Obuda adası

Obuda adası və ya Buda adası — bəzi mənbələrdə Hajogyari adası olaraq keçərlidir. İnzibati cəhətdən Budapeştin III rayonu ərazisində yerləşir. Əsas istirahət zonslarından biridir. Dunay çayında yerləşən ən böyük adadır. Hər ilin avqust ayında adada Siget Festifalı keçirilir.[1]

Obuda adası
Ümumi məlumatlar
Sahəsi
  • 1,08 km²
Yerləşməsi
47°33′14″ şm. e. 19°03′18″ ş. u.
Ölkə  Macarıstan
Akvatoriya
Obuda adası xəritədə
Obuda adası
Obuda adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Çay Dunay çayının yatağında yerləşir. Dunay çayının 1651–1654-cü kilometrliyi arasında yerləşir. Sahəsi 108 hektardır. Adanın uzunluğu 2750 metrdir. Çayın 1653 kilometrliyində adanın maksimal eni 500 metr təşkil edir. Obuda adası qərb hissədən sahildən 70–80 metr aralıda yerləşir. Adanın mimal hissəsində Ujest dəmir yolu körpüsü vardır. Cənubunda yerləşən Buda körpüsü adanı çayın sahilinə birləşdirir.

Tarix[redaktə | mənbəni redaktə et]

Ada ilk əvvəllər romalılar qala inşa etmişlər. Burada 6000-lik roma ordusu yerləşirdi. Sonradan qala ətrafında şəhər meydana gəlir. 106-cı ildə şəhər əhalisinin sayı 40.000 keçmişdir. 409-cu ildə Romalılar sahəsi tərk etmişlər. Hal-hazırda belə bu xaravaləqları görmək olar. Bura meşəli ovçuluq bölgəsi olmuşdur. 17-ci əsrdə ada mülkiyyət olarq Zici ailəsinə keçir. Ada ərazisində yerləşən romalılara aid divarlar 1836-cı ildə aşkar edilmişdir.

Adanın sahəsinin iyirmi səkkiz hektar ərazisi limandanın balansına veilir. Adanın qalan hissəsi kənd təsərrüfatı istifadəsi üçün aytılır. Uzun müddət adaya giriş yalnız bərə ilə təmin edilirdi. İlk daimi körpü 1858-ci ildə inşa edilmişdir.

1900-cü ildə Around Hajógyári "Böyük Ada" adlanırdı. Adanın cənubunda yerləşən bütün şirkətlər sonradan köçürülüb.

1960-cı ildə inşasına başlanan körpü 1967-ci istifadəyə verilir. 1973-cü ildə 9 May Parkının balansına torpaq sahəsi ayrılır.

Adanın məşhurlaşmasında Siget Festivalı böyük rol oynanır.[2] Kommunist hökumətinin süqutundan sonra musiqiçilərin fikri olaraq musiqi festivalının keçirilməsi irəli sürülür. Festival 1993-cü ildən başlayır. 1996-cı ildən 2001-ci ilə qədər festivalın əsas sponsoru Pepsi şirkəti olduğundan festival Pepsi Siget adlandırılmışdır. 2002-ci ildən ("ada festivalı") Siget Festivalı adlanır.

Yaxın gələcəkdə adada ümumi xərci 1,5 milyard dollar hotel və istirahət kompleksinin tikintisi planlaşdırılır. 2012-ci ilə beynəlxalq konsorsium tərəfindən hazırlandığından Avropada ən böyük olacaqdır. Yeni kompleks 3500 nəfəri qəbul edə biləcək konfrans mərkəzi, üç-beş ulduzlu otellər, Amerika sayağı kazino oyunları çox müxtəlif növ əyləncələr təqdim ediləcəkdir. Kompleksin ümumi daxili sahəsi 32,000 m² olmaqla adanın ümumi sahəsinin 10% təşkil edir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Hajogyari Island". Budapest City Guide. 2017-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-23.
  2. Budapest-city-guide.com Hajogyari Island Arxivləşdirilib 2017-04-20 at the Wayback Machine

Mənbə[redaktə | mənbəni redaktə et]