası — bəzi mənbələrdə Hajogyari adası olaraq keçərlidir. İnzibati cəhətdən Budapeştin III rayonu ərazisində yerləşir. Əsas istirahət zonslarından biridir. Dunay çayında yerləşən ən böyük adadır. Hər ilin avqust ayında adada Siget Festifalı keçirilir. Çay Dunay çayının yatağında yerləşir. Dunay çayının 1651–1654-cü kilometrliyi arasında yerləşir. Sahəsi 108 hektardır. Adanın uzunluğu 2750 metrdir. Çayın 1653 kilometrliyində adanın maksimal eni 500 metr təşkil edir.
Abidə
Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların, hadisələrin, obyektlərin, ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili, qurğu, oxşadılan fiqur. Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltaraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltaraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər. Abidə bir qayda olaraq nəyinsə xatirəsi əhəmiyyətini daşıyır. Daha çox rast gəlinən növləri — heykəl, ctatuya, büst, yazılı divar üstü lövhə, zəfər tağı, sütun, obelisk və s.
Arida
Arida (lat. Arida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Arida arizonica (R.C.Jacks. & R.R.Johnson) D.R.Morgan & R.L.Hartm. Arida blepharophylla (A.Gray) D. R. Morgan & R. L. Hartm. Arida carnosa (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida coulteri (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida crispa (Brandegee) D. R. Morgan & R. L. Hartm. Arida mattturneri B.L.Turner & G.L.Nesom Arida parviflora (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida riparia (Kunth) D. R. Morgan & R. L. Hartm.
Bidam
Bidam (Koreya[d] – 17 yanvar 647, Koreya[d]) – Koreyanın tarixi üç krallığından biri olan Şilada üsyan qaldırması ilə tanınır. Üsyan qaldırmazdan əvvəl, (məhkəmədə ən yüksəək vəzifə) adını aldı. Doğum taroxi və ya qazandığı nəaliyyətləri bəzi sənədlərdə tam olaraq göstərilməyib. Ancaq onun bir Sangdaedeung olmağı krallıq zadəganlarının və ya bir Jinggol-un tərkibində olduğunu göstərir. == Üsyan == Bidam 635-ci ildə Kraliça Seondeok tərfindən məhkəmənin ən yüksək vəzifəsi olan sangdeung təyin edildi. Həmin zamanlarda Kraliçanın səhhətində problemlər baş qaldırırdı və artıq vəzifəsinin öhtəsindən əvvəlki kimi gələ bilmirdi. Buna görə də işlərin çoxunu Bidama həvalə etdi. Bu ərəfədə Şila qərbdəb 40 qalanı zəbt edən Baekje və Goguryeo krallıqlarının birləşmiş güclərinin hücumuna məruz qaldı. Digər tərəfdən ,Kraliçanın gücünün artması Hwanbaek şürasının zadəgan üzvlərini narahat edirdi. Şilla yavaş-yavaş solurdu.
Blida
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Erida
Erida (simvolı: ; q.yun. Ἔρις, lat. Eris, əvvəllər 2003 UB|313) şərti adı istifadə edilirdi — cırtdan planet, 5 yanvar 2005-ci ildə astronomlardan ibarət qrup tərəfindən kəşf edildi. Qrupa Maykl Braun (Kaliforniya texnologiya institutu), Devid Rabinovic, Cedvik Truxilo (Cemini rəsədxanası) daxil idi. Qrup Palomar rəsədxanasındakı 122 sm-lik teleskopdan istifadə etmişdir. 29 iyul 2005-ci ildə kəşf haqqında artıq ictimaiyyətə məlumat verildi. Perihelisi 5.7 milyard km, afelisi 14,6 milyard km-dir. Orta radiusu 1163 km-dir. Səthində temperatur −231S dir. Günəş ətrafında 1 dövrü 557 ildir.
Fobiya
Fobiya (yunanca φόβος — fobos (qorxu)) — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s. Göstəriciləri - ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi. Üç yerə bölünür: 1.Aqorafobiya — küçə, meydan, bazar, teatr, kino, tünel və sair bu kimi yerlərdən qorxurlar. Çox vacib olduqda belə yerlərə ailə və dostları ilə gedirlər. 2.Spesifik fobiya — heyvanlardan (özü də təkcə yırtıcı yox, həm də ev heyvanlarından), yüksəklikdən, qapalı və açıq mühitlərdən, təyyarəyə və liftə minməkdən qorxurlar. 3.Sosial fobiya — daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan, həmçinin ictimai nəqliyyatdan istifadə etməkdən, qonaq qəbul etməkdən, əl-ələ görüşməkdən qorxurlar.
KOBİA
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (qısaca: KOBİA) — Azərbaycan Respublikasında mikro, kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, sahibkarlara bir sıra dəstək və xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlandırılıb, eləcə də Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib. "Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2019-cu il tarixli Fərmanı ilə xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Agentlik ilə əlaqəli şəkildə həyata keçirilir. "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanına əsasən, dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Agentlik həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirməyə dair müsabiqənin təşkili KOBİA tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Startapın müəyyən olunması meyarları"na əsasən KOB subyektlərinə "Startap" şəhadətnaməsinin verilməsi Agentlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təstiq edilmiş "Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası"na əsaən mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına dəstək Agentlik tərəfindən təmin olunur. Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: mikro, kiçik və orta sahibkarlıq sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və tənzimlənməsində iştirak edir; müvafiq sahədə sahibkarların hüquqlarının müdafiəsi məqsədilə zəruri tədbirlər həyata keçirir; müvafiq sahədə dövlət qurumlarının sahibkarlara vahid məkanda daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə xidmət (o cümlədən zəruri səyyar xidmətlər) göstərmələrini təmin edir; kiçik və orta biznes evlərində (KOB evlərində), kiçik və orta biznesin inkişafı mərkəzlərində, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzində, kiçik və orta biznesin inkişafı fondlarında göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət edir; KOB evlərində hər bir xidmətin qanuna uyğun olaraq həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığına dair qiymətləndirmələr aparılmasını təmin edir; dövlət qurumlarının sahibkarlara göstərdikləri hər bir xidməti təhlil edib qiymətləndirərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür; müvafiq sahədə əlverişli biznes mühitinin yaradılması üçün tədbirlər görür beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə və investorlarla əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək və s. Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi haqqında təsdiq edilmiş Nizamnamə ilə müəyyən olunmuş bir sıra vəzifələri həyata keçirir: sahibkarlığın inkişafını dəstəkləmək; ölkədə sahibkarlığın inkişaf tendensiyalarını təhlil etmək, iqtisadi və sosial ehtiyacların qarşılanmasında sahibkarların rolunun və payının artırılması ilə bağlı təkliflər vermək; sahibkarlara dövlət dəstəyinin əsas istiqamətlərinin, ümumi şərtlərinin, forma və mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; sahibkarların maraqlarının qorunması və problemlərinin çevik həlli sahəsində səlahiyyətli qurum qismində fəaliyyət göstərmək; müvafiq sahədə dövlət və özəl qurumlarının fəaliyyətini əlaqələndirmək və onlarla birgə təşəbbüsləri reallaşdırmaq; müvafiq sahədə hazırlanan qanunvericilik aktlarının müzakirəsində sahibkarların yaxından iştirakını təmin etmək; sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətləri göstərmək; startapların qeydiyyatını və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək; potensial investorların sahibkarlara investisiya yatırmasını təşviq etmək üçün aidiyyəti dövlət qurumları ilə birlikdə onlar arasında müxtəlif investisiya təşviqi tədbirləri görmək və s.
Olbiya
Olbiya (it. Olbia) — Sardiniyada şəhər.
İbiza
İbiza — Aralıq dənizindəki Balear adalarında, İspaniyaya məxsus ada. Adanın üç böyük şəhəri vardır ki, onlardan biri məhz İbiza şəhəridir. Hər nə qədər Balear adalarının ən böyüyü Malyorka hesab olunsa da, son 30 ildir ki, İbiza turizm mərkəzinə çevrilib. İbizanı Avropanın ən böyük əyləncə dünyası hesab etmək olar. İbiza adı ərəbcə Yabisah sözündən gəlmədir. Səbəbi isə uzun müddət müsəlmanların idarəsi altında olmasıdır. Katalonlular isə bura Eivissa deyirlər.
İrida
İrida, İris (yun. Ίρις "göyqurşağı") yunan mifologiyasında yerlə göyün əlaqəsini tərənnüm edən, qanadlı göyqurşağı ilahəsi, okeanidalar nəslinə aid olub, Elektra və Tavmantın qazı. Harpiyaların bacısı, Zefirin arvadı. İrida da Hermes kimi tanrı Zevsin sərəncam və göstərişlərini çatdırmaq, yerinə yetirməklə məşqul olarmış. Yelenanın Paris tərəfindən qaçırılması xəbərini Kritdə olan Menalaya məhz İrida çatdırmışdır.
İsida
İsida —Qədim Misirdə ilahə. Osirisin arvadı, Qorun anası Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeniyeni tanrıları daxil edirdilər. Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını və funksiyalarını dəyişilməz saxladı (bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası İsidadır. İsida hər bir faraonun anası sayılır. Geniş Misir məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir məbədində ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini axtaran tərəfdaşlarının sayı durmadan artırdı.
Oriba
Anemonoides (lat. Anemonoides) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Aiolon Lunell Nemorosa Ruppius ex Nieuwl. Anemonanthea Gray Arsenjevia Starod. Oriba Adans. Tamuria Starod.
Olbia
Əməköməci (lat. Malva) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Çiçəkləri bənövşəyidir, yarpaq qoltuğundan çıxır, salxım, bəzən də, tək-tək yerləşir. Yarpaqları dilimlidir. Meyvəsi qutucuqdur. Latınca adı: Malva. Əməköməci cinsinin Azərbaycanda 10 növü bitir, onlar əkin sahələrində, tarlalarda, bağlarda, meşə və yol kənarlarında, münbit torpaqlarda yabanı halda tapılmışdır. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Göyərti kimi xörəklərə qatılır, yaxşı bal verən bitkidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Barkhausia albida var. albida
Crepis albida subsp. albida
Crepis albida
Crepis albida (lat. Crepis albida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. Paleya albida (Vill.) Cass.
Dorida (okeanida)
Dorida (yun. Δωρίς) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı, Nereyin arvadı və hereidlərin anası.
Erik Abidal
Erik Silven Abidal (fr. Éric Sylvain Abidal, fransızca tələffüzü [eʁik abidal]; 11 sentyabr 1979[…]) — Fransa futbolçusu, Barselona klubunun və Fransa milli futbol komandasının sol cinah müdafiəçisi. Lion klubunun heyətində 20005–2007-ci illərin Fransa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısı, Barselonanın heyətində 2009 və 2011-ci illərdə Çempionlar liqasının qalibi, 2009, 2010, 2011-ci illərdə İspaniya çempionu, 2009-cu ildə İspaniya kubokunun Peşəkar karyerasına 2000-ci ildə "Monakoda" başlamışdır. Kiçik prensliyin komandası üçün 2 mövsüm oynadıqdan sonra 2002-ci ildə Lillə köçüb, iki mövsümdən sonra yenidən tərk edilmiş, daha sonra hakim olan "Lyon" a hərəkət etdi. "Lion" da 3 mövsüm üçün üç dəfə Fransa çempionatı qazandı. 30 iyun 2007-ci ildə Barselona ilə müqavilə imzaladı, fransız transferinin dəyəri 15 milyon avro idi/ Fransanın milli komandasında 18 avqust 2004-cü ildə çıxdı. 2010 Dünya Kubokunda Fransa milli komandasının düşərgəsində məşqçi heyəti və milli komandanın bəzi oyunçuları arasında bir qarşıdurma yaşandı — Nicolas Anelka çempionatda doğru atıldı və komanda məşq etməyi rədd etdi. Məhkəmədən sonra, Fransa Futbol Federasiyası münaqişənin çoxsaylı oyunçularını diskvalifikasiyalı oyunçular arasında cəzalandırdı, lakin Abidal heç bir cəzadan çəkinirdi. 2009-cu ildə donuz qripi diaqnozu qoyuldu . 2011-ci ilin mart ayında isə qaraciyərdə bir şiş idi/ Fransız müdafiəçisi 3 may 2011-ci ildə sahəyə qayıdacaq, Carles Puyol isə Real Madrid ilə Çempionlar Liqası yarı finalının geri dönmə matçının 90-cı dəqiqəsində əvəzləndi.
Frida Kahlo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Frida Kalo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Hiroo Onoda
Hiroo Onoda (yapon. 小野田 寛郎 Hiroo Onoda, 19 mart 1922, Kaynan[d], Vakayama prefekturası – 16 yanvar 2014, Tokio[d]) — II Dünya Müharibəsi zamanı (1944-cü ildən) Filippinin Lubanq adasında müttəfiq qüvvələrə qarşı vuruşan və uzun illər müharibənin bitdiyinə inanmaqdan imtina edən Yaponiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının kiçik leytenantı. O, yalnız 1974-cü ildə Filippin hakimiyyətinə təslim oldu. Partizan müharibələri üçün mütəxəssis hazırlayan Nakano Ordu Məktəbində təhsil alıb. 1984-cü ildən - yapon gənclərinin sosiallaşması ilə məşğul olan "Təbiət məktəbi" nin sədri. Braziliyanın “Santos Dumont” Medalı və Yaponiyanın “Şərəf” Medalı ilə təltif edilmişdir. Hiroo 1922-ci il martın 19-da Vakayama Prefekturasının Kamekava kəndində Onoda Tanedziro və Onoda Tamaenin ailəsində anadan olmuşdur. Oğlanın atası müəllim, jurnalist və prefektura məclisinin deputatı, anası isə müəllimə idi. Gənc Onoda ailənin üçüncü oğlu idi və üç qardaşı, bir bacısı var idi. Gəncliyində Kainan orta məktəbində oxumuş və burada xüsusilə kendo - yapon qılıncoynatma sənətini öyrənmişdi.