Əhməd Didat

Əhməd Didat (1 iyul 1918[1], Surat, Britaniya Hindistanı8 avqust 2005[1]) — Missioner.

Əhməd Didat
urdu احمد حسين ديد
Doğum tarixi 1 iyul 1918(1918-07-01)[1]
Doğum yeri
Vəfat tarixi 8 avqust 2005(2005-08-08)[1] (87 yaşında)
Fəaliyyəti yazıçı, orator
Fəaliyyət illəri 1942–2005
İmza
ahmed-deedat.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Didat 1918-ci ildə, Hindistanda anadan olmuş, elə eyni ildə onun atası, Cənubi Afrikaya səfərə getmişdir. 1927-ci ildə, onun anası vəfat etdi, Əhməd Didat atasının yanına səfər etdi.

Əhməd Didat, ibtidai təhsilini bitirir, orta təhsilinə başlayır, lakin 2-ci ili (8-ci sinifdə) vəziyyətləri ağırlaşdığı üçün iş axtarmaq məcburiyyətində qalır. Vəziyyətləri elə çətinləşirki, Əhməd Didat ailəsinə kömək etməli olur. Elə uşaq ikən məktəbi buraxır və işləməyə başlayır. Amma qiraəti (kitab oxumağı) tərk etmir, xüsusilə də İslam ədəbiyyatına, İslam mədəniyyətinə və İslami elmlərə üstünlük verməyə başlayır.

Beləcə o, Hindistanda İslam dinini, xristian missionerləri qarşısında müdafiə etməyi öz üzərinə götürür.

Əhməd Didat böyüyüb, yaşa dolduqca, biliyi və elmi artır, təlimi özü özlüyündə davam etdirirdi. O artıq anlamışdı ki, İslamı müdafiə etmənin ən gözəl yolu, elm və biliklə qarşı tərəfə hücum etməkdir, qarşı tərəfin hücumunu gözləmək deyil. Belə qərar verdikdən sonra o, İncil kitabının 1-ci nüsxəsini alır və oxumağa başlayır. Bir müddət sonra o, artıq 4 nüsxəni də alır. Bu kitabları dərindən oxuyur və bəzi şeyləri qeyd edir ki, hər gün onun yanına gəlib mübahisə edən Xristian missonerlərinə desin.

Bir neçə görüşdən sonra, o artıq müzakirə və mübahisələrə hazır idi. O, xristian missionerlərin təbliğatı qarşısında duraraq, onlarla münaqişə etmək istəyirdi. Təbliğat aparan qruplar, onun güclü və sübutlu müzakirələri qarşısında tab gətirməyəndə, Əhməd Didat fikirləşdi ki, indi onların böyüklərini, biliklilərini və rahiblərini təkbətək müzakirəyə çağırsın. Onlarla müxtəlif regionlarda görüşüb müzakirələr aparmağa başladı və bir çox mübahisələrdə onlardan üstün oldu. Bu minvalla o, bu işi bir məşğuliyyət və həvəs kimi deyil, artıq bir dəvət kimi davam etdirməyə başladı.

Cənubi Afrikaya köçdükdən sonra o, yüzlərlə mühazirələr və dərslər deməyə başlayır. Xristian papaları və rahibləri ilə görüşüb mübahisələrə girirdi. 20-dən artıq kitab yazdı. Bu fəaliyyətləri ilə davam edərək o, artıq İncil haqqında xüsusi-peşəkar dərslər deməyə başlayır. Sonra "Salam" müəssisəsinin əsasını qoyur və burada o, dəvətçiləri məşq etdirməklə məşgul olur.

Şeyx Didatın, dəvəti belə əda etməsi, hərəkatı, çox tənqidlərə məruz qalmışdır. Belə ki, Şeyx Didatın dəvət üslubu ağır, istehza yönlü və əqidəli məsələlərdə çox xırdaçı kimi qələmə verilib. Bunu hətta xristianların özləri də anlamırdılar, yalnız bir-iki baş bilənlərindən başqa. Şeyx Didat qarşısındakı ilə elə bir məntiqlə danışırdı ki, həmin şəxs qane olmasa da, cavab verə bilmirdi, bir növ susdurulurdu.

Atasının bu əməlini müdafiə edən Yusuf deyir ki; "Şeyxin üslubu ona görə belə idi ki, ilk vaxtlarında, həyatının gənc yaşlarında, onun dininə görə onunla istehza edirdilər, onu lağa qoyurdular.

Şeyx Didat haqqında çox şey yaza bilərlər, onun üslubunu necə istəsələr tənqid edə bilərlər, onun dəvətinin kobud və ya çox xırdaçı olduğunu da iddia edə bilərlər, lakin onun ictimaiyyət arasında olan əxlaqına, davranışına, rəftarına bir söz deyə bilməzlər. Hətta onun kitablarında və əlyazamalarında belə, tənqid olunacaq bir kobudluq tapmaq mümkün deyil. Əksinə o, öz kitablarında hər zaman gözəl İslam əxlaqlarından və ədəblərindən yazardı.

Əhməd Didat əqidənin azadlığı uğrunda, əqidənin qarışıqlıq və yanlışlıqlardan azad edilməsi uğrunda mücadilə etmişdir. O, XX-ci əsrin 70-ci illərindən başlayaraq öz disputları, elmi mübahisələri ilə Qərbdə geniş əks-səda doğurmuşdur ki, bu gündə təsiri davam etməkdədir. Əhməd Didat xristian incillərinin bir-birinə ziddiyətini göstərən kitab və məqalələri ilə kilisə və onlara tabe olan universitetləri ona cavab vermək üçün araşdırmalar aparılmasına xüsusi şöbələr təsis etməyə vadar etmişdi.

1996-cı ildən sonra bu böyük dəvətçi beynindən başqa bütün bədəninin iflic olmasına baxmayaraq fəaliyyətini durmadan davam etdirirdi. Hər gün dünyanın bütün istiqamətlərindən ona məktublar, zənglər, faks və internet məktubları gəlməkdə idi. Gündəlik olaraq gələn məktubların orta hesabla sayı 500-ə qədər idi.

Dükandakı universitet

[redaktə | mənbəni redaktə et]

Əhməd Didat ibtidai təhsil almış, amma orta təhsilinin ikinci ilində həyat cətinlikləri ona təhsilini dayandırmağa və ailəsinə yardım üçün iş axtaramğa məcbur etmişdi. Kiçik bir dükanda işə düzəlir və beləliklə təhsildən bütünlüklə ayrılaraq işə bağlanr. Amma haradan biləydi ki, o kiçik dükan onun üçün böyük bir universitet olacaq. Bu dükanda işləyərkən Əhməd incil kitabları alaraq mütaliə etməyə başlayır. Kitabları oxuduqca onları müqayisə etməyə də başlayır. İncillərdəki ziddiyyətlər onda sual yaradır: görəsən bu kitablardan hansı daha doğrudur? O, bu kitablarda tapdığı ziddiyyətli məqamları özündə qeyd edərək hər gün dükana gəlib söhbət, hətta dini mübahisə edənlərə çatdırırdı.

Dəvət yolunda dostlar

[redaktə | mənbəni redaktə et]

Əhməd Didat geniş bilikli, dolğun fikirli həddi büluğa çatmış bir gənc idi. Yenə də çalışaraq özünü yetişdirməkdə, təlimdə davam etməkdə idi. O anlayırdı ki, İslamı müdafiə etməkdə ən yaxşı vasitə hücumdur. Bir gün Əhməd həyatında ilk dostu olan Cənubi Afrikalı Qulam Həsən Finka adlı biri ilə tanış olur. O yüksək hüquq təhsili almış, ayaqqabı ticarəti ilə məşğul idi. Bu iki insanı birləşdirən bir çox sifətlər var idi. Onlardan ən əsasları isə hər ikisinin incə hisslərə malik olması və İslami məsələlərə qarşı maraq idi.

Qulam Didatla görüşərək onunla dinlər arsında müqayisəli arşdırmalar edir, kitablar oxuyur və öyrənirdilər. Bu Didata həm elm öyrənməyə, həm də praktiki hazırlığa kömək edirdi. Belə ki, gündəlik söhbət və mübahisələr nəticəsində Didatda dialoq və mükalimə qurmaq bacarığı formalaşırdı ki, sonralar bu potensialdan istifadə edərək kiçik kənd və şəhərərdə keşişlərlə dini mükalimələr aparmağa başladı. Bundan sonra o, Qulam ilə bərabər özlərindəki gücü hiss edərək bu işi daha da təkmilləşdirərək 1956-cı ildə Dirban şəhərində sadə bir ev kiralayaraq "Dəvət Mərkəzi" təsis etdilər. Buradan onlar Cənubi Afrika daxilində məktəb və kilsələrə dəvət üçün səfərlər təşkil edirdilər. Burada Əhməd Didat öz alovlu nitqləri ilə disputlar keçirməkdə idi.

Əhməd fikir yoldaşı Qulam ilə bərabər ölkəni eninə-uzununa dolaşaraq insanları sahib olduqları din üzərində düşünməyə vadar edir, beyinlərə haqq toxumu əkirdilər. Sağlam düşüncəli yüzlərlə insan İslamla şərəflənməkdə idi. Bu insanlar onun xristian din adamları ilə disputlarında iştirak edir, eyni zamanda həmişə hər yerdən qonaqlar qəbul edən ofisinə gəlirdilər. İslama girənlərin sayı çoxalmaqda, kilsə daxilində mənəvi çatlar əmələ gəlməyə başlayırdı.

Sonra Əhməd Didat böyük müsəlman iş adamlarından Saleh Muhammədlə tanış oldu. CAR-ın əsas şəhərlərindən Keyp-Taun özünəməxsus böyük şəhərdir. Lakin, burada müsəlmanların vəziyyəti ürəkaçan deyil. Bu şəhərdə güclü xristian təşkilatları çoxdur. Bu təşkilatlar mühüm iqtisadi və siyasi əlaqələrə malikdirlər.

Bu səbəblərdən Saleh Muhamməd bir neçə keşişlə elmi mübahisələr hazırlayaraq Əhməd Didatı dəvət etdi. Bu tədbirlərin çoxluğu və insanların buna marağı demək olar ki, Əhəd Didatı bu şəhərdə davamlı qalmağa vadar edirdi. Bu mübahisələr Əhmədi Keyp-Taun şəhərinin sakinlərinin nəzərində çox yüksəklərə qaldırmışdı. Hətta, bu şəhərin sakinlərinin böyük axınlarla Əhməd Didatın məclislərinə tələsməsi bir çoxlarının şəhəri bənzətmə olaraq "Əhməd Didat-Taun" adlandırmasına səbəb olmuşdu.

Beləcə, Qulam Həsən və Saleh Muhamməd Əhməd Didatın həm səfərlərdə, həm də digər zamanlarda ayrılmaz qardaşları olmuşdu. Bu iki dost Əhmədin dəvət səmasında iki qanadı idi. Birinci qanadı Qulam Həsən idi ki, ona öyrənməkdə və araşdırmaqda kömək edirdi. Digər qanadı Saleh Muhamməd isə önündə gedərək onun yolunu səhmana salır, səfər və mükalimələrini bütün təşkilati xırdalıqları ilə tərtib edirdi.

Təvazökarlıq

[redaktə | mənbəni redaktə et]

Bütün şöhrət və ad-sanına baxmayaraq Əhməd Didat şox təvazökar bir insan idi. O, bu sifətini geyimindən tutmuş, ta idarə etdiyi köhnə avtomobilə qədər qorumaqda idi. Onunla yaxın münasibətdə olan hər bir şəxs onun təvazösünün dərəcəsinə bələd idi.

Bu sifət onun dəvətinin uğurlu olmasına və insanları özünə cəlb etməsinə kömək edirdi. Bundan əlavə o həm də dərin ümumi zəkaya və güclü mühakimə qabiliyyətinə sahib idi. Gözündən heç nə yaynmazdı. Hər bir detalın üzərində diqqətlə dayanardı.

Əhməd Didatın bu şəxsi keyfiyyətləri və ətrafındakı vəfalı dostlarından formalaşan sağlam mühit ona nümunəvi dəvətçi olmaq imkanı verirdi. Buna görə 1977-ci ildə Böyük Londonun "Albert Holl" deyilən salonunda Traz Freyd ilə ilk dünya səviyyyəli disputuna çıxmadan əvvəl onu bütün Cənubi Afrika Respublikası tanıyırdı. Təəssüflər olsun ki, bu səfərində onun dostlaı Qulam Həsən və Salih Muhamməd yox idi. Onlar vəfat etmişdilər. Lakin bu iki dost vəvat etsələr də özlərindən sonra Didatın yanında çoxlu tələbələr qoyub getmişdilər. Bunlardan da biri bugünkü İbrahim Cadatdır.

Son nəfəsə qədər dəvət

[redaktə | mənbəni redaktə et]

Onun Dürbandakı ofisinə gündəlik 500-ə yaxn məktub gəlir ki, bu məktubların da əksəriyyətində onun kitablarından və apardığı mübahisələrdən nüsxələr istəyirlər. Həmçinin Dirbandakı böyük məscidinə hər gün 400 əcnəbi ziyarətci gəlir. Ziyarətçiləri burada onun tələbələri qarşılayır və onlara almaq üçün gəldikləri kitab və mühazirələri təqdim edirlər.

Disputlarla (elmi mübahisələrlə) Allaha dəvət üslubunun davam etməsi üçün Əhməd Didat öz metodunu əhatə edən "varislik" deyilən proqramın üzərində çalışırdı. O Dirbanda 6 vəqf (fond) qurur. Bu vəqflərdən biri İslam Dəvəti üzrə Beynəlxalq Mərkəzdir. Bu mərkəz "Didat üslubu ilə dəvət"i həyata keçirir və 8 mərhələli 2 illik kurslar tərtib edir. Burada dərs verənlər alim və dəvətçilərdir. Burada dünyanın hər yerindən bu üslubu öyrənməyə gələn oğlan və qız tələbələr təhsil alır. Həmçinin bu vəqf İslama yeni gələn insanlarn ixtisas alması üçün sənət kollecləri də təşkil etmişdir. Bu kollecləri bitirənlər müəyyən bir sənət sahibi olaraq həyatlarını təmin edirlər.

Onun ən böyük arzusu bu idi: "Əgər pul imkanlarım əl versə bütün dünyanı İslam broşürləri ilə dolduracağam. Xüsusilə də ingilis dilində Quran tərcüməsi ilə".

Əhməd Didat Qurani-Kərimin tərcüməsinin çapına səy göstərirdi. Bunu sonuncu dəfə onu ziyarət edən Mərkəzin bu işdən məsul şöbəsinin üzvləri də təsdiq edirlər. Belə ki, Didat Quran tərcüməsinin dünyada yayılmasının nə qədər zəruri olduğunu vurğulayaraq onları buna təşviq etmiş və demişdir: "Bütün gücünüzü Allahın kəlamını bəşəriyyətə yaymaq üçün sərf edin. Bu mühüm vəzifəyə bütün həyatım boyu sarılmışam…"

Didat Quanın ingilis dilinə tərcüməsinin yayılamsındakı əzmkarlıqdan bəhs edərkən çox zaman incili dünyanın 200 dilinə tərcümə edib çap etməsini misal göstərərdi. Şeyx həmişə ümid edirdi ki, müsəlmanlar Qurani-Kərimin tərcüməsinin milyonlarla çap etmək üçün və onu dünyaya paylamaq üçün imkan və səylərini artıracaqlar.

Didat bu hədəfə bir yuxunu görəndən sonra yönəlmişdi. Dostu İbrahim Cadat o yuxunu danışır: "1976-cı ildə Şeyx Didat bizə gördüyü yuxunu danışdı. O, yuxuda onunla İslam barədə mübahisə edənlərə milyon nüsxə Quran paylayır. Yuxudan oyandıqdan sonra özünə söz verir ki, Qurani-Kərimin tərcüməsini milyon nüsxə çap etdirəcək və getdiyi hər ölkədə paylayacaq."

1996-cı ildə şeyx xəstələndikdə məşhur tərcümə alimlərindən Yusuf Əlinin artıq tərcümə olunmuş Quran məallarından 400 min nüsxə paylanmışdı. İbrahim Cadat deyir: "Şeyx xəstə ikən məni yanına çağırdı və bu vəzifəni tamamlamağı mənə həvalə etdi. Əlhəmdulilləh, mən hələ də İslam Dəvəti üzrə Beynəlxalq Mərkəzdə Əhməd Səid Məxlanın başçılığı altında, onunla birgə bu mübarək işi tamamlamağa çalışıram." Əhməd Səid də başçılıq etdiyi mərkəzin şeyxə Qurani-Kərim paylamağa davam edəcəklərini söz verdiyini söyləyir.

Şeyx Əhməd Didat, 1996-cı ildə şikəst olur və yatağa düşür. Xəstə olmasına baxmayaraq, o öz ailəsi və qonaqları ilə həmişə ünsiyyətdə olur. Necə ünsiyyət bağlaması isə çox maraqlıdır. O, kirpiklərini tərpədərək sözünü deyirdi.

Şeyx Əhməd Didat, 2005-ci ilin avqust ayının 8-də dünyasını dəyişdi. 1996-cı ildən vəfat edincəyə qədər, o yataqda qaldı.

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #1033452173 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.