Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krik
Krik — daimi axarı olmayan çaylar. Bu çayların suyu yalnız qısamüddətli yağışlar zamanı artır. Digər vaxtlarda su buxarlanır və çay quruyur. Kriklər səhra və yarımsəhralarda yaranır.Avstraliya üçün səciyyəvidir.Kriklər xəritədə qırıq-qırıq xətlər ilə göstərilir.
Fransis Krik
Fransis Harri Kompton (8 iyun 1916[…], Northempton – 28 iyul 2004[…], La-Hoyya[d], Kaliforniya) ― İngilis molekulyar bioloq, biofizik və nevroloq idi. O, Ceyms Uatson və Rosalind Franklin DNT molekulunun sarmal quruluşunun deşifrə edilməsində mühüm rol oynadılar. Krik və Uatson'un 1953-cü ildə "Təbiət" jurnalında yazdığı məqalə DNT quruluşunu və funksiyalarını öyrənmək üçün təkan verdi. Moris Uilkins ilə birlikdə "Nuklein turşularının molekulyar quruluşu və canlı materialda məlumat ötürülməsi üçün əhəmiyyətinə dair kəşflərinə görə" 1962-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülmüşdülər. Krik nəzəri molekulyar bioloq olması DNT-nin sarmal quruluşunu ortaya çıxarmaq ötrü əlaqəli araşdırmalar aparmasında mühüm rol oynadı. Məlumat nuklein turşularından (DNT və ya RNT) zülallara ötürüldükdə, nuklein turşularına geri dönə bilməyəcəyi fikrini ümumiləşdirmək üçün "mərkəzi dogma" ifadəsini istifadə etməklə məşhurdur. Başqa sözlə, nuklein turşularından zülallara informasiya axınındakı son addım geri dönməzdir. Karyerasının qalan dövründə J.V.Kiekhefer, Kaliforniya, La Jolladakı Salk Bioloji Araşdırmalar İnstitutunda xüsusi tədqiqat professoru kimi fəaliyyət göstərmişdir. Onun sonrakı tədqiqatları nəzəri neyrobiologiya və insan şüurunun elmi tədqiqatını inkişaf etdirmək cəhdləri üzərində quruldu. Ölənə qədər bu vəzifədə qaldı; Kristoff Kox, "elm adamı ölüm yatağından acı sona qədər bir əlyazma yaratmalıdır" dedi.
Jorj Orik
Jorj Orik (fr. Georges Auric, 15 fevral 1899[…] – 23 iyul 1983[…], VIII arondisman (Paris)) — fransız bəstəkarı, A. Russelin şagirdi, "Altılıqın" ən gənc iştirakçısı. Monpelyedə, sonra isə 1913-cü ildən Parisdə oxumuşdur. Bəstəkar kimi ilk debütü 1914-cü ildə olmuşdur və o zaman onun bir neçə mahnısını Pola de Lestan (soprano) və Alfredo Kazella (fortepiano) ifa etmişlər. Teatr tamaşalarına musiqi yazmışdır, müzikllər və baletlər müəllifidir. Müharibə iilərində, eləcə də müharibədən sonrakı ilk illərdə Fransanın ən çox sevilən bəstəkarı idi. Monparnas qəbiristanlığında dəfn olunmuşdur. Orikin musiqisi Kokto ("Orfey", "Gözəl və idbar", "İkibaşlı qartal"), Ofülsün ("Lola Momntes"), Dassenin ("Kişi savaşı"), Delannua ("Əbədi qayıdış", "Klevli şahzadə xanım"), Uayler ("Roma tətilləri"), Kluzo ("Pikassonun sirləri") filmlərində səslənir.
Krik dili
Krik dili, Muskoqi kimi də tanınan (Mvskoke Krikcədə), Muskoqi dillərindəndir ki, muskoqlar (kriklər) və Seminollar tərəfindən, əsasən, ABŞ-nin Oklahoma və Florida ştatlarında danışılır.
Quz-Krik
Quz-Krik — ABŞ-nin Cənubi Karolina ştatında şəhər. 2010-cu ilin statistikasına əsasən şəhərin əhalisi 35938 nəfər idi. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi sahəsi 105,8 km2-dir. Ərazinin 103,8 km2 hissəsi quru, 2 km2 hissəsi isə sudur.
Smok-Krik
Smok-Krik (ing. Smoke Creek Desert) — ABŞ-nin şimal-qərbində Nevadadan 97 km şimalda qərarlaşır. Piramid gölünün şimalında yerləşir. Yaxınlığından kontinental dəmir yolu keçir.
Send-Krik qətliamı
Send-Krik Qətliamı — Polkovnik Con Çevinqtonun komandanlığı altında amerikalıların müntəzəm qoşunlarının və könüllülərinin Send-Krik çayı üzərindəki şayenlərin və arapaxoların düşərgəsinə hücumu. == Ümumi məlumat == 1858-ci ildə Kolorado dağlarında qızıl tapıldı(Payk Pik qızıl hərisliyi). Bu geniş hindu rezervasiyaları ərazisindən qızıl axtaranların axınının artmasına səbəb oldu. Qızıl axtaranların artması hindularla gələnlər arasında qarşıdurmalara gətirib çıxardı. Kolorado hakimiyyəti, federal dairələri rezervasiya ərazisinin azaldılması tələbi ilə müraciət etdi. 1861-ci ildə Qara Qazan və Ağ Antilop da daxil olmaqla altı şayen qəbilə başçısı və Sol Əldə olan dörd arapaho qəbilə başçısı Fort VizedəABŞ rəsmiləri ilə yeni bir müqavilə imzaladılar [3]. Bu müqavilə ilə hindular öz ərazilərinin əksərindən imtina etdilər. Müqavilə hindular üçün çox əlverişsiz idi. Çünki, müqavilə rezervasiya ərazisini 13 dəfədən çox azaldırdı. Ağların nəzarəti altında yaşamayacaqlarını deyən şayenlərin Hərbi-köpəkləri müqaviləni tanımaqdan imtina etdilər.
Sent-Krik qətliamı
Send-Krik Qətliamı — Polkovnik Con Çevinqtonun komandanlığı altında amerikalıların müntəzəm qoşunlarının və könüllülərinin Send-Krik çayı üzərindəki şayenlərin və arapaxoların düşərgəsinə hücumu. == Ümumi məlumat == 1858-ci ildə Kolorado dağlarında qızıl tapıldı(Payk Pik qızıl hərisliyi). Bu geniş hindu rezervasiyaları ərazisindən qızıl axtaranların axınının artmasına səbəb oldu. Qızıl axtaranların artması hindularla gələnlər arasında qarşıdurmalara gətirib çıxardı. Kolorado hakimiyyəti, federal dairələri rezervasiya ərazisinin azaldılması tələbi ilə müraciət etdi. 1861-ci ildə Qara Qazan və Ağ Antilop da daxil olmaqla altı şayen qəbilə başçısı və Sol Əldə olan dörd arapaho qəbilə başçısı Fort VizedəABŞ rəsmiləri ilə yeni bir müqavilə imzaladılar [3]. Bu müqavilə ilə hindular öz ərazilərinin əksərindən imtina etdilər. Müqavilə hindular üçün çox əlverişsiz idi. Çünki, müqavilə rezervasiya ərazisini 13 dəfədən çox azaldırdı. Ağların nəzarəti altında yaşamayacaqlarını deyən şayenlərin Hərbi-köpəkləri müqaviləni tanımaqdan imtina etdilər.
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. == Coğrafiyası və iqlimi == Kənd Samurçayın sahilində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.
Kolik
Kolik (yun. κωλικη (νόσος) — "bağırsaq sancıları/ağrıları", lat. cōlicus) — bir-birinin ardınca sancı şəkilli kəskin ağrılar. Qarın boşluğu üzvlərinə müvafiq öd kisəsi daş(lar)ının öd axacaqlarını tutması nəticəsində meydana çıxan qaraciyər və pankreas, böyrək daş(lar)ının sidik axarlarını tutması nəticəsində meydana çıxan böyrək, bağırsaq keçməzliyi nəticəsində meydana çıxan bağırsaq sancıları ya kolikləri mövcuddur.
Komik
Komediyaçı — insanları mimika, hərəkətlərlə və danışıqla güldürən şəxslərdir. O bunu müxtəlif zarafatlarla, komik hallar və "axmaqlıqlarla" əldə edir. Buna oxşar olan yumorist anlayışı da mövcuddur. İkincisi daha çox ədəbiyyat janrına və yumoristik esselərə aid eidlir. Komediyaçı isə bundan fərqli olaraq kino janrına, filmlərə, televiziyaya və dramaturgiyaya aiddir.
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Lerik
Lerik — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati mərkəzi. == Tarixi == Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. == Coğrafiyası və iqlimi == === Relyefi === Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir.
Lirik
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq lirik də deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Mirik
Mirik — Azərbaycan Respublikasının Laçın rayonu Mirik kənd inzibati ərazi dairəsində kənd. 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyanatının 6-cı bəndinə əsasən 1 dekabr 2020-ci ildə işğaldan azad edilmişdir. == Tarixi == Mirik kəndi Qarabağ yaylasındadır. Kənd qədim Mirik qalasının yanında yerləşdiyi üçün həmin qalanın adını daşıyır. Keçmiş adı Mirik Hasanalı olmuşdur. Yaşayış məntəqəsini təqribən XVIII əsrin axırları XIX əsrin əvvəllərində Dərələyəz mahalından gəlmə Hasanalı tayfasına mənsub ailələr salıb. Ehtimal olunur ki, mirik sözü türk dillərindəki marak/maraq sözündən olub, “muşahidə məntəqəsi” mənasındadır. Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklon xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır.
Ofris
Ofris (lat. Ophrys) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində, ümumiyyətlə Qafqaz və Zaqafqaziya ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir. Bu bitkinin Azərbaycanda bitən bütün növləri Xarıbülbül adı ilə tanınır və latınca "ophrys caucasica" və ya "ophrys" mammosa adlanır. Ophrys — yunan mənşəli sözdür, mənası "qaş" deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən aşağı "baxmağını" eyham ediblər. Səhləb fəsiləsinin bir çox nümayəndələri kimi ofrislər də kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lüzum olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur – onlar məhv olur. Ofrislərin tozlanması zarqanadlı cücülərin (eşşəkarısı və başqaları) köməyi ilə baş verir və onların çiçəkləri həmin cücülərin formasını və görünüşünü təkrarlayaraq, onları özünə cəlb edir.
Ohrid
Oxrid (mak. Охрид, translit. Oxrid, alb. Ohri/Ohër, yun. Αχρίδα, translit. Axrida) — Şimali Makedoniya Respublikasının Oxrid bələdiyyəsində şəhər. Bu şəhər Oxrid gölü sahilindəki ən böyük şəhər olmaqla yanaşı, 2002-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 42.000-dən çox nəfər yaşayır. Bu isə Oxridi ölkəni səkkizinci ən böyük şəhəri edir. Oxrid ilin hər bir gününə bir kilsənin olduğu yer kimi məşhur olub və "Balkanların Qüdsü" kimi adlandırılıb. Şəhər mənzərəli evləri və abidələri ilə zəngin olduğuna görə turizm şəhərdə üstünlük təşkil edir.
Oksid
Oksid — Biri oksigen olmaqla iki elementdən ibarət olan mürəkkəb maddələrə oksidlər deyilir. Oksidlərdə oksigenin oksidləşmə dərəcəsi "–2" olur. Yalnız Fe3O4 dəmirin qarışıq oksidində 8/3 valentlik göstərir ancaq başqa element atomları ilə birləşərkən. Məsələn: Na — O – Na. Oksigen atomlarının öz aralarında rabitə yaratdığı iki elementli mürəkkəb maddələr peroksidlər adlanır. Peroksidlərdə oksigenin oksidləşmə dərəcəsi "-1" olur. Məsələn: Na — O — O — Na — natrium peroksid; H — O — O — H — hidrogen peroksid. NaO2, KO2 superoksidləri və OF2 — birləşməsi oksid deyil. Hazırda He, Ne və Ar-dan başqa bütün elementlərin Oksigenli birləşmələri alınmışdır. Kimyəvi xassələrinə görə oksidlər duzəmələgətirməyən və duzəmələgətirən oksidlərə bölünür.
Oxrid
Oxrid (mak. Охрид, translit. Oxrid, alb. Ohri/Ohër, yun. Αχρίδα, translit. Axrida) — Şimali Makedoniya Respublikasının Oxrid bələdiyyəsində şəhər. Bu şəhər Oxrid gölü sahilindəki ən böyük şəhər olmaqla yanaşı, 2002-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 42.000-dən çox nəfər yaşayır. Bu isə Oxridi ölkəni səkkizinci ən böyük şəhəri edir. Oxrid ilin hər bir gününə bir kilsənin olduğu yer kimi məşhur olub və "Balkanların Qüdsü" kimi adlandırılıb. Şəhər mənzərəli evləri və abidələri ilə zəngin olduğuna görə turizm şəhərdə üstünlük təşkil edir.
Parik
Parik (fr. perruque) — parçaya tikilmiş süni taxma saç == Haqqında == Pariklərdən teatr incəsənətində və şou-biznesdə geniş istifadə olunur. == Tarixi == Dəb tarixində parik sivilizasiyanın gəlişi ilə praktik olaraq yaranır. Qədim şərq dövlətlərində onun istifadəsi haqqında Qədim Misir, Assiriya, Babilistan, Səhnədə səs effektləri yaradan işçi, Akkad və s. O, hakimiyyətin atributu idi. Pariklərin birinci məlum təsvirləri Qədim Misirin sülaləsinin III (3-cü) əsrin sonuna aiddir. Təxminən 2600-cü ilə qədər. Qədim Misirdə pariklər təmiz qırxılmış başlarda olurdu. Pariklərin istehsalı üçün xurma palmasının lif ilə cildlənmiş insan saçları istifadə olunurdu.
Rürik
Rürik (rus. Рюрик; 830 – təq. 879, Veliki Novqorod) — salnamələrə əsasən Rusun banisi. Varyaq, Novqorod knyazı. Knyaz gələcəydə isə çar olan Rüriklər sülaləsinin qurucusu. Rürikin milliyəti sual altındadır. Rürikın çox vaxt Danimarkalı Konunq Rörikla eyni adam olduğnu bildirirlər. Digər versiyaya görə Rürik slavyan əsilli addır və qartal deməkdir. == İstinadlar == == Xarici keçidlər == A.Çernov Rürik haqqında Kirpiçnikov: İlk skandinav yazıları. 1997.
Sirik
Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur. == Tarixi == 18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.
Çərik
Xüsusi təlim görmüş oxçu qvardiyasıdır. Sözün türk dillərində müxtəlif variantları mövcuddur. Bu söz “ordu”, “yürüş” “bahadırın yoldaşları”, “igid” anlamında işlənir. Xanın xüsusi qvardiyasına da çerik deyilmişdir. Osmanlılar yeni üsul ilə hazırladıqları korpusu “yeniçəri” adlandırmışlar. Azərbaycan dövlətçiliyinin ordu terminologiyasında bu söz “könüllü əsgər” korpusunu ifadə etmişdir. Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərində Rus-İran müharibəsi zamanı qızılbaş ordusunun könüllü əsgərləri çəri, xüsusi piyada şah qvardiyası isə canbaz adlanır. Ruspərəst erməni tarixçisi, 1804-cü il İrəvan ətrafındakı döyüşü təsvir edərkən qeyri-ixtiyari bu sözləri yazır: “Qızılbaşlar atlarını çaparaq, döyüş meydanına, rus əsgərlərinin içərisinə girdilər. Rusların bir çoxunun başlarını qılıncla vurub, yenə meydandan salamat çıxırdılar.” == Mənbə == Ə.Əsgər, M. Qıpçaq. Türk savaş sənəti, B., 1997.
Şurik
Şurik (Xoy)
Əsrik
Əsrik nahiyəsi
Əyrik
Əyrik — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Qarabağ silsiləsinin yamacındadır. Əyrik, Əkərək, Aqaraq, Akarak variantlarında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, oykonim mənşəcə şumer dilinə aid olan aqar/akar (əkin yeri, əkilən sahə) sözü ilə bağlı olub, "sahibkar mülkü", "sahibkar təsənüfatı" mənasındadır. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Optik
Optika (q.yun. ὀπτική "görünənlər haqında elm") — işığın yaranma mexanizmini, təbiətini, onun yayılma və maddə ilə qarşılıqlı təsir qanunlarını öyrənən fizika bölməsi. İşıq dedikdə dalğa uzunluğu 0,01÷105 nm aralığında yerləşən elektromaqnit dalğaları başa düşülür. Dalğa uzunluqları 400÷760 nm intervalında yerləşən elektromaqnit dalğaları gözə görmə təsiri göstərir və bu səbəbdən görünən işıq adlanır. Optikanı şərti olaraq aşağıdakı bölmələrə ayırmaq olar: Həndəsi optika Dalğa optikası Molekulyar optika Kvant optikası Bir çox hallarda optikanın həndəsi optikadan başqa qalan bölmələrini birlikdə fiziki optika adlandırırlar. Optika elmi astronomiya, müxtəlif mühəndislik sahələri, fotoqrafiya və tibb (oftalmologiya və xüsusən də fizioloji optika adlanan optometriya) daxil olmaqla bir çox fənlərlə əlaqəli şəkildə öyrənilir. Optikanın praktiki tətbiqləri müxtəlif texnologiyalarda və gündəlik əşyalarda, o cümlədən güzgülər, linzalar, teleskoplar, mikroskoplar, lazerlər və lifli optikada mövcuddur. == Klassik optika == Klassik optika iki əsas budağa ayrılır: həndəsi optika və dalğa optikası. Həndəsi optikada işığa şüa kimi, dalğa optikasında isə elektromaqnit dalğası kimi baxılır. Şüa dedikdə işıq enerjisinin yayılma istiqamətini müəyyən edən xətt başa düşülür.