Klet (təq. 25, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır.[2] Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur.
Klet | |
---|---|
lat. Anacletus PP. lat. Cletus PP. | |
3-cü Roma Papası | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 25 |
Doğum yeri | |
Vəfat tarixi | 90-cı illər |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | katolik keşişi[d] |
Dini | Roma-Katolik kilsəsi[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Papalıq hakimiyyəti | Sələfi | Xələfi |
---|---|---|
76–26 aprel 88 | Lin | I Klement |
Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır.
88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür. Hazırda Vatikan olaraq bilinən, o dövrün Müqəddəs Pyotr bazilikasında, əvvəlki papa Linin yanına dəfn edilmişdir.[3]
Papa Kletin anım günü 26 apreldə qeyd olunurdu. Lakin, 13 iyul 1962 və 1969-cu illər arasında, bu anım günü Katolik dua kitabları, din kitabları və Katolik ölkələrdə qüvvədən qaldırıldı.