Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Osun-Osoqbo
Osun-Osoqbo və ya Osun-Osoqbo müqəddəs meşəsi — Nigeriyanın Osun ştatında, Osoqbo şəhərindən kənarda, Osun çayının sahilində yerləşən müqəddəs bir meşədir. Osun-Osoqbo geniş şəhərləşmədən əvvəl əksər Yoruba şəhərlərinə qonşu olan müqəddəs meşələrin sonuncusudur. Qlobal əhəmiyyətini və mədəni dəyərini nəzərə alaraq, UNESCO 2005-ci ildə Osun-Osoqbonu Ümumdünya irsi siyahısına daxil etmişdir. 1950-ci illərdə Osun-Osoqbonun darmadağın edildiyi görüldü: ziyarətgahlara laqeyd yanaşılmış, xüsusi vəzifələr və sanksiyalar zəiflədiyi üçün keşişlər bağçanı tərk etmişdilər. Balıqçılıq, ovçuluq və bağda ağacların kəsilməsi kimi qadağan edilən fəaliyyətlər avstriyalı Suzanna Vanqerin gələrək ərazidə davam edən təhqirləri dayandırmasına qədər dəvam etdi. Yerli xalqın dəstəyi ilə Venqer, torpaq möhtəkirlərinə meydan oxumaq, brakonyerləri dəf etmək, ziyarətgahları qorumaq və müqəddəs məkanı yenidən Osoqbonun "müqəddəs ürəyi" olaraq bərpa etmək üçün uzun müddət davam edən "Yeni Müqəddəs İncəsənət" hərəkatını qurdu. == Osun-Osoqbo festivalı == Hər il avqust ayında meşədə Osun-Osoqbo festivalı qeyd olunur. Festival hər il minlərlə Osun ibadətçilərini, izləyiciləri və həyatın bütün sahələrindən turistləri cəlb edir. Osoqbo əhalisi üçün avqust, bayramlar, şəhərin ənənəvi təmizlənməsi və insanların əcdadları və Osoqbo Krallığının qurucuları ilə yenidən görüşməsinin ayıdır. Osun-Osoqbo festivalının 700 ildən çox bir tarixə sahib olduğu güman edilir.
Sono Osato
Sono Osato (大里 ソノ, Osato Sono, 29 avqust 1919, Omaha, Nebraska – 26 dekabr 2018, Manhetten, Nyu-York ştatı) – yaponəsilli ABŞ rəqqasəsi və aktrisası. O, Orijinal Rus Baleti və Amerika Balet Teatrında çıxış etmişdir. İkinci Dünya müharibəsi dövründə səhnəyə qoyulmuş "Veneranın bir toxunuşu" və "Şəhərdə" müzikllarındakı çıxışlarına görə tanınır. == Həyatı və karyerası == Sono Osato 29 avqust 1919-cu ildə Nebraska ştatının Omaha şəhərində doğulmuşdur. Yapon olan atası fotoqraf idi. Kiçik yaşda ailəsi ilə birlikdə Çikaqo şəhərinə köçmüşdür. 8 yaşında ikən anası onu Sergey Dyagilevin ansamblının Monte-Karloda baş tutmuş "Kleopatra" performasına tamaşa etməyə aparmışdır. Bu hadisədən sonra Osatonun baletə qarşı böyük marağı yaranmış və Çikaqoya qayıtdıqdan sonra balet dərslərinə başlamışdır. 1934-cü ildə Vasili de Bazilin Orijinal Rus Baletinə seçilmişdir. O, ansambla seçilən ən gənc rəqqasə olmaqla yanaşı ansamblın ilk yaponəsilli üzvü olmuşdur.
Bonobo
Bonobo (lat. Pan paniscus) — nəsli kəsilməkdə olan Pan cinsini təşkil edən iki növ meymundan biri. Cırtdan şimpanze adı ilə də bilinir. Pan cinsinin digər növü adi şimpanzedən (Pan troglodytes) boy və çəkidə balaca olur. Çəkisi 43 kq (erkəkdə) — 33 kq (dişidə) aralığında olur. Bonobo Belçikada, Tervuren muzeyində tapılan və şimpanzeyə aid olduğu düşünülən kəllə sümüyü üzərində ABŞ anatomisti Harold Kulic tərəfindən 1928-ci ildə kəşf edilmişdir. Ancaq onları qruplara bölən və elmi sənəd formasında təqdim edən alman Ernst Şvars olub. Bonobolar əsasən Konqo Respublikası ərazində 500.000 km2 ərazidə yayılıblar. Sayları 10 000-ə yaxındır. == Sosial davranışları == Bonobo meymunlarında adi şimpanzenin davranışının xüsusiyyətləri yoxdur.
Kosovo
Kosova (alb. Kosova), Kosovo (serb. Косово) və ya rəsmi adı ilə Kosova Respublikası (alb. Republika e Kosovës, serb. Република Косово) — Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisəli dövlət. Kosovo Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal və şərqdə Serbiya, cənub-şərqdə Şimali Makedoniya, cənub-qərbdə Albaniya, qərbdə isə Monteneqro ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Priştina şəhəri, ümumi sahəsi 10,887 kvadrat kilometrdir. Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır.
Oromo
Oromolar (amhar dilindən tərcümədə "Oromo" – "torpaq axtaran avaralar") — Efiopiya və Keniyada yaşayan xalq. Sayı təxminən 25 milyon nəfərdir. == Ədəbiyyat == Гемечу К. М. Традиционная культура Оромо: генезис и эволюция. Монография / Гемечу Кедир Мохаммед; Моск. гос. ун-т культуры и искусств М.: Моск. гос. ун-т культуры и искусства, 2000. — 198 с. Кобищанов Ю. М. Оромо // Народы и религии мира / Гл.
Oseybo
Seybo (歳暮) və ya oseybo (御歳暮) — Yaponiyada ilin sonunda hədiyyə vermək adəti. "Seybo" sözünün mənası "ilin sonu" deməkdir. İlin sonunda verilən hədiyyə həmin il göstərilmiş yaxşılıqların qarşılığında təqdim olunan təşəkkürün bir ifadəsi hesab olunur. == Xüsusiyyətləri == Keçmişdə Yaponiyada əcdadların üzərinə sake, oniqiri, balıq kimi məhsullar qoyurdular və insanlar bu məhsulları ehtiyacı olanlarla paylayırdılar. Bu adət daha sonra seybo adətinə təkamül etmişdir. Seybo adətən sosial cəhətdən daha yuxarı mərtəbədə qərarlaşan evlilik vasitəçisi, ailə həkimi, ev sahibi kimi şəxslərə və ya ikebana, çay mərasimi kimi incəsənət sahələri ilə məşğul olan müəllimlərə təqdim olunur. Bu şəxslərə seybo ilə yanaşı ilin ortasında çuqen adlı hədiyyə də verilir. Sosial cəhətdən daha yuxarı mərtəbədə qərarlaşan şəxslər də başqalarına seybo təqdim edə bilərlər. Belə seybolar ailə və ya biznes əlaqələri münasibətilə verilən seybolar hesab olunur. Seybo kimi əsasən yemək və ya sabun, dəsmal kimi gündəlik həyatda istifadə olunan məhsullar verilir.
Osorno
Osorno — Çilidə şəhər. Əhalisi 145.475 nəfərdir (2002). Ərazi — 951 км², əhali sıxlığı — 153 nəfər/км² -dir.
Öksökö
İşoba
İşoba və ya Eyşabad — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehestanında yerləşən kənd. == Coğrafiyası == Mərənddən 20 kilometr aralı, Mişov dağlarının ətəyində geniş qoz və ərik bağları arasında, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir. Kəndin yaxınlığında İşoba şəlaləsi mövcüddür. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 339 nəfərdən və 103 ailədən ibarət idi. Milli tərkibi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Oçoko
Çoko (猪口) və ya bəzən çoku – sake fincanı növü. Sadə dizayna və kiçik ölçüyə malikdir. == Tarixi == Keçmişdə çoko sake içmək üçün yox, sirkə və sousları saxlamaq üçün istifadə olunan adi qab növü idi. Edo dövründə sake içmək üçün istifadə olunmağa başlamışdır. Belə ki, bu dövrdə sakedəki spirtin faizi artdığı üçün çoko gibi kiçikölçülü fincandan sake içmək daha uyğun idi. == Xüsusiyyətlər == Adətən çokunun içərisində iki göy halqa təsviri olur. Bu halqalar kikiçoko adlanır və sakeni dadarkən istifadə olunur. Halqaların rəngi standart olduğu üçün sakeni içən şəxs halqalara baxaraq sakenin saflığı və keyfiyyəti haqqında məlumat deyə bilər. Çokonun həcmi 20–90 millilitr olur. Adətən sake butulkası olan tokkuri ilə birlikdə istifadə olunur.
Opodo
Opodo İspan onlayn səyahət agentliyidir. Uçuşlar (müntəzəm, çarter və aşağı qiymətli), otellər, kruizlər, avtomobil icarəsi, paketlər və səyahət sığortası üçün sövdələşmələr təqdim edir. Bu, British Airways, Air France, Alitalia, Iberia, KLM, Lufthansa, Aer Lingus, Austrian Airlines və Finnair daxil olmaqla, Avropa aviaşirkətlərinin konsorsiumu tərəfindən təsis edilmiş ümumavropa müəssisəsidir. 2011-ci ilə qədər Amadeus Opodo-nun 99,4%-nə sahib idi. Bundan sonra şirkəti eDreams ODIGEO şirkəti aldı. Opodo mərkəzi ofisi Madriddə olan on dörd Avropa ölkəsində fəaliyyət göstərir. O, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Avstriya, Belçika, Polşa və İsveçrədə Opodo brendli saytları, eləcə də İsveç, Norveç, Danimarka və Finlandiyada Travellink brendli saytları idarə edir. O, həmçinin bir sıra digər Fransız səyahət saytlarını da idarə edir.
Oslo
Oslo (norv. Oslo, 1624-cü ildən 1925-ci ilədək Kristianiya adlanıb) — Norveçin paytaxtı və ən böyük şəhəridir. Əhalisinin sayı 658.390 (1.403.268) nəfərdir (2018). Bunun 26%-ni immiqrantlar təşkil edir. Şəhərin əsası təxminən 1040-cı ildə Kral Harald III tərəfindən qoyulmuşdur. == Maraqlı yerləri == Akerhus qala-qəsri Norveç Mədəniyyət Tarixi Muzeyi (Norsk Folkemuseum) Silahlı Qüvvələr muzeyi Şəhər Darvazası – Nobel sülh mükafatı burada verilir. Tarix muzeyi Müasir sənətlət muzeyi Holmenkollen xizək tramplini – 1952-ci il Qış Olimpiya oyunlarının və Holmenkollen xizək festivalının keçirildiyi idman arenası Holmenkollen Xizək Muzeyi Kon-Tiki muzeyi Münk muzeyi Akerselva çayı Milli qalereya Norveç Dəniz Muzeyi Fram muzeyi-Fram gəmisinin nümayiş etdirildiyi muzey Oslo Şəhər Muzeyi Kral sarayı Heni-Onstad İncəsənət Mərkəzi Oslo (böyük) Kilsəsi Norveş Elm və Texnologiyalar Muzeyi Storting-parlament binası Vigeland parkı Vikinq Gəmi muzeyi Tryvannstårnet-tele-qülləsi == İqlimi == Ümumilikdə mülayimdir, qış və yay aylarını müqayisə etdikdə havanın temperaturu kəskin fərqlənmir. Orta illik temperatur göstəricisi – +5.3 °C-dir. İyul ayı üçün orta temperatur – +16.6 °C, yanvar ayı üçün isı bu göstərici – -5.8 °C təşkil edir. Atmosfer yağıntılarının miqdarı kifayət qədər yüksəkdir.
Sabo
Sabo (fr. sabot) — əsasən taxtadan düzəldilən başmaq. Orta əsrlərdə Avropada kasıb və orta təbəqədən olan insanlar arasında geniş yayılmışdı. == Müasir sabolar == Müasir dövrdə sabo dedikdə yalnız taxtadan hazırlanmış ayaqqabı deyil, həmçinin arxa tərəfi açıq, dəridən və digər müasir materiallardan hazırlanmış başmaqlar da nəzərdə tutulur.
Soba
Soba - odun, qaz, yağ və kömür yandırmaqla nəzarətli istilik yaratmq üçün tətbiq olunan qurğudur. Sobalar tətbiq sahələrinədn asılı olaraq müxtəlif formalara malik olurlar. Buraya yemək hazırlamaq üçün istifadə olunan sadə sobalardan tutmuş, polad və digər metalların əridilməsi üçün tətbiq olunan domna sobaları daxildir. == Kömür sobaları == Uzun müddət kömür sobaları ən geniş yayılmış sənaye sobaları idilər. kömür sobalarına istənilən ölçüdə rsat gəlmək olurdu. Kömür oduna nisbətən daha yüksək temperaturda yanır. Buna görə də kömür sobalarının konstruksiyası daha istiyə davamlı olurdular. Odun sobalarından fərqli olaraq kömür sobalarını həm odun, həm də kömürlə işlətmk olur. Kömür sobaları torla təchiz olunurlar ki, bu da havanı aşağıdan verməyə şərait yaradır. Alovun altından verilən havanın miqdarı kömürün növündən asılıdır.
Sobu
Sobu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Əsasını Şamlı tayfaları qoymuşdur. Sobu kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsinin 1827-ci ildə Cənubi Azərbaycanın Sobu kəndindən köçüb gəlmiş ailələr salmişlar. Miqrant toponimdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Sobuçay == Zəngilan rayonu ərazisində çay. Xaçın çayının sağ qoludur. Ədəbiyyatlarda Sobudərə kimi da qeydə alınmışdir.
Soko
Stéphanie Sokolinski (26 oktyabr 1986) - "SOKO" ləqəbi ilə tanınan Fransız müğənni-bəstəkar, musiqiçi və aktrisadır. Rus-Polşa əsilli ata və Fransız-İtalyan əsilli anadan Fransanın Bordo şəhərində dünyaya gəlmişdir. Stéphanie Sokolinski adı çox uzun idi və beləcədə o daha tez yadda qalması üçün "Soko" ləqəbini uşaqlıqdan götürmüsdü. FİLMOQRAFİYA ▪L'escalier ( 2003) ▪P.J (2003) ▪Action Justice (2003) ▪Au secours, j'ai 30 ans ! (2004) ▪Ben et Thomas (2004) ▪Clara cet été là (2004) ▪Palais royal !
Şoco
Şoco (Shoujo (少女) və ya Shōjo ( Şooco)) - gənc qız və ya kiçik qız kimi tərcümə olan yapon söz. 12-dən 18 yaşına qədər qızlar üçün nəzərdə tutulan anime və manqa növü. Adətən sevgi hekayəsi olur, personajların obrazlarına da diqqət verilir. Xüsusiyyətləri: çizmə ya qroteskli-yumoristik, ya da incə-romantik olur ("Weiss Kreuz"). Janraltıları: maho-şoco - sehrbaz qızlar haqqında (məsələn, "Seylor Mun"). Hərdən qadın harem janrı olur ("Ouran High School Host Club"). == Yaponiyadakı şoco jurnalları == "Şoco" əsərlər şoco mövzulu olan jurnallarda və ya ayrıca çap olunurlar. Aşağıda köhnə və davam edən Yapon şoco manqa jurnallarının nəşriyyatçılarına görə ayrılmış siyahısı göstərilir. Bunlar fərqli təqvimlərdə verilir, ən məşhur olanlar 15 günlük (Margaret, Hana to Yume, Sho-Comi) və aylıq periodlardır (Ribon, Betsuma, Betsu Fure, Lala). === Şueişa === Ribon (りぼん) Ribon Original (リボンオリジナル) Cookie Margaret (マーガレット) Bessatsu Margaret (Betsuma) (別冊マーガレット) The Margaret (ザマーガレット) Deluxe Margaret (デラックスマーガレット) === Kodanşa === Nakayoshi (なかよし) Amie Shōjo Friend (少女フレンド) Bessatsu Friend (Betsu Fure) (別冊フレンド) Dessert (デザート) kiss Be Love === Şogakukan === Ciao (ちゃお) Çu Çu Shōjo Comic (Şo-Comi) (少女コミック) Bessatsu Shōjo Comic (Betsu Comi) Petit Comic (プチコミック) Cheese!
Şodo
Şodo (fr. chaudeau, chaudau, от fr. chaud eau — тёплая вода) Fransız desertidir. == Haqqında == Su vannasında yumurta sarılarından və yumurtanın ağının ağının şəkər tozu ilə şərabda çalınmasından hazırlanır.Fransız və İtaliyan toylarında daima təqdim olunur. Fransız gəlinləri öz bəyləri üçün bu şirniyyatı hazırlayırdılar. Onu bəzən qırmızı və çəhrayı şərabdan hazırlayırdılar.
Solo
Solo (it. solo - "bir") - bir nəfərin səsli və ya musiqi aləti ilə bütöv bir musiqi əsərini və ya onun aparıcı tematik hissəsinin ifa etməsi. Belə bir solo partiyanın ifaçısı solist adlanır. “Solo” anlayışı rəqs sənətinə də aiddir: məsələn, “baletdə solo”. Rok musiqisində "solo" termini mahnının əsas motivini inkişaf etdirən gitara körpüsü deməkdir. Çox vaxt solo mahnının ortasına və ya sonuna doğru daxil edilir. Hevi-metalda sololar uzun olur və bir-iki dəqiqədən beş və hətta altı dəqiqəyə qədər davam edə bilər (Deep Purple -ın " Child in Time" mahnısında olduğu kimi). Alternativ rokda tez-tez qısa sololara, bəzən yalnız bir neçə bar uzunluğuna rast gəlmək olar.
Ester Asebo
Ester Asebo (isp. Esther Acebo; 19 yanvar 1983, Madrid) — İspan aktrisa, aparıcı və müxbir. Aktrisa olaraq Los encantados (2016) və La casa de papel-də (2017) yer alaraq dünya üzrə məşhurluq qazandı. == Karyerası == 2017-ci ildə yayımlanmağa başlayan İspaniya istehsalı olan televiziya serialı "Pul soyğunu"nda rol almışdır.
Fujimi Shobo
Fujimi Shobo (富士見書房) və ya keçmiş adı ilə Fujimi Shobo Co., Ltd. (株式会社富士見書房, Kabushiki gaisha Fujimi Shobō) — Yaponiya nəşriyyatı və Kadokawa Corporation şirkətinin brend şirkəti. Manqa, ranobe, rol və kart oyunları nəşr edir. Nəşriyyat 1991-ci ildə Kadokawa Shoten nəşriyyatının filialı kimi fəaliyyətə başlamışdır. Fujimi Shobo 1 oktyabr 2013-cü ildə səkkiz şirkətlə birləşərək Kadokawa Corporation şirkətini əmələ gətirmiş və kabuşiki qayşa olmağı dayandırmışdır.
Gerson Omubo
Hosono Masabumi
Hosono Masabumi (yaponcaː 細野 正文; 15 oktyabr 1870, Niiqata prefekturası – 14 mart 1939, Yaponiya) — "Titanik" gəmisi batarkən xilas olan və gəmidə batanlarla qalmadığı üçün öz ölkəsində ostrakizmə (yunan sözü olub geniş mənada "ictimai qınaq", "təmizlənmək" mənasındadır) və ya murahaçibuya (村八分) məruz qalan yaponiyalı. == Haqqında == Hosono Masabumi 15 oktyabr 1870-ci il tarixində Yaponiyada anadan olub. Yaponiyanın nəqliyyat nazirliyində işləyən 41 yaşlı dövlət qulluqçusu Hosono 1910-cu ildə Rusiya İmperiyasına, buradakı yerli dövlət dəmiryolu nəqliyyatı sistemi ilə tanış olmaq üçün ezamiyyətə göndərilir. Hosono Yaponiyaya Avropa və Amerikadan qayıtmalı olur. Bir müddət o, Londonda qalır. 1912-ci il aprelin 10-da Hosono Southamptonda [saʊθˈ(h)æmptən] (Həmpşir, İngiltərə) 2-ci sinif bileti ilə "Titanik" gəmisinə minir. Aprelin 14-dən 15-nə keçən gecə, gəminin bort nəzarətçisi onu oyadaraq təxliyə xəbərini çatdırır. Olduğu yerdən, yəni ikinci sinif otağından artıq suya buraxılan xilasedici qayıqlara minmək üçün Hosono çata bilməyəcəkdi. Ona görə də nəzarətçi ona üçüncü sinif sərnişinləri üçün nəzərdə tutulan göyərtəyə getməyi təklif edir. Hələ xilasedici qayıqlara ancaq qadınlar və uşaqların minə bildiyi dramatik vəziyyətdə Hosono 10-cu (bəzi mənbələrə görə 13-cü) qayığa minə bilir.
Kosovo dairəsi
Kosovo dairəsi (serb. Косовски округ) — Serbiyanın cənubunda, Kosovo və Metohiya muxtar vilayətində yerləşən bölgə (faktiki olaraq qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti tərəfindən idarə olunur). Rayonun mərkəzi Priştina şəhəridir. == İcmaları == == Əhalisi == Dairə ərazisində 672,3 min nəfər yaşayır.
Kosovo gerbi
Kosovo gerbi — Kosovonın Dövlət gerbi.