Oklend adaları (ing. Auckland Islands) — Sakit okeanın cənubunda, Yeni Zelandiyaya məxsus olan vulkan məşəlli adalardır.
Oklend adaları | |
---|---|
ing. Auckland Islands | |
Ümumi məlumatlar | |
Adaların sayı | 8 |
Ümumi sahəsi | 625,6 km² |
Hündür nöqtəsi | 600 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
50°42′00″ c. e. 166°05′00″ ş. u. | |
Ölkə | Yeni Zelandiya |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 877 ing. • rus. • fr. |
Bu qrup adalar Yeni Zelandiyanın Daxili adaları ərazisinə daxildir. Adalar inzibati cəhətdən hec bir regionun tərkibinə daxil edilməsədə, dövlətin ing. Area Outside Territorial Authority adlı idarə etmə orqanı tərəfindən idarə edilir.
Oklend adaları UNESCO Ümumdünya irsi siyahısına daxildir[1]
Adaların sahəsi 625,6 km² təşkil edir. Arxipelaqın ən hündür nöqtəsi 600 metr təşkil edir. Arxipelaq bir necə ada və qayalıqlardan ibarətdir:
Bitki örtüyü əsasən çırtdan ağac və kollardan ibarətdir. Heyvanları əsasən dəniz canlılarıdır: Yeni Zelandiya dəniz pişiyi, Dəniz fili, Pinqvinlər və dəniz quşları.
XIX—XX əsrləri adaya gətirilən məməlilər, artıq 1990-cı illərdə tamamən məhv edilmişdir. Səbəb isə adaların ilkinliyini qoyuyub saxlamaq olmuşdur. Adalarda dəniz təbiət qoruğu fəaliyyət göstərir.
Adaların ilk kəşfi bölgənin yerli əhalisi tərəfindən olmuşdur. Enderbi adasında aparılan arxioloji qazıntılar zamanı polineziyalılara məxsus tapıntılar aşkarlanmışdır.
Belə guman edilir ki, adalar 1806-ci ildə Abraham Bristou tərəfindən kəşf edilmişdir.
Adalar daimi əhaliyə malik olmasada, adaları tez-tez elmi məqsədlər üçün insanlar ziyarət edir. 1942—1945 ildə əsas adada qütb stansiyası fəaliyyət göstərirdi. Dəfələrlə adaları məskunlaşdırmağa cəhd göstərilsədə, sərt iqlim səbəbindən mümkünsüz olmuşdur.