Öksökö

Öksökö – türk mifologiyasında iki-başlı qartal. Mis dırnaklıdır. Sağ qanadı ilə Günəşi, sol qanadı ilə Ayı örtər. Həyat Ağacının təpəsində yaşar. Tanrı Ülgənin simvoludur. Göydən ildırımlar endirir. Qızıl (rəngli) qanadları vardır. Pəncələriylə Ay və Günəşi tutar. Göyün qapısını gözləyər. Gecə və gündüzü, ağ və qurunu, işıqlı və qaranlığı (Yaruk və Qaruk), kainatdakı cütlü zıtlığı işarələr. İki qartal Yer və Göyün ortasında kainatın dönüşünə uyub bir-birlərinin ətrafında dönməyə başlayıblar və sonra da bir-birləriylə qaynayıb-qarışıb tək varlıq olmuşlar. Tanrının güclü bir gözətçisidir.

İkibaşlı qartal dünya mifologiyasında[redaktə | mənbəni redaktə et]

İkibaşlı qartal Səlcuq dövlətinin bayrağında və gerblərində iştirak etmişdir. İndiki vaxtda Albaniya bayrağında da bu simvol vardır. Ölümsüzlük suyunu içdiyi deyilər. Fars Simurq (Kuş) sözünün Simrük olaraq dəyişərək cütmənalı istifadə edildiyi də görülər. Cüt başlı qartal motivini, qədim dövrlərdə şumerler və xititlərdə rast gəlinir. Şumerlərdə Laqaş şəhərinin simvolu cüt başlı qartaldır. Onlardan Akkadlara, Assurlara, SasanilərBizanslara keçər. Eyni zamanda xititlərdə, Böyük krallıq dövründə Xattusa, Alacahöyük və Yazılıkayadakı relyeflərdə, yenə cüt başlı qartal görülər. Anadoluda vəziyyət belə ikən Orta Asiyada şamanizmə görə yer ilə göyün arasındakı polad qapını qartal qoruyur. İnsanlara səma və yer üzü səfərlərində müşayiət edən varlıqlar, quş şəklindədir. Qartal quşlar arasında, ululuq və yüksəklik timsalidir. Buna görə türklər qılınc qınlarında, cüt başlı qartal fiquru istifadə edirdilər. İndiki vaxtda Türk Polis təşkilatının gerbində iştirak edər.

Dövlət quşu[redaktə | mənbəni redaktə et]

Osmanlı tarixində bilinən "Hümayun" termininin, "Umay (Humay) adıyla əlaqədar olduğu düşünülər. Hakimiyyətin göylərdən gəldiyinə, Tanrı vergisi oluğuna dair köhnə mifoloji inancın izləri, xalq arasında "Hüma" yəni dövlət quşuyla əlaqədar gəzən söz-söhbətlərə qorunmuşdur. Çox məşhur olan bir inanca görə də "Dövlət quşu" və ya "Şahlıq quşu" deyilən "Hüma quşu" nun kölgəsinin bir insanın başı üzərinə düşməsi, o insanın dünyada çox bəxtiyar biri olacağının, tac geyəcəyinin və hakimiyyətə sahib olacağının işarəsi sayılardı. Bu inanc Azərbaycan hekayə və əfsanələrində, "Dövlət quşu" nun uçurulması və çiyininə oturduğu insanın padşah seçileceği şəklində yaşayır. Onun bəxtiyarlıq və xoşbəxtlik simvolüne çevrilməsi isə bənzər bir hadisədir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

Ök "Ana, Yaradıcı" ve Sökö "sökən" və ya Suk / Sök "Sümük, Soy". Monqol Ögsöh sözü dırmaşmaq və yüksəyə çıxmaq mənaları daşıyır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]