Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bojidar Prosenyak
Bojidar Prosenyak (Kuzminats (Rasinya, Koprivnits yaxınlığında, 19 avqust, 1948-ci il) — Xorvat yazıçı və jurnalist. == Haqqında == Uşaqlığını Podravina Kuzminats kəndində keçirən Bojidar ilk təhsilini də orada almış daha sonra Koprivtinsdə, PAris və Zaqrebdə davam etdirmişdir. Fəlsəfə fakültəsində kinesiologiya üzrə təhsil alıb. Velika Qoritsada qəzet və radioda mədəniyyət problemləri üzrə redaktor və jurnalist kimi işə düzəlib. 1980-ci ildə Velika Qoritsada "Albatros" kitabxanasını təsis edib 18 ildən çox redaktoru olur. Velika Qoritsada "Matica hrvatska" jurnalının da redaktor vəzifəsində çalışır. 1984-cü ildən etibarən sərbəst rəssam kimi də işləyir. O Zaqrebdə Xorvat Yazıçıları Cəmiyyətinə və Xorvatiyanın Müstəqil Rəssamlar Respublika Assosiasiyasına üzv olur. Uzun müddət həmin qurumların rəhbər orqanlarının üzvü olur. O gündəlik və dövrü mətbuatda nəsr əsərləri, şeirlər, dram əsərləri, tənqidi mətnlər dərc etdirib radio və televiziyada çıxışlar edir.
Böyük Oriyat
Böyük Oriyat — Neftçala rayonunun eyniadlı inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Düzənlikdədir. 1933-cü ildə Böyük Oryad variantında qeydə alınmışdır. Keçmışdə Kurun sağ sahilində Köhnə Oriyat, sol sahilində isə Yeni Oriyat adlı iki kənd olmuşdur. Köhnə Oriyat sonralar Böyük Oriyat adı ilə əvəz olunmuşdur. Etnotoponimdir. Monqolların uryat tayfasının adındandır. Keçmiş Şəki və Quba xanlığında da Oriyat adlı yaşayış məntəqələri olmuşdur.. == Əhalisi == === Tanınmışları === İbrahim Nurlu (d.
Eucalyptus olida
Eucalyptus olida (lat. Eucalyptus olida) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Midat Səlimov
Midat Səlimov (krımtat. Midat Selimov; 13 dekabr 1918, Qaşıq-Jermay[d], Feodosiya qəzası[d] – 2001, Moskva) — Sovet və rus infeksiyanisti. Tibb elmləri doktoru (1963), Professor (1967). Quduzluq əlihinə peyvəndinin yaradıcısı. İkinci Dünya müharibəsinin işyirakçısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü. Rusiya Federasiyasının əməkdar elm xadimi. == Bioqrafiyası == 13 dekabr 1918-ci ildə Qaşıq-Jermay kəndində anadan olub. Feodosiyada məktəbdə oxumuşdur. Krım Tibb İnstitutunu bitirib (1940). Məzun olduqdan sonra Nijneqorsk rayon xəstəxanasına rəhbərlik etmişdir.
Nectandra olida
Nectandra olida (lat. Nectandra olida) — dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Əhməd Didat
Əhməd Didat (1 iyul 1918, Surat, Britaniya Hindistanı – 8 avqust 2005) — Missioner. == Həyatı == Əhməd Didat 1918-ci ildə, Hindistanda anadan olmuş, elə eyni ildə onun atası, Cənubi Afrikaya səfərə getmişdir. 1927-ci ildə, onun anası vəfat etdi, Əhməd Didat atasının yanına səfər etdi. Əhməd Didat, ibtidai təhsilini bitirir, orta təhsilinə başlayır, lakin 2-ci ili (8-ci sinifdə) vəziyyətləri ağırlaşdığı üçün iş axtarmaq məcburiyyətində qalır. Vəziyyətləri elə çətinləşirki, Əhməd Didat ailəsinə kömək etməli olur. Elə uşaq ikən məktəbi buraxır və işləməyə başlayır. Amma qiraəti (kitab oxumağı) tərk etmir, xüsusilə də İslam ədəbiyyatına, İslam mədəniyyətinə və İslami elmlərə üstünlük verməyə başlayır. Beləcə o, Hindistanda İslam dinini, xristian missionerləri qarşısında müdafiə etməyi öz üzərinə götürür. Əhməd Didat böyüyüb, yaşa dolduqca, biliyi və elmi artır, təlimi özü özlüyündə davam etdirirdi. O artıq anlamışdı ki, İslamı müdafiə etmənin ən gözəl yolu, elm və biliklə qarşı tərəfə hücum etməkdir, qarşı tərəfin hücumunu gözləmək deyil.
Ojisan and Marshmallow
Ojisan and Marshmallow və ya Yaponiyada tanınan adı ilə Ojisan to Marshmallow (おじさんとマシュマロ, Ojisan to Mashumaro, azərb. Dayı və marşmellou‎) – Rekomaru Otoy tərəfindən yazılan və çəkilən manqa seriyası. Pixiv vasitəsilə onlayn şəkildə yayımlanır və indiyə qədər 20 milyon baxış əldə etmişdir. Daha sonra Ichijinsha tərəfindən 4 tankobon cildi buraxılmışdır. Creators in Pack tərəfindən 12 seriyalıq anime serialı çəkilmiş və 7 yanvardan 25 mart 2016-cı ilə kimi yayımlanmışdır. == Məzmun == Habahiro Hiqe qırxa yaxın yaşı olan veb-şirkət işçisidir. Tabekko marşmelloularını çox sevir. Onun əməkdaşı İori Vakabayaşi tez-tez onu bu barədə əsəbləşdirir, onun qarşısında yeyir və mağazadan bütün marşmellouları alır. Dost olmalarına baxmayaraq əslində İorinin Habahirodan xoşu gəlir, onunla romantik əlaqələrinin olmasını arzulayır, onun diqqətini çəkmək istəyir. Habahiro isə onun nə etmək istədiyindən xəbərsizdir.
Ojisan to Marshmallow