Bidam

Bidam (Koreya[d]17 yanvar 647, Koreya[d]) – Koreyanın tarixi üç krallığından biri olan Şilada üsyan qaldırması ilə tanınır. Üsyan qaldırmazdan əvvəl, (məhkəmədə ən yüksəək vəzifə) adını aldı. Doğum taroxi və ya qazandığı nəaliyyətləri bəzi sənədlərdə tam olaraq göstərilməyib. Ancaq onun bir Sangdaedeung olmağı krallıq zadəganlarının və ya bir Jinggol-un tərkibində olduğunu göstərir.

Bidam
Doğum yeri
Vəfat tarixi 17 yanvar 647(0647-01-17)
Vəfat yeri
Fəaliyyəti siyasətçi

Bidam 635-ci ildə Kraliça Seondeok tərfindən məhkəmənin ən yüksək vəzifəsi olan sangdeung təyin edildi. Həmin zamanlarda Kraliçanın səhhətində problemlər baş qaldırırdı və artıq vəzifəsinin öhtəsindən əvvəlki kimi gələ bilmirdi. Buna görə də işlərin çoxunu Bidama həvalə etdi. Bu ərəfədə Şila qərbdəb 40 qalanı zəbt edən BaekjeGoguryeo krallıqlarının birləşmiş güclərinin hücumuna məruz qaldı. Digər tərəfdən ,Kraliçanın gücünün artması Hwanbaek şürasının zadəgan üzvlərini narahat edirdi. Şilla yavaş-yavaş solurdu. Vəzifəsindən 2 il sinra Bidan üsyan başlatdı və bunları dilə gətirdi:"qadın hökümdar ölkəni idarə edə bilmədi, ban görə də qadınlar artıq qərar verməməlidir." Bidam həhkəmə və kraliçanın yanında söz sahibi idi. Buna görə də şüra üzvləri onu dəstəklədi və Şila tarixindəki ən böyük üsyanı başlatdı. Kim Yushin və ordusu Kraliçanın yaşadığı Wolseong qalasındakı döyüşə hazırlaşmaq üçün dəstəkçiləri Myeonghwlasaseong qalasına topladı. Üsyan 8 fevral 647-də başlayıb 17 fevral 647-də də bitdi. Kraliça Seondeok üsyan tamamilə sonlanmazdan əvvəl vəfat etdi.Sonra 2 qadın hökmdar gəldi.Bunlardan ikincisi Kraliça Jindeok oldu. kraliça Jindeok 26 fevral, 647-ci ildə (Kraliça Seondeokun ölümündən 9 gün sonra ) Bidam və 30 kişinin bütün ailəsi ilə birlikdə edamını əmr etdi. Bəzi hekayələrdə Bidamın üsyanın ortasında öldüyü yazılır,lakin o üsyan başladıqdan 10 gündən az müddət sonra bitməyini istədi və Kraliça Seondeok üsyan başlayandan iki gün sonra öldü.

Bidamın üsyanı haqqında bir rəvayət var: Bidam üsyan gecəsi Kraliçanın yaşadığı Wolseong sarayına düşən bir ulduz görür və bunu mövhümatla əlaqələndirmək üçün Kraliçanın zamanının bitdiyi ilə bağlı bir işarə oldğunu bildirdi.Kraliça bunu eşidəndə qorxuya düşdü, amma Kim Yushin Kraliçaya üsyanı yatırtmaq üçün fikirləri olduğunu deyəndə sakitləşdi.Daha sonra bir çərpələngə yanan bir müqəvva yerləşdirdi və ulduzun geri qayıtdığını göstərmək üçün onu göyə yüksəltdi. Bidamın yoldaşları bunu görəndə cəsarətdən və həvəsdən düşdülər.Üsyan Kim Yushin və Kim Alcheon tərəfindən yatırıldı

Bidamın üsyanı Şilada bir çox dəyişikliyə səbəb oldu. bu uğursuz üsyan səbəbi ilə zadəganların məhkəmədəki təsiri azaldı və üsyankar zadəganların azadlığı hökümdarın Şila üzərindəki gücü artırdı. Kral Taejong Muyeol (Kim Chunchu) Şilada rəsmi sistemli bir mərkəzi dövlət yaratmaq üçün 60-dan çox qayda yaratdı.

Bidamın Şilada rəqibi olaraq gördüyü şəxs Kim Yushin idi.

Əvvəlki həyatı ilə bağlı düşünülənlər

[redaktə | mənbəni redaktə et]

Bidam və Alcheonun yaşlarının yaxın olduğunu və Kral Jipyeongun hökümranlığı zamanında sarayda işlədiyini düşünürlər və Alcheon bir Hwarang olduguna gorə ,Bidam da cavan yaşlarında hwarang olmuş,bə daha sonra vəzifəsini yüksəldiblər. Başqa bir inanc,bir zamanlar insanların sevdiyi alim biri olma ehtimalıdır. O və Alcheonun, Kim Yolchun`la birlikdə Kraliça Seondeok`u bir şahzadə olaraq dəstəklədiyi gücün arxasındakı insanlar olduğu deyildi.

Siyasi uzaqgöqənliyi sayəsində Gaya-Şila döyüşü ərəfəsində Gayanın məğlubiyyətində böyük rol oynayıb və onunla Kim Yushin arasındakı rəqabətin artmasına səbəb olub.

Kraliça Seondeok

Şila krallığı