Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
François Kamano
Fransua Kamano (1 may 1996 və ya 2 may 1996, Konakri) — Liqa 1 təmsilçilərindən olan Bordo FK klubunda hücumçu kimi çıxış edən peşəkar Qvineya futbolçusudur. == Klub karyerası == === Bastiya === Kamano öz peşəkar karyerasında debütünü Bastiya klubu ilə Liqa 1-də 9 avqust 2014-cü ildə Olimpik Marsel FK klubuna qarşı oyunda etmişdir. Kamano sona 8 dəqiqə qalmış Kristofer Mabulunu əvəz etmişdir. Həmin görüşdə Bastiya liqa görüşündə Marsel ilə 3-3 bərabərə qalmışdır. Kamano ilk qolunu 20 dekabr 2014-cü ildə Kann FK klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Bastiya Kann ilə 1-1 bərabərə qalmışdır. === Bordo === 2016-ci ilin iyul ayında Kamano AİK, Vilyarreal FK, Renn FK və Genqam klublarından maraqlı təkliflər almasına baxmayaraq, Bordo FK klubu ilə dörd illik müqavilə imzalamışdır. Kamano €2.5 milyon qarşılığında Bordo klubuna transfer olunmuşdur. == Karyera statistikası == === Klub === 11 Mart 2017 tarixində yenilənib === Milli komanda === 10 İyun 2017 tarixində yenilənib ==== Milli komanda qolları ==== 1 Sentyabr 2016-cı il məlumatlarına əsasən. Nəticələr və qollar Qvineya hesablamasının birinci siyahısındadır.
Takayoşi Yamano
Takayoşi Yamano (d. 5 aprel 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Yamato Yamamoto
Yamato Yamamoto (山本 ヤマト, Yamamoto Yamato, d. 1 mart 1983) – Yaponiya manqakası. Kentaro Katayamanun "Kure-nai" ranobe seriyası və əlaqəli manqaları üçün çəkdiyi illüstrasiyalara görə tanınır. Bundan əlavə, "Seraph of the End" manqa seriyasının illüstratorudur.
Yamato monoqatari
Yamato monoqatari (yaponca 大和物語) — 951-ci ilə aid yapon ədəbiyyatının nümunəsi. == Haqqında == «Yamato-monoqatari»nin adı da Yamato adlı bir əyalətin adı ilə bağlıdır. Bu almanaxda da bir sıra hekayələr yığılıb. Bu abidədə baş qəhrəmanlar saray cəngavərləri və saray xanımlarıdır. «Yamato-monoqatari»də şeirlərin qarşılıqlı əlaqəsi bir qədər başqa cürdür və bu şeirlər müəyyən aspektlərdə hekayələr əlaqələndirilir, əslində isə burada da həmin şeirlər müstəqildirlər. «Yamato-monoqatari» 951-ci ildə toplanıb, yazıya alınmışdır. Onun müəllifi məlum deyil. Bəzi mənbələrə görə əsərin müəllifi Arivara-no Şiqe xanımdır. Bəzi alimlər isə belə güman edirlər ki, bu əsəri İse-no va yazıb. Bu abidəni yapon dilindən rus dilinə A.M.Yermakova tərcümə etmiş, onu geniş filoloji təhlilə cəlb etmiş və ona geniş əhatəli şərh yazmışdır.
Yamato nadeşiko
Yamato nadeşiko (大和撫子) – ideal yapon qadınını və ya saf qadın gözəlliyini tərənnüm etmək üçün istifadə olunan termin. Termin floral termin olub, Yaponiyanın qədim adı olan Yamato ilə incə, çəhrayı çiçək tacı olan parlaq qərənfilin yaponca adının birləşməsindən əmələ gəlmişdir. Gülün kanci mənası "qucaqlanan uşaq" deməkdir. Termin Yaponiyada qızları və ya utancaq gənc qadınları bildirmək üçün işlədilir. Müasir dövrdə qadınların getdikcə azalan yaxşı xüsusiyyətlərini bildirmək üçün də istifadə olunur. Yaponiyanın qadınlardan ibarət milli futbol komandasının ləqəbi "Yamato nadeşiko"dur.
Fransua Kamano
Fransua Kamano (1 may 1996 və ya 2 may 1996, Konakri) — Liqa 1 təmsilçilərindən olan Bordo FK klubunda hücumçu kimi çıxış edən peşəkar Qvineya futbolçusudur. == Klub karyerası == === Bastiya === Kamano öz peşəkar karyerasında debütünü Bastiya klubu ilə Liqa 1-də 9 avqust 2014-cü ildə Olimpik Marsel FK klubuna qarşı oyunda etmişdir. Kamano sona 8 dəqiqə qalmış Kristofer Mabulunu əvəz etmişdir. Həmin görüşdə Bastiya liqa görüşündə Marsel ilə 3-3 bərabərə qalmışdır. Kamano ilk qolunu 20 dekabr 2014-cü ildə Kann FK klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Bastiya Kann ilə 1-1 bərabərə qalmışdır. === Bordo === 2016-ci ilin iyul ayında Kamano AİK, Vilyarreal FK, Renn FK və Genqam klublarından maraqlı təkliflər almasına baxmayaraq, Bordo FK klubu ilə dörd illik müqavilə imzalamışdır. Kamano €2.5 milyon qarşılığında Bordo klubuna transfer olunmuşdur. == Karyera statistikası == === Klub === 11 Mart 2017 tarixində yenilənib === Milli komanda === 10 İyun 2017 tarixində yenilənib ==== Milli komanda qolları ==== 1 Sentyabr 2016-cı il məlumatlarına əsasən. Nəticələr və qollar Qvineya hesablamasının birinci siyahısındadır.
Akira Amano
Akira Amano (天野 明, Amano Akira, d. 1973) – "Reborn!" şonen manqa seriyasına görə tanınan qadın manqaka. "Reborn!" manqasının ilk versiyaları seynen manqası jurnallarında nəşr olunurdu. 2003-cü ilin sonunda manqanın qısa hekayəsi "Weekly Shōnen Jump" jurnalında nəşr olunmuşdur. Qısa hekayənin uğurundan sonra seriya 2004-cü ilin ortalarında jurnalda nəşr olunmağa başlamışdır. Manqa əsasında anime, 5 ranobe, video oyunlar istehsal olunmuşdur. Nikkei Entertainment ən uğurlu manqakalar siyahısında Akiranı 12-ci yerdə göstərmişdir. == İşləri == Shōnen Spin Neppuu Yakyuu Densetsu Picchan Petit Petit Rabbit (ぷちぷちラビィ, Puchi Puchi Rabii) (2000, Bessatsu Young Magazine və Young Magazine jurnallarında nəşr olunub) Monkey Business Bakuhatsu HAWK!! Reborn!
Cun Amano
Cun Amano (19 iyul 1991, Kanaqava prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Misaki Amano
Misaki Amano (d. 22 aprel 1985) — keçmiş Yaponiya qadın futbolçusu.
Yelena Amato
Yelena Amato (5 noyabr 1983) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Yelena Amato İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Alber Jan Amato
Alber Jan Amato (türk. Albert Jean Amateau; 20 aprel 1889, Milas[d], Muğla ili – 9 fevral 1996, Santa-Roza, Kaliforniya) — əslən Türkiyədən olan ABŞ ravvini, biznesmeni, hüquqşünası və ictimai xadimi. O, erməni soyqırımını inkar edənlərdəndir. == Həyatı == Alber Jan Amato 20 aprel 1889-cu ildə Osmanlı imperiyasının Milas şəhərində (indiki Türkiyə) səfərad yəhudisi ailəsində anadan olmuşdur. O, Türkiyənin İzmir şəhərində Amerika Beynəlxalq Kollecində oxumuşdur. Amato 1908-ci il "Gənc türklər" inqilabından sonra hərbi xidmətdən yayınmaq üçün 1910-cu ildə ABŞ-yə mühacirət etmişdir. O, erməni soyqırımını andiçmə bəyanatı ilə inkar etmiş, ABŞ Senatında senator Robert Dol tərəfindən təqdim edilmiş sözügedən soyqırımın tanınması ilə bağlı qətnamənin təsdiqlənməsinə qarşı çıxmışdır. Amato 1996-cı ildə 106 yaşında vəfat etmişdir.