Oksid — Biri oksigen olmaqla iki elementdən ibarət olan mürəkkəb maddələrə oksidlər deyilir. Oksidlərdə oksigenin oksidləşmə dərəcəsi "–2" olur. Yalnız Fe3O4 dəmirin qarışıq oksidində 8/3 valentlik göstərir ancaq başqa element atomları ilə birləşərkən. Məsələn: Na — O – Na. Oksigen atomlarının öz aralarında rabitə yaratdığı iki elementli mürəkkəb maddələr peroksidlər adlanır. Peroksidlərdə oksigenin oksidləşmə dərəcəsi "-1" olur. Məsələn: Na — O — O — Na — natrium peroksid; H — O — O — H — hidrogen peroksid. NaO2, KO2 superoksidləri və OF2 — birləşməsi oksid deyil. Hazırda He, Ne və Ar-dan başqa bütün elementlərin Oksigenli birləşmələri alınmışdır.
Kimyəvi xassələrinə görə oksidlər duzəmələgətirməyən və duzəmələgətirən oksidlərə bölünür. Turşularla və ya əsaslarla adi şəraitdə qarşılıqlı təsirdə olmayan oksidlərə duzəmələgətirməyən oksidlər deyilir. Bu cür oksidlərə N2O, NO, CO, SiO və s. misal ola bilər. Duzəmələgətirməyən oksidlərə indeferent oksidlər də deyilir. Turşular və ya əsaslarla qarşılıqlı təsirdə olub, duz və su əmələ gətirən oksidlərə duz əmələgətirən oksidlər deyilir. Duzəmələgətirən oksidlər əsasi, turşu, amfoter və qarışıq oksidlərə bölünür. Hidratları əsaslara uyğun gələn və ya turşularla reaksiyaya daxil olaraq duz və su əmələ gətirən oksidlərə əsasi oksidlər deyilir: Li2O, Na2O, MgO, CaO, NiO, CuO və s. Hidratları turşulara uyğun gələn və ya əsaslarla reaksiyaya daxil olaraq duz və su əmələ gətirən oksidlərə turşu oksidləri və ya turşu anhidridləri deyilir: CO2, NO2, P2O3, P2O5, C2O7, Mn2O7 və s. Həm turşu oksidi, həm də əsasi oksid xassələri göstərən oksidlərə amfoter oksidlər deyilir. Onlara bəzi metalların əmələ gətirdikləri oksidlər aiddir: BeO, ZnO, SnO, Cr2O3, Al2O3, Fe2O3, SnO2 və s. Əgər metal bir neçə oksid əmələ gətirirsə, onun oksidləşmə dərəcəsi artdıqca oksidlərinin əsasi xassələri azalır; turşu xassələri artır. Məsələn, CrO, FeO, MnO — əsasi, Cr2O3 — amfoter, CrO3 — turşu oksididir.
Oksidlər 2 yolla adlandırılır:
1. Tarixi (Trivial):
CO2 — Karbon Qazı
CO — Dəm Qazı
N2O — Şənləndirici Qaz
SiO2 — Qum və s.
2. Beynəlxalq adlandırma:
2.1 — Dəyişkən valentli metal oksidlərini adlandırmaq üçün birinci metalın adı daha sonra valenti (rum rəqəmi ilə) mötərizədə qeyd olunur və oksid sözü yazılır. Məsələn:
Cr2O3 — Xrom (III) Oksid
Sabit valentli metal oksidlərini adlandırmaq üçün birinci metalın adı və oksid sözü yazılır. Məsələn:
ZnO — Sink Oksid
2.2 — Qeyri-metal oksidləri əvvəllər dəyişkən valentli metal oksidlərinin adlandırılması kimi adlandırılırdı. Məsələn:
CO2 — Karbon (IV) Oksid
Hal-hazırda qeyri-metal oksidlərinin adlandırılması üçün yunan ədədlərindən istifadə edilir:
1 — mono | 2 — di | 3 — tri | 4 — tetra | 5 — penta | 6 — heksa | 7 — hepta | 8 — okta | 9 — nona | 10 — deka
Birinci qeyri-metalın sayı (tək olduqda yazılmır), sonra qeyri-metalın adı, oksigenin sayı və oksid sözü deyilir. Məsələn:
CO — Karbon Monooksid
N2O5 — Diazot Pentaoksid
Oksidləri əsasən üç üsulla alırlar:
1. Bəsit maddələrin (xlor, brom, yod istisnadır) bilavasitə oksigenlə qarşılıqlı təsirindən.
2. Mürəkkəb maddələrin yandırılması və oksigenlə qarşılıqlı təsirindən.
CaCO3→ CaO + CO2
MgCO3→MgO+ CO2
Fe2(SO4)3→ Fe2O3 + 3SO3
(CuOH)2CO3→2CuO + CO2 + H2O
NH4NO3→ N2O + 2H2O
b) Turşuların parçalanması:
c) Əsasların parçalanması:
Oksidləri digər yollarla da almaq olar.
4. Oksidləri parçalamaqla:
4CrO3→ 2Cr2O3 + 3O2
2N2O5→4NO2 + O2
2SO3→2SO2 + O2
5. Oksidləri oksidləşdirməklə və reduksiya etməklə:
2SO2 + O2→2SO3
2CO + O2→2CO2
2NO + O2→2NO2
CO2 + C→2CO
6. Bir oksidin digərini duzlardan sıxışdırıb çıxarması ilə:
Na2CO3 + SiO2→Na2SiO3 + CO2
Ca3(PO4)3 + 3SiO2→3CaSiO3 + P2O5
K2CO3 + SiO2→K2SiO3 + CO2
7. Oksidləşdirici turşuların metallar və qeyri-metallarla qarşılıqlı təsirindən
Adi şəraitdə oksidlər qaz (CO2, NO, SO2), maye (SO3) və bərk (bütün əsasi, amfoter oksidlər və bəzi turşu oksidləri — P2O5, SiO2) maddələrdir.
Oksidlər müxtəlif rənglərdə olur: CuO — qara, Cu2O — qırmızı, CaO — ağ, HgO — sarı, Cr2O7 — yaşıl və s.
Amfoter oksidlər bir qayda olaraq suda həll olmur.
1. Əsasi oksidlər turşularla qarşılıqlı təsirdə olub duz və su əmələ gətirirlər:
CuO + H2SO4 → CuSO4 + H2O
2. Aktiv metalların (qələvi və qələvi-torpaq metalları) oksidləri adi şəraitdə su ilə qarşılıqlı təsirdə olub qələvi əmələ gətirir:
Na2O + H2O → 2NaOH
3. Turşu oksidləri qələvilərlə qarşılıqlı təsirdə olub duz və su əmələ gətirir:
SO3 + 2KOH → K2SO4 + H2O
4. Turşu oksidlərinin çoxu su ilə qarşılıqlı təsirdə olub turşu əmələ gətirir:
SO3 + H2O → H2SO4
5. Az uçucu turşu oksidləri çox uçucu turşu oksidlərini onların duzlarından sıxışdırıb çıxarır:
CaCO3 + SiO2 →CaSiO3 + CO2
6. Turşu və əsasi oksidlərin ümumi xassəsi onların bir-biri ilə qarşılıqlı təsirdə olub du əmələ gətirməsidir:
CaO + CO2 → CaCO3
7. Amfoter oksidlər su ilə bilavasitə birləşmir, lakin həm turşu, həm də qələvilərlə qarşılıqlı təsirdə olur:
Al2O3 + 6HCl → 2AlCl3 + 3H2O
Al2O3 + 2NaOH + 3H2O → 2Na[Al(OH)4]
8. Bəzi oksidlər qızdırıldıqda asanlıqla parçalanır:
2HgO → 2Hg + O2; 2SO3 → 2SO2 + O2
9. Oksidlər reduksiyaedicilərlə qarşılıqlı təsirdə olurlar:
SiO2 + 2Mg → Si + 2MgO; CO2 + C → 2CO
10. Bəzi turşu oksidləri müəyyən turşularla qarşılıqlı təsirdə olurlar:
SO2 + 2HNO2 → H2SO2 + 2NO2
11. Bəzi oksidlər oksigenlə qarşılıqlı təsirdə olur:
2SO2 + O2 → 2SO3; 2NO + O2 → 2NO2