Midat Səlimov (krımtat. Midat Selimov; 13 dekabr 1918, Qaşıq-Jermay[d], Feodosiya qəzası[d] – 2001, Moskva) — Sovet və rus infeksiyanisti. Tibb elmləri doktoru (1963), Professor (1967). Quduzluq əlihinə peyvəndinin yaradıcısı[1]. İkinci Dünya müharibəsinin işyirakçısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü[2]. Rusiya Federasiyasının əməkdar elm xadimi.
Midat Səlimov | |
---|---|
Doğum tarixi | 13 dekabr 1918 |
Doğum yeri |
|
Vəfat tarixi | 2001 |
Vəfat yeri | |
Fəaliyyəti | virusoloq |
Elmi dərəcəsi |
|
Elmi adı | |
Partiyası |
13 dekabr 1918-ci ildə Qaşıq-Jermay kəndində anadan olub. Feodosiyada məktəbdə oxumuşdur[3].
Krım Tibb İnstitutunu bitirib (1940). Məzun olduqdan sonra Nijneqorsk rayon xəstəxanasına rəhbərlik etmişdir. Böyük Vətən müharibəsi illərində orduya çağırılmış və Uzaq Şərqə göndərilmişdir. 388-ci Piyada Diviziyasında xidmət etmişdir. Hərbi həkim olaraq fəaliyyətini davam etdirmişdir. Tibbi tabur komandiri olaraq hərbi xəstəxanaya rəhbərlik edir. Sovet-Yapon müharibəsinin iştirakçısı olmuşdur. 301-ci hərbi xəstəxanada xidmət etmişdir. 9 Avqust 1945-ci ildən Mançur əməliyyatının iştirakçısı olur[4].
Müharibədən sonra Moskvada yaşayan ailəsinə qatılır. 1948-ci ildə D. İvanovski adına Elmi Tədqiqat Virusologiya İnstitutunun aspiranturasına daxil olur. Antonin Şubladzenin rəhbərliyi ilə 1953-cü ildə "Epidemik parotit" namizədlik dissertasiyasını müdafiə etmişdir. İki il sonra əsərləri kitab şəklində nəşr olunur.
1951-ci ildən 1961-ci ilədək İ. Meçnikov adına peyvəndlər və zərdablar Tədqiqat İnstitutunun əməkdaşı olur. 1961-ci il Ümumittifaq Konfransında professor Mixail Çumakov Səlimovu laboratoriyası ilə birlikdə SSRİ Tibb Elmləri Akademiyasının Poliomyelit və Viral Ensefalit Tədqiqat İnstitutunda işə dəvət edir.
1958–1995-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatının quduzluq üzrə mütəxəssisi olur. Dünyanın ilk quduzluq əleyhinə laboratoriyasını qurur. 1963-cü ildə tibb elmləri doktoru, 1967-ci ildən M. Çumakov adına Poliomyelit və Viral Ensefalit İnstitutunun professoru olur.
1963-cü ildə doktorluq dissertasiyasını müdafiə edir, 1967-ci ildə professor adına layiq görülür.
1998-ci ilin dekabrında Moskvadakı Poliomielit İnstitutunda Rusiya Elmlər Akademiyası Səlimovun 80 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirir.
2001-ci ildə Moskvada dünyasını dəyişir[5].
Rabiologiyada tədqiqatla məşğul olmuşdur. Alimin 100 illiyindən sonra da aktual olan 500-ə yaxın elmi məqalənin və 5 monoqrafiyanın, çox sayda tənzimləyici və təşkilati-metodiki sənədin müəllifidir. Onun rəhbərliyi altında 4 doktorluq və 25 magistr tezisi müdafiə olunmuşdur.