Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Okarina
Quş tütək (Gil tütək) Fit səsi və ya quşların cəh-cəhini təsvir edən bu vasitəyə "gil tütək" və ya "quş tütəyi" deyilir. Cəmi iki dəliyi olan quş tütəyində məşhur "Vağzalı", "Heyvagülü", "Çoban-bayatı" havalarını çalmaq hər kəsin hünəri deyil. Lənkəranda unikal musiqi aləti olan gildən düzəldilmiş tütək 60 ildən çoxdur ki, el məclislərinin, toy-düyünlərin yaraşığıdır. Xarici görünüşcə ilan kəlləsinə, fil xortumuna oxşar bu alətin yaşı 4500 ildir. Tütəyin qiymətini bir neçə il bundan əvvəl gələn xarici mütəxəsislərdən ibarət komissiya müəyyən edib. 1977-ci ildə Polşada keçirilən folklor festivalında gil tütəklə iştirak edən S. Əliyev ifasına görə "Qızıl balta" mükafatına layiq görülüb. Mamusta kəndində tapılan bu tütək hal-hazırda Səpnəkəran kəndində el sənətkarı Surxay Əliyevin evində saxlanılır. Palıd qozasına oxşar gil tütək arxeoloqlar tərəfindən 4000–4500 il öncəyə aid olduğu bildirilir.
Robert Kalina
Robert Kalina (29 iyun 1955, Vyana) — T 382 dizaynının yaradıcısı və Avstriya Milli Bankının işçisi. Onun yaratdığı T 382 dizaynı 1996-cı ildə Avro banknotlarının yarışında qalib olmuşdur. Kalina həmçinin Azərbaycan manatının, Suriya funtunun, Bosniya və Herseqovina markının da dizaynlarının müəllifidir.
Balina
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.
Malina
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Okapia
Okapia (lat. Okapia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi.
Qalina
Qalina — qadın adı və təxəllüs Qalina Vişnevskaya — Sovet və rus opera müğənnisi. Qalina Timçenko — Rusiya jurnalisti Qalina Tançeva — Bolqarıstanlı bədii gimnast. Qalina Nikandrova — Bolqarıstanlı bədii gimnast. Qalina Malaşenko — Bolqarıstanlı bədii gimnast. Qalina Marinova — Bolqarıstanlı bədii gimnast. Qalina Bıstrova — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası.
Alina
Alina — qadın adı. Alina Zahitova — rusiyalı fiqurçu. Alina Şapoçnikov — Polşa heykəltaraşı və yəhudi mənşəli qrafikçi. Alina Trepina — Azərbaycanı təmsil edən bədii gimnast. Alina Tumiloviç — Belarusu təmsil edən bədii gimnast. Alina Makarenko — Rusiyanı təmsil edən bədii gimnast. Alina Gözəlova — Azərbaycanı təsmil edən bədii gimnast. Alina Abdullayeva — Azərbaycan rejissoru. Alina Puqaç — İsraili təmsil edən qadın badmintonçu. Alina Kabayeva — Rusiyanın əməkdar idman ustası Alina Orlova — Litvalı müğənni.
Anthemis hyalina
Anthemis hyalina (lat. Anthemis hyalina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Koralina (animasiya)
Koralina (ing. Coraline) — ailəvi cizgi film, Nil Geymanın eyniadlı əsərinin 2009-cu ildə "Laika Entertainment" studiyası tərəfindən ekranizasiya olunmuşdu. Uşaqların cizgi filminə tək baxması məsləhət olunmur. Cizgi film Oskar mükafatına namizəd olub. Koralina 3D formatında çəkilən ilk animasiya filmidir. Amerika Kinematoqrafiya İnstitutu 2009-cu ildə "Koralina"ya "İlin ən yaxşı filmi" adını vermişdir.. Dünya üzrə filmin ümumi gəlirləri 124 mln dollar təşkil etmişdi. == Süjet == Koralina Cons valideynləri ilə Çəhrayı saray adlanan bir köhnə evə köçür. Valideynləri öz işləri ilə çox məşğul olduğundan, Koralina darıxır və özünü hər hansı bir işlə məşğul etmək məqsədilə ev və onun ətrafını tədqiq etməyə başlayır. Beləliklə o cənab Bobinski adlı ekssentrik rus akrobatı və siçovulların baş məşqçisi, məcburi iki təqaüdçü aktrisalar - Miss Spink və Miss Forsibl və ağzıboş oğlan Vaybi ilə tanış olur.
Lyubov Tolkalina
Lyubov Tolkalina (rus. Любо́вь Никола́евна Толка́лина; 16 fevral 1978, Ryazan vilayəti) — Rusiya kino və teatr aktrisası. == Həyatı == Lyubov Tolkalina 16 fevral 1978-ci ildə Mixaylovka kəndində anadan olub.
Pyerluici Kollina
Pyerluici Kollina (it. Pierluigi Collina, 13 fevral, 1960, Bolonya, İtaliya) — dünya şöhrətli italyan futbol hakimi. == Karyerası == Beynəlxalq kariyerasına Türkiyə ordu milli futbol komandası ilə Fransa ordu milli futbol komandası arasındakı oyunla başlayıb, 1996-cı il Olimpiya oyunları, 1999-cu il UEFA Çempionlar Liqası, 2002-ci il Futbol üzrə dünya çempionatı və 2004-cü il UEFA Avropa çempionatının final oyunlarını idarə etmişdir. == Uğurları == Altı dəfə dünyanın ən yaxşı hakimi adını alan Kollini, İFFHS tərəfindən futbol tarixində ilk dəfə olaraq əsrin ən yaxşı hakim elan olunmuşdur.
Skaliça MFK
Skalitsa MFK — Skalitsa şəhərini təmsil edən Slovakiya futbol komandasıdır. Klub 1920-ci ildə təsis edilmişdir. Hal-hazırda klub Slovakiyanın ən yüksək peşəkar liqası olan Fortuna Liqasında mübarizə aparır. Klub öz ev oyunlarını Mestski Skalitsa stadionunda keçirir. == Tarixi == 1920-1945 SK Skalitsa kimi yaradılmışdır. 1945-1953 Sokol Tekla Skalitsa kimi dəyişdirilmişdir. 1953-1963 DSO Tatran Skalitsa kimi dəyişdirilmişdir. 1963-1990 TJ ZVL Skalitsa kimi dəyişdirilmişdir. 1990-2006 Sportivi klub SK Skalitsa kimi dəyişdirilmişdir. 2006-indiyə kimi Skalitsa MFK kimi dəyişdirilmişdir.
Koralina (film)
Koralina (ing. Coraline) — ailəvi cizgi film, Nil Geymanın eyniadlı əsərinin 2009-cu ildə "Laika Entertainment" studiyası tərəfindən ekranizasiya olunmuşdu. Uşaqların cizgi filminə tək baxması məsləhət olunmur. Cizgi film Oskar mükafatına namizəd olub. Koralina 3D formatında çəkilən ilk animasiya filmidir. Amerika Kinematoqrafiya İnstitutu 2009-cu ildə "Koralina"ya "İlin ən yaxşı filmi" adını vermişdir.. Dünya üzrə filmin ümumi gəlirləri 124 mln dollar təşkil etmişdi. == Süjet == Koralina Cons valideynləri ilə Çəhrayı saray adlanan bir köhnə evə köçür. Valideynləri öz işləri ilə çox məşğul olduğundan, Koralina darıxır və özünü hər hansı bir işlə məşğul etmək məqsədilə ev və onun ətrafını tədqiq etməyə başlayır. Beləliklə o cənab Bobinski adlı ekssentrik rus akrobatı və siçovulların baş məşqçisi, məcburi iki təqaüdçü aktrisalar - Miss Spink və Miss Forsibl və ağzıboş oğlan Vaybi ilə tanış olur.
Agrostis salina
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Anna Karina
Anna Karina (fr. Anna Karina; əsl adı Hanna Karin Blarke Bayer; 22 sentyabr 1940, Solbcerq, Danimarka — 14 dekabr 2019, Paris, Fransa) — Danimarka və Fransanın teatr və kino aktrisası, kinorejissor. == Həyatı == Anna Karina Solbcerqdə kapitan ailəsində anadan olmuşdur. Valideynləri ayrılandan sonra nənəsinin, 8 yaşından isə anasının yanında qalmışdır. 14 yaşında o, kabare müğənnisi kimi fəaliyyətə başlamış, radio verilişlərində çıxışlar etmiş və qısametrajlı filmlərdə çəkilmişdir. Onun kinoda ilk əhəmiyyətli rolu "Başmaqlı qız" filmində olmuşdu. Bu film Kann kinofestivalında təqdim olunmuşdu. 1958-ci ildə o Parisə köçür. Orada Pyer Karden və Koko Şanelin məsləhəti ilə Anna Karina təxəllüsünü götürür. 1959-cu ildə rejissor Jan-Lük Qodar reklam rolikinin çəkilişlərində iştirak edən Karinanı görür və onu öz filminə dəvət edir.
Artemia salina
Artemia salina- Artemia cinsinə mənsub duzlu sularda yayılmış xərçəngkimilərin qədim növüdür. == Morfoloji quruluşu == Bədən baş, döş və qarıncıqdan ibarətdir. Başda tək nauplial göz, fasetlı göz, antennullalar və antennalar, döşdə isə döş ətrafları yerləşmişdir. Qarıncıq çəngəlciklə qurtarır . == Təsnifatı == Kar Linneyin 1758-ci ildə nəşr olunan "Təbiətin sistemi" əsərində Cancer salinus kimi təsvir edilmişdir == Yayılması == Şimali Afrika, Cənubi Avropa və Anadoluda geniş yayılmışdır . == Əhəmiyyəti == Artemia salina balıqçılıq zavodlarında çoxaldılıb, körpə nərə balıqlarının yemləndirilməsində istifadə olunur .
Atriplex salina
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Ağ balina
Ağ balina və ya Beluga balinası (lat. Delphinapterus leucas) — bütün həyatı boyu suda yaşamağa uyğunlaşmış məməlilər dəstəsi.
Balina (bürc)
Balina bürcü (lat. Cetus) — müasir 88 bürclərdən biridir. Göyün Şimal yarımkürəsindədir. Cetus adı Yunan mifologiyasında bir dəniz canavarı olan Cetusdan əmələ gəlməkdədir. Balina bürcü digər suyla əlaqədar təsvir edilən bürclərlə birlikdə Su adlanan səma bölgəsindədir.
Balina alleyası
Balina alleyası — Qədim zamanlarda Eskimosların müqəddəs məbədi və ya ibadətgahıdır. Çukotka Muxtar Dairəsinın ərazisinə daxil olan İttiqran adasında yerləşir. Bu arxeoloji kompleks Qrenlandiya balinasının sümüklərindən təşkil olunub. İlk dəfə bu tapıntı SSRİ Etnoqrafiya Universitetinin üzvü M.A.Clenov tərəfindən tətqiq edilir. == Ədəbiyyat == Arutyunov, Sergey Aleksandroviç, İ. İ. Krupkin, Clenov, Mixail Anatoleviç. "Balina alleyası". Senyavin boğazına daxil olan adaların qədimi tarixi 1982.
Balina bitləri
Balina bitləri (lat. Cyamidae) — xərçəngkimilər yarımtipinə aid fəsilə. == Bədən quruluşu == Balina bitləri enli olmaları ilə seçilirlər. Ayaqları güçlü olub, üçüncü və dördüncü seqmentlər istisna olaraq digər yerlər ayalarla ördülüdür. Bu seqmentlərdə kisəyə bənzər qəlsəməyə sahibdirlər. == Həyat tərzi == Xərçənkimilərə daxil balina bitləri parazitlərdir. Onlar Balinakimilərin dərilərində yaşayırlar. Əsasən dəliklər olan sahələrə yapışırlar. Dəridəki hüceyrələrlə qidalanırlar. Uzun zaman dərində qaldıqları zaman burada xorlar əmələ gətirirlər.
Balina buxtası
Balina buxtası — Buxta Ross şelf buzlağında, Ruzvelt adasının şimalında yerləşir. Buxta 1841-ci ildə Ceyms Rossun ekspedisiyası tərəfindən kəşf edilmişdir. Buxtanın adı Britaniya qütb araşdırma ekspedisiyasının rəhbəri Ernest Şelktonun Nimrod gəmisinin arxasında (24 yanvar 1908) çoxlu sayda Balinanı müşahidə etməsi ilə əlaqədar verilmişdir. Şelkton buxtanın gəmilərin dayanması və düşərgə qurmaq baxımından əlverişsiz olmasını bildirmişdir. Bununla belə XX əsrin əvvəllərindən sahilləri qütb araşdımalarının məskəni olmuşdur. 1911-ci ildə Balina buxtasında yerləşən Framheym düşərgəsi Rual Amundsen tərəfindən Cənub qütbünə təşkil etdiyi ekspedisiya zamanı uğurla istifadə etmişdir. 1928—1930 illər ərzində buxtada amerikalı Riçard Berdin rəhbərliyi ilə ekspedisiya fəaliyyət göstərmişdir. 1934-cü ildə Berd buxtada iki buzlağın toqquşduğunu müəyyən etmişdir. 1939—1941-ci illər ərzində isə Balina buxtasında Amerika Antarktida proqramı çərçivəsində araşdırma işləri aparılmışdır.
Balına mahıları
Balına mahnıları — Balinakimilərin əlaqə qurmaq məqsədi ilə buraxdığı səslər. Mahnı sözü onunla əlaqədər işlədilir ki, bu səslər həzmliyi ilə seçilir və insanların ifa etdiyi mahnılara bənzəyir. Səsin istifadəsini aktuallaşdıran əsas səbəb suda görmənin məhtudluğu, iyin isə quruya nisbətdə daha zəif yayılmasından irəli gəlir. Belə düşünülür ki, ən qəliz mahnılar Qozbel balina və dişsiz balinaların bir necə növündə müşahidə edilir. Bu güçlü səslər əsasən nikah mövsümündə çıxarılır. Nisbətən zəif səslər isə il boyu səsləndirilir. Görünür bu səslər ya rabitə ya da naviqasiya rolunu oynayır. Dişli balinalar (Osalar belə daxil olaraq) bu səslərin exolokasiya rolunu oynayır. == Səslərin yaranması == Dişsiz balinalarda dişin olmaması səbəbindən səslər udlaqda formalaşır. Onlarda səs tellərinin olmaması bu səslərin formalaşma mexanizmini dəqiq söyləməyə imkan vermir.
Boz balina
Boz balinalar (lat. Eschrichtiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.