Alber Jan Amato

Alber Jan Amato (türk. Albert Jean Amateau; 20 aprel 1889, Milas[d], Muğla ili9 fevral 1996, Santa-Roza[d], Kaliforniya) — əslən Türkiyədən olan ABŞ ravvini, biznesmeni, hüquqşünası və ictimai xadimi. O, erməni soyqırımını inkar edənlərdəndir.

Alber Jan Amato
Doğum tarixi 20 aprel 1889(1889-04-20)
Doğum yeri
Vəfat tarixi 9 fevral 1996(1996-02-09) (106 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti siyasətçi, vəkil, iş adamı, Ravvin

Həyatı[redaktə | mənbəni redaktə et]

Alber Jan Amato 20 aprel 1889-cu ildə Osmanlı imperiyasının Milas şəhərində (indiki Türkiyə) səfərad yəhudisi ailəsində anadan olmuşdur. O, Türkiyənin İzmir şəhərində Amerika Beynəlxalq Kollecində oxumuşdur.[1] Amato 1908-ci il "Gənc türklər" inqilabından sonra hərbi xidmətdən yayınmaq üçün 1910-cu ildə ABŞ-yə mühacirət etmişdir.[2]

O, erməni soyqırımını andiçmə bəyanatı ilə inkar etmiş, ABŞ Senatında senator Robert Dol tərəfindən təqdim edilmiş sözügedən soyqırımın tanınması ilə bağlı qətnamənin təsdiqlənməsinə qarşı çıxmışdır.[1]

Amato 1996-cı ildə 106 yaşında vəfat etmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Sworn Statement of Albert J. Amateau on the allegations that Armenians suffered "genocide" by the government of the Ottoman Empire". Foundation for the Advancement of Sephardic Studies and Culture. October 11, 1989. March 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 8, 2017.
  2. 1 2 "Albert J. Amateau Collection". The Jacob Rader Marcus Center of the American Jewish Archives. 2001. 6 May 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2012.