Anna Karina

Anna Karina (fr. Anna Karina; əsl adı Hanna Karin Blarke Bayer; 22 sentyabr 1940, Solbcerq[8], Danimarka — 14 dekabr 2019, Paris, Fransa) — DanimarkaFransanın teatr və kino aktrisası, kinorejissor.

Anna Karina
fr. Anna Karina
Doğum adı Hanna Karin Blarke Bayer
Doğum tarixi 22 sentyabr 1940(1940-09-22)[1][2][…]
Vəfat tarixi 14 dekabr 2019(2019-12-14)[3][4][…] (79 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi[6]
Dəfn yeri
Vətəndaşlığı Fransa Fransa
Həyat yoldaşı Jan-Lük Qodar (1961-1965)
Pyer Fabr (1968-1974)[5]
Daniel Düval (1978-1981)
Dennis Berri (1982-1994)
Fəaliyyəti aktrisa
kinorejissor
Fəaliyyət illəri 1959–2019
Boyu 170 sm
Mükafatları "Gümüş Ayı" (1961)
IMDb ID0439344
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anna Karina Solbcerqdə kapitan ailəsində anadan olmuşdur. Valideynləri ayrılandan sonra nənəsinin, 8 yaşından isə anasının yanında qalmışdır. 14 yaşında o, kabare müğənnisi kimi fəaliyyətə başlamış, radio verilişlərində çıxışlar etmiş və qısametrajlı filmlərdə çəkilmişdir.

Onun kinoda ilk əhəmiyyətli rolu "Başmaqlı qız" filmində olmuşdu. Bu film Kann kinofestivalında təqdim olunmuşdu.

1958-ci ildə o Parisə köçür. Orada Pyer KardenKoko Şanelin məsləhəti ilə Anna Karina təxəllüsünü götürür. 1959-cu ildə rejissor Jan-Lük Qodar reklam rolikinin çəkilişlərində iştirak edən Karinanı görür və onu öz filminə dəvət edir. 1961-ci ildə aktrisa onun "Qadın elə qadındır" filmində çəkilir[9].

3 mart 1961-ci ildə o Qodarla ailə həyatı qurur və bu nikah 1967-ci ilə qədər davam edir. Eyni zamanda o, Lukino Viskonti, Rayner Fassbinder, Marta Mesaroş kimi rejissorların da filmlərində çəkilmişdir. 1973-cü ildə rejissor kimi "Birgə yaşamaq" filmini çəkir. Lakin bu film tamaşaçılar arasında uğur qazanmır.

Qodarla boşanandan sonra Anna Karina həm də teatr aktrisası kimi şöhrət qazanır. O Deni Didronun "Rahibə" əsərinin tamaşasında baş rolu ifa edirdi. Sonralar Jak Rivettin eyniadlı filmində (ikinci adı "Süzanna Simonen, Deni Didronun rahibəsi") çəkilir.

Anna Karina "Birgə yaşamaq" (1973), "Qızıl şəhər" (1983), "Günəşi almırıq" (1988) və "İşin sonuna qədər" (1998) adlı 4 romanın müəllifidir.

Anna Karina fransız, ingilis, isveçitalyan dillərində sərbəst danışırdı.

14 dekabr 2019-cu ildə Parisdə vəfat etmişdir.[10]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Qodarla ayrıldıqdan sonra Anna Karina daha dörd dəfə ərə getmişdir: 1968-ci ildə Pyer Fabra, 1978-ci ildə Daniel Düvala, 1982-ci ildə Dennis Berriyə və 2009-cu ildə Moris Kuksa.

İl Azərbaycanca adı Orijinal adı Rol
1961 Qadın elə qadındır fr. Une femme est une femme Anjela
1961 Kleo 5-dən 7-yə fr. Cléo de 5 à 7 səssiz filmdəki aktrisa
1962 Öz həyatınla yaşamaq fr. Vivre sa vie Nana Klyaynfrankenhaym
1963 Kiçik əsgər fr. Le Petit Soldat Veronika Dreyer
1963 Şəhrizad fr. Shéhérazade Şəhrizad
1964 Yadlar fr. Bande à part Odil
1965 Alfavil fr. Alphaville Nataşa fon Braun
1965 Ağılsız Pyero fr. Pierrot Le Fou Marianna Renuar
1965 Əsgərlərin sevgililəri fr. Le soldatesse Elenisa
1966 Rahibə fr. La Religieuse Süzanna Simonin
1966 ABŞ istehsalıdır fr. Made in USA Pola Nelson
1967 Dünyanın ən qədim sənəti fr. Le Plus Vieux Métier du monde Nataşa
1967 Yad it. Lo straniero Mari Kardona
1967 Anna fr. Anna Anna
1969 Castin ing. Justine Melissa
1969 Qaranlıqda gülüş fr. La Chambre obscure Marqo
1973 Birgə yaşamaq fr. Vivre ensemble Culi Andersen
1974 Çörək və şokolad it. Pane e cioccolata Elena
1976 Çin ruletkası alm. Chinesisches Roulette İren Kartis
1976 Qayğanaq fr. Les Œufs brouillés Klara Dutilleul
1978 Hədiyyə corab fr. Chaussette surprise Natali
1984 Ave Mariya fr. Ave Maria Berta
1985 Xəzinələr adası fr. L'île au trésor ana
1988 Uçurum fr. L'Œuvre au noir Katrin
1995 Yuxarı, aşağı, kövrək fr. Haut bas fragile Sara
2002 Çarli haqqında həqiqət ing. The Truth About Charlie Karina
2008 Viktoriya ing. Victoria

Mükafatlar və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
Ən yaxşı qadın roluna görə 11-ci Berlin Beynəlxalq Kinofestivalının "Gümüş Ayı" mükafatı ("Qadın elə qadındır", 1961)[11][12]
  1. Anna Karina // Encyclopædia Britannica (ing.).
  2. Anna Karina // filmportal.de. 2005.
  3. Anna Karina, légendaire actrice de la Nouvelle Vague, est morte. Le Monde.
  4. Anna Karina // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  5. Судьба - Анна Карина (Anna Karina). Актриса из фильма "Солдатские девки"(Они шли за солдатами)
  6. http://www.leparisien.fr/culture-loisirs/cinema/deces-a-79-ans-d-anna-karina-actrice-fetiche-de-jean-luc-godard-15-12-2019-8217621.php.
  7. Les obsèques d’Anna Karina seront célébrées au Père-Lachaise (fr.).
  8. "Les Gends du Cinema". 2015-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-02.
  9. "Женщина есть женщина". 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.
  10. The Guardian. "French new wave star Anna Karina dies aged 79" (ingilis). The Guardian. 14.12.2019. 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-15.
  11. "SILVER BEAR FOR BEST ACTRESS". 2013-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.
  12. "БЕРЛИНСКИЙ КИНОФЕСТИВАЛЬ 1961". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]