Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolett
Kolett, tam adı Sidoni-Qabriel Kolett (fr. Sidonie-Gabrielle Colette; 28 yanvar 1873[…], Sen-Sovyor-an-Pyuize[d] – 3 avqust 1954[…], Paris) — fransız yazıçısı, Belle Époque-un ulduzlarından biri; 1945-ci ildən Qonkur akademiyasının üzvü. == Bioqrafiyası == Məmurun qızı, Burqundiyada doğulub böyümüşdür. 1893-cü ildə "Villi" təxəllüsü ilə tanınan o vaxtkı populyar yazıçı, jurnalist, musiqi tənqidçisi Anri Qotye-Villar (1859-1931) ilə evləndi. Onu paytaxtın ədəbi və bədii dairələri ilə tanış etdi, eyni zamanda utancsızlıqla "ədəbi neqr" olaraq istifadə etdi: 1896-cı ildən Kolett onun üçün "Klodine" haqqında təxəllüsü ilə nəşr etdirdiyi bir sıra avtobioqrafik roman yazdı. Öz təxəllüsü altında Kolett yalnız 1904-cü ildə nəşr etməyə başladı. Həyat yoldaşından uzaqlaşaraq öz yolunu axtarır, 1906-cı ildən musiqi salonunda, Marin teatrında, Mulin Ruj və s. müzikllarda çıxış etməyə başlayır. Sonra ərindən boşanır, qadınlarla bir neçə roman (həyat yoldaşı, yazıçı və aktrisa da daxil olmaqla Matilda de Morni, markiz de Belbyoff, Missi adı ilə çox tanınmayan, Poler təxəllüsü ilə çıxış edən aktrisa və müğənni Emili-Mari Buşo) və kişilər (bunların arasında - Qabriel d'Annunzio, məşhur boksçu və oyunçu Oqüst Olimp Erno və s.) yaşayır. Mulin Ruj səhnəsindəki "Misir xəyalları" pantomimasında (1907) Matilda de Morni ilə açıq öpüşməsi paytaxtda çox səs-küyə və polis prefekturasının müdaxiləsinə səbəb olmuşdur.
Oklend
Oklend (Kaliforniya)
Oklənd
Oklend (Kaliforniya)
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempratur Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Olein
Olein turşusu(tsis 9-oktadetsen turşusu)СН3(СН2)7СН=СН(СН2)7СООН -doymamış yağ turşusudır. Omega-9 doymamış yağ turşular qrupuna aiddir. == Fiziki xassələri == Olein turşusu yağlı mayedir, sudan yüngüldür, qoxusuz, rəngsiz, suda həll olunmur, yalnız üzvi həlledicilərdə həll olunur (benzolda, xloroformda və s.). == Alınması == Texniki olein turşusu müxtəlif bitki yağlarının hidrolizi zamanı alınır, məsələn, günəbaxan, soya və ya xardal. Bu məhsul qida məqsədləri üçün tamamilə yararsızdır. Alınan turşuları fraksiyalara ayırmaqla və ya metanoldan və asetondan–400C temperaturda təkrar kristallaş- dırılma yolu ilə əldə edilə bilər. Təbiətdə müxtəlif heyvan mənşəli piylərin tərkibində olur məs. donuz, mal piyində həmçinin bitki yağlarındada (zeytun, badam, günəbaxan,avokado,palma, arqan və s. ). == Kimyəvi xassələri == Olein turşusuna ozonla təsiri nəticəsində ozonid alınır.
Omlet
Omlet (fr. omelette) — fransız yeməyi olub yüngül qarışdırılmış toyuq yumurtasından tavada qızardılmaqla hazırlanır. Fransız omleti heç bir əlavəsiz tavaya tökülmüş yumurta qarışığının bir üzü kərə yağında qızardıldıqdan sonra ortadan iki bölünərək ya da dürüm şəklində süfrəyə verilir. Bu cür yemək demək olar ki beynəlmiləl olub müxtəlif xalqların mətbəxində müxtəlif cür adlandırılır. Məsələn, italyanlarda "it. frittata", yaponlarda "omu-raysu" və "omu-soba", ruslarda süd, un və kartof qarışıqlı rus. дрoчёна, azərbaycanda "qayqanaq" və.s.
Oklend, Kaliforniya
Oklend (ing. Oakland) — ABŞ-nin Kaliforniya ştatında şəhər. 202.4 km² ərazisi ilə Kaliforniya ştatının ən böyük şəhərlərindən biridir.
Oklend (Kaliforniya)
Oklend (ing. Oakland) — ABŞ-nin Kaliforniya ştatında şəhər. 202.4 km² ərazisi ilə Kaliforniya ştatının ən böyük şəhərlərindən biridir.
Oklend Gimnaziyası
Oklənd Gimnaziyası (ing. Auckland Grammar School) — Yeni Zelandiyadakı dövlət orta məktəblərindən biri. Oklenddə yerləşir. 2011-ci ildə Gimnaziyada şagirdlərin sayı 2461 nəfər idi ki, bu göstəriciyə görə məktəb Yeni Zelandiyada 6-cı sıradadır. Gimnaziya daxilində xarici tələbələr üçün yaradılmış yataqxanalar mövcuddur. Oklənd Gimnaziyası Yeni Zelandiyanın ən öndəgedən akademik orta məktəbi kimi tanınır. "Metro Magazine" adlı jurnal Kembric sistemli gimnaziyanın nəticələrini yüksək göstərərək ona yüksək xallar vermişdir. == Tarixi == Gimnaziya 1850-ci ildə general-qubernator Ser Corc Qrey tərəfindən yaradılmışdır. 1868-ci ildən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Məktəbin devizi "Per Angusta Ad Augusta" (azərb.
Oklend Universiteti
Oklend Universiteti (mao. Te Whare Wānanga o Tāmaki Makaurau, ing. University of Auckland) — Yeni Zelandiyanın Oklend şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1883-cü il mayın 23-də Oklend şəhərində Yeni Zelandiya Universitetinin bir hissəsi kimi Oklend Universitet Kolleci yaradılır. Kollecin idarəolunması Yeni Zelandiya Universitetinin vitse-kansleri Con Çepmen Endryuya həvalə edilir. Oklend Universitet Kolleci buraxılmış məhkəmə və həbsxana binasında 95 tələbə və 4 müəllim ilə fəaliyyətə başlayır, lakin 1901-ci ildə tələbələrin sayı 156 nəfərə qədər artır. Kollecdə qiyabi təhsil alan tələbələrin əksəriyyəti ruhani və müəllim olmağa hazırlaşan şəxslər idi. Burada 1905-ci ildən başlayaraq ticarət sahəsini öyrənmək istəyən tələbələrin sayı artır. 1930-cu ildən sonra kollecdə tədqiqatlar aparılır. 1934-cü ildə ali məktəbə ingilis dili üzrə mütəxəssis Artur Sevel, riyaziyyatçı HG Forder, tarixçi Ceyms Rutherford, klassik CG Kuper və digər professorlar işə götürülürlər.
Oklend adaları
Oklend adaları (ing. Auckland Islands) — Sakit okeanın cənubunda, Yeni Zelandiyaya məxsus olan vulkan məşəlli adalardır. Bu qrup adalar Yeni Zelandiyanın Daxili adaları ərazisinə daxildir. Adalar inzibati cəhətdən hec bir regionun tərkibinə daxil edilməsədə, dövlətin ing. Area Outside Territorial Authority adlı idarə etmə orqanı tərəfindən idarə edilir. Oklend adaları UNESCO Ümumdünya irsi siyahısına daxildir == Coğrafiya == Adaların sahəsi 625,6 km² təşkil edir. Arxipelaqın ən hündür nöqtəsi 600 metr təşkil edir. Arxipelaq bir necə ada və qayalıqlardan ibarətdir: Oklend adası (Auckland Island) — (50°42′ c. e. 166°05′ ş.
Oklend adası
Oklend (ing. Auckland Island) — yaşayışı olmayan, Sakit okeanın cənubunda yerləşir. Oklend adalarının əsas adasıdır. İnzibati cəhətdən Yeni Zelandiyanın ərazisinə daxildir. == Coğrafiya == Cənub adasından cənubda yerləşir. Adanın sahəsi 510 km². Uzunluğu 42 km. eni cənub hissədə 26 km təşkil edir. Dağlıq reylefə malikdir, sahilləri parçalıdır. Burada çoxlu sayda körfəz və fiordlar vardır.
Oklənd Gimnaziyası
Oklənd Gimnaziyası (ing. Auckland Grammar School) — Yeni Zelandiyadakı dövlət orta məktəblərindən biri. Oklenddə yerləşir. 2011-ci ildə Gimnaziyada şagirdlərin sayı 2461 nəfər idi ki, bu göstəriciyə görə məktəb Yeni Zelandiyada 6-cı sıradadır. Gimnaziya daxilində xarici tələbələr üçün yaradılmış yataqxanalar mövcuddur. Oklənd Gimnaziyası Yeni Zelandiyanın ən öndəgedən akademik orta məktəbi kimi tanınır. "Metro Magazine" adlı jurnal Kembric sistemli gimnaziyanın nəticələrini yüksək göstərərək ona yüksək xallar vermişdir. == Tarixi == Gimnaziya 1850-ci ildə general-qubernator Ser Corc Qrey tərəfindən yaradılmışdır. 1868-ci ildən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Məktəbin devizi "Per Angusta Ad Augusta" (azərb.
Oklənd Universiteti
Oklend Universiteti (mao. Te Whare Wānanga o Tāmaki Makaurau, ing. University of Auckland) — Yeni Zelandiyanın Oklend şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1883-cü il mayın 23-də Oklend şəhərində Yeni Zelandiya Universitetinin bir hissəsi kimi Oklend Universitet Kolleci yaradılır. Kollecin idarəolunması Yeni Zelandiya Universitetinin vitse-kansleri Con Çepmen Endryuya həvalə edilir. Oklend Universitet Kolleci buraxılmış məhkəmə və həbsxana binasında 95 tələbə və 4 müəllim ilə fəaliyyətə başlayır, lakin 1901-ci ildə tələbələrin sayı 156 nəfərə qədər artır. Kollecdə qiyabi təhsil alan tələbələrin əksəriyyəti ruhani və müəllim olmağa hazırlaşan şəxslər idi. Burada 1905-ci ildən başlayaraq ticarət sahəsini öyrənmək istəyən tələbələrin sayı artır. 1930-cu ildən sonra kollecdə tədqiqatlar aparılır. 1934-cü ildə ali məktəbə ingilis dili üzrə mütəxəssis Artur Sevel, riyaziyyatçı HG Forder, tarixçi Ceyms Rutherford, klassik CG Kuper və digər professorlar işə götürülürlər.
Oklənd yarımadası
Aupouri yarımadası (ing. North Auckland Peninsula) - Yeni Zelandiyanın Şimal adasının şimalında yerləşən yarımada. == Coğrafiya == Yarımadanın başlanğıcında Yeni Zelandiyanın nəhəng metropoliyası olan Oklənd yerləşir. Oklənddən şimal-qərb istiqamətində yarımada 285 km məsafədə uzanır. Yarımadanın uzunluğu 85 km-dir. Uelsfordda yarımadanın eni 15 km, Uitemata ilə Manukau körfəzləri arasında isə 2 km-dir. Yarımadanın qərb sahillərini Tasman dənizi, qərb sahillərini isə Sakit okean yuyur. Yarımadanın hər iki hissəsi boyunca çoxlu yarımadalar vardır. Okləndin son 100 km qurtaracağı Aupouri adlanır. Burada yarımadanın eni 10 km-dir.
Klet
Klet (təq. 25, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. == Papalıq dövrü == Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür.
Calvin Klein
Calvin Klein – geyim və ətir firması. Firma 1968-ci ildə Nyu-Yorkda Barri Şvars və dostu Kelvin Kleyn tərəfindən yaradılıb. 1978-ci ildə Kleyn dünyada ilk dəfə cinsləri podiumda nümayiş etdirməklə və dizaynlı cinsləri satışa çıxarmaqla moda aləmində sözün həqiqi mənasında dizayn dönüşü edir. Geyimlərlə yanaşı "Calvin Klein" kişi və qadınların ürəyini riqqətə gətirən ətirləri ilə də məşhurdur. 3 dəfə "Coty" mükafatına, 4 dəfə mili "American Fashion Awards"-a layiq görülən "Calvin Klein" ən çox satılan elit parfüm və kosmetika brendi kimi tanınır. Brendin ilk ətiri 1981-ci ildə istehsal edilib. İndiyə qədər 61 adda ətir təqdim edilib.
Kelvin Klein
Kelvin Riçard Klein (ing. Calvin Richard Klein; 19 noyabr 1942[…], Bronks, Nyu-York ştatı) — ABŞ dəb dizayneri. == Həyatı == Kalvin Klein 1942-ci ilin 19 noyabrında Nyu-York yaxınlığında yerləşən Bronksda anadan olub. Yəhudi əsilli olan Kalvinin atası orta dərəcəli iş adamı imiş. Yazılanlara görə, gələcəyin dizaynerinin incəsənətə marağı hələ uşaqlıqdan yaranır. 18 yaşında yüksək incəsənət məktəbini bitirərək 2 il də Nyu-Yorkun Moda texnologiyaları institutunda oxuyur. Özünü inkişaf etdirir. 1962–1968-ci illərdə Nyu-Yorkun müxtəlif moda evlərində işləyir. Zaman-zaman küçə sənətçisi kimi də fəaliyyət göstərir.1968-ci ildə uşaqlıq dostu Barri Şvarsla birlikdə Calvin Klein, Ltd şirkətini yaradır. Hansı ki şirkət əvvəlcə kişi üst geyimləri istehsal etməyə başlayır.
Psevdomembranoz kolit
Psevdomembranoz kolit bağırsaq florasının müvazinətinin yatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsində lat. Clostridium difficile bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır. == Törədicisi == lat. Clostridium difficile qrammüsbət, anaerob, adətən bağırsaq florasına aid olmasa da müayinə materialında rast gəlmə tezliyi böyüklərdə 5%, uşaqlarda 50% təşkil edir. İstənilən antibiotiklə xüsusilə də Penicillin, Ampicillin, Cephalosporin, Clindamycin, Lincosamid preparatları ilə uzun müddətli müalicə dezbaktriyoz hallarına səbəb ola bilər. lat. Clostridium difficile tərəfindən ifraz olunan toksinlər bağırsaq divarının selikli qişasını zədələyərək "vulkan püskürməsi" şəkilli fibrin ifrazına səbəb olur ki, maye itkisi ilə nəticələnən kəskin qarıngetmələrə – qanlı ishallara gətirib çıxardır. Adətən tibbdə kolonoskopiya zamanı görünən bu mənzərəni "küçə döşəmə daşlarına" bənzədirlər. == Diaqnostikası == Xəstənin şikayətləri qarın sancılarından, bəzən qanlı ishaldan, yüksək hərarətin olmasından, məye itirilməsi nəticəsində meydana çıxan halsızlıqdan ibarət olur. Ultrasəs və kompyutertomoqrafiya müayinəsində yoğun bağırsağın divarının qalınlaşması aydın müşahidə edilir.
Oktet qaydası
Oktet qaydası (oktet nəzəriyyəsi) — kovalent kimyəvi rabitələrin əmələ gəlməsinin səbəblərini izah etmək üçün G. N.Lyuis tərəfindən təklif edilmişdir. Bu qaydaya görə, molekullar əmələ gəldikdə, atomlar valentlik elektronlarını cüt-cüt paylaşaraq nəcib qazların elektron konfiqurasiyasına bənzər 8 elektron valentlik qabığına nail olmaq ehtiyacını ödəyirlər. Lyuisin bu fundamental kəşfi əhəmiyyətinə görə Elementlərin Dövri Qanunu və üzvi birləşmələrin quruluş nəzəriyyəsi kimi kəşflərlə eyni səviyyədədir. Oktet qaydasının yalnız məhdud sayda hallarda mövcud olduğuna dair geniş yayılmış inam, Elementlərin Dövri Qanununun universal olmadığı iddiası qədər yanlışdır. Oktet qaydasına "uyğunsuzluğun" bütün nümunələrini aşağıdakı üç qrupa bölmək olar: thumb Molekulu əmələ gətirən atomların valentlik elektronlarının cəmi təkdir. Buna misal olaraq, azot oksidi NO molekulunu göstərmək olar. Bu zaman azot atomunun (5) və oksigenin (6) valentlik elektronlarının cəmi 11-dir, ona görə də bu molekulda oksigen atomu səkkiz elektron qabığa çatır, azot atomu isə çatmır. Bu halda hər iki atomun səkkiz elektron qabığa çatması ilkin olaraq qeyri-mümkündür. Azot atomunun elektron qabığını doldurmaq istəyi bu molekulun kimyəvi reaktivliyini izah edir. Molekul üçmərkəzli rabitələr hesabına əmələ gəlir, məsələn, KI3.
Heynrix von Kleist
Bernd Heynrix Vilhelm von Kleist(d. 18 oktyabr,1777 -ö. 21 noyabr,1811) — alman şair. Dram, hekayə və novella yazarı. Pyeslərində dram və tragediya üstünlük təşkil edir. Əsərlərində Romantizm cərəyanının izləri görünür. == Həyatı == Şair olmaqla yanaşı, hekayə və novella yazarı olan Heynrix von Kleist 18 oktyabr 1777-ci ildə Frankfurt(Oder)da doğuldu və 21 noyabr 1811-ci ildə Berlindəki "Kleyner Vannsee" gölünün sahilində sevgilisi ilə birlikdə intihar edərək həyatına son qoydu. Az müddətli təhsil həyatından sonra 1792-ci ildə Prussiya ordusuna daxil oldu və 1799-cu ildə leytenant rütbəsi ilə ordudan ayrıldı. Sonradan Viadrina universitetində hüquq və fəlsəfə təhsili aldı.1800-cü ildə Berlindəki Maliyyə Nazirliyində işləməyə başladı. Bir il sonra Parisə ziyarət etdi, ardından İsveçrədə yaşamağa başladı.
Oklend (Yeni Zelandiya)
Oklend (ing. Auckland) — Yeni Zelandiyadanın şimalında yerləşən şəhərdir O, həmçinin Yeni Zelandiyanın ən böyük şəhəridir, Əhalisinin sayı 1,534,700 nəfərdir(2017) . == Tarixi == Şəhərin əsası 1840-ci ildə Hobsons Bay körfəzinin sahilində, avropalıların Yeni Zelandiyada ilk məskunlaşması dövründə qoyulub. 150 il ərzində kiçik katorqa qəsəbəsindən iri meqapolisə çevrilib.
Keit Qasım
Keit Qasım — Hamrin bölgəsində (Mərkəzi Mesopotamiya) eramızdan əvvəl 5-ci minilliyin birinci yarısından başlayaraq üçlü yaşayış təbəqəsinə malik arxeoloji abidə.
Qalçanın kondensasion osteit sindromu
Qalçanın kondensasion osteit sindromu (ing. osteitis condensans ilii) – kondensasion qatılaşma, toplanma deməkdir. Dəfələrlə doğmuş gənc qadınlarda rast gəlir, çox vaxt simptomsuzdur, xoşxassəlidir, HLA-B27 əlaqəsi yoxdur, əsas əlaməti X-ray oma-qalça oynağının qalça sümüyü tərəfində üçbucaq şəkilli sklerozlaşmasıdır.