Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Padova
Padua (lat. Pàdoa) — İtaliyaın şimal-şərq seqmentində, Veneto Bölgəsinə bağlı Padova vilayətinin mərkəz şəhəri. Bacchiglione çayı sahilində yerləşir. 312 000 əhalisi var. == Tarixi == Əfsanəyə görə Troyalı qəhrəman Antenor tərəfindən qurulan şəhər Roma dövründə Patavium adıyla adlandırıldı. Romalı tarixçi Liviusa görə adı qeydlərə ilk dəfə e.ə. 302də keçmişdi. Şair Dante bir müddət Padovada yaşamışdı. 1318də Karrara ailəsinin rəhbərliyinə girən şəhər 1405-1797 arasında Venesiya Respublikasının, 1815-1866 arasında da Avstriyanın suverenliyində qalmışdı. İtaliyanın müstəqilliyini məqsəd qoyan Risorgimento (Yenidən Yüksəliş) hərəkətində əhəmiyyətli rol oynadı.
Passat
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Alla Panova
Alla Vasilyevna Panova (rus. Алла Васильевна Панова) — Sovet aktrisası. == Həyatı == Alla Panova 22 dekabr 1948-ci ildə anadan olmuşdur. Voronejdə təhsil almış, 1966-cı ildə 23 saylı orta məktəbi bitirmişdir. 1972-ci ildə Şepkin adına Teatr məktəbindən məzun olmuş, kinoda ilk rolunu 1973-cü ildə, sonuncu rolunu isə 1979-cu ildə ifa etmişdir. Hazırda Moskva şəhərində yerləşən "Yeni opera" teatrının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
Passat cərəyanları
Passat cərəyanları — Həm şimal yarımkürəsinin, həm də cənub yarımkürəsinin tropik enliklərində hakim passat küləklərinin təsirilə əmələ gələn okeanın səth cərəyanlarıdır. == Xüsusiyyətləri == Passat cərəyanları dreyf cərəyanlarına ən yaxşı misaldır. Passat cərəyanları passat küləklərinə uyğun olaraq daima şərqdən qərbə 1–2 km/s. sürətlə hərəkət edir. Passat cərəyanları şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyil edərək, ekvatora paralel-şərqdən qərbə doğru hərəkət edirlər. Sürəti ekvatora yaxınlaşaraq, 100–150 sm/saniyəyə çatır. Su kütləsinin qalınlığı 150–300 m-dir. Cərəyanların temperaturu şərqdən qərbə doğru getdikcə artır (25–280-yə çatır). Duzluluq 33–36 promildir.
Passat küləyi
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Roza Papova
Roza Papova (bolq. Руска Михайлова Мануилова 1879, Sofiya, Bolqarıstan knyazlığı – 11 aprel 1949) — Bolqar teatr aktrisası, rejissor və teatr xadimi. == Bioqrafiyası == 1879-cu ildə Sofiyada anadan olub. 15 yaşında gələcək əri ilə görüşür və 16 yaşında onlar gizli şəkildə evlənirlər. Orta məktəbdə Roza "Zora" mobil teatr truppasına daxil olur. Teatr sənətini aktyor və rejissor Konstantin Sapunovdan öyrənir. 1897-ci ildə Veliko Tırnovo şəhərində "Səmimi dostluq" pyesində Sofiya rolu ilə səhnəyə çıxır. Daha sonra ərinin rəhbərlik etdiyi teatr truppası ilə səyahət edir. 1900-cü ildən 1902-ci ilə qədər "Gözyaşları və Gülüş" truppasında, həmçinin M. Stojkoviçin xorvat teatr truppası tərkibində çıxış etmişdir. 1900-cü ildən Vratsadan olan bir fanat, 25 yaşlı müəllim və şair Todor Boqdanov tərəfindən gizli bir şəkildə təqib edilmişdir.
Vera Panova
Vera Fedorovna Panova (rus. Ве́ра Фёдоровна Пано́ва; 7 (20) mart 1905, Rostov-na-Donu, Don Voysko vilayəti[d] – 3 mart 1973[…], Leninqrad) — Rus sovet yazıçısı və dramaturqu. Üç Stalin mükafatı laureatı (1947, 1948, 1950). == Həyatı == Vera Fedorovna Panova 7 mart 1905-ci ildə Rostovda bank işçisinin ailəsində anadan olub. Atası Rostovda ən varlı tacir ailəsi sayılan Qribanovların nümayəndəsi idi. O, tacirlər gildiyasına mənsub idi. Lakin XX əsrin əvvəllərində müflis olmuş və şəhər bankında maliyyə işlərinə baxaraq çörək pulu qazanırdı. Veranın beş yaşı olanda ailə başçısı qeyri-müəyyən şəraitdə suda boğularaq öldü. Anası uşaqları tək böyütməyə məcbur oldu. İdarə işçisinin maaşı (anasının təhsilinin musiqi müəllimi olmasına baxmayaraq) və bankın ailə başçısı olmayan qadınlara ödədiyi təqaüd hesabına ailəni dolandırmağa güclə yetirdi.
Cənubi Passat cərəyanı
Cənubi Passat cərəyanı və ya Cənubi Ekvatorial cərəyanı — passat küləklərinin hakim olduğu ərazilərdən keçən isti dəniz cərəyanı. Bu dəniz cərəyanı dünya okeanında daima şərqdən qərbə doğru istiqamətdə əsir. Passatlar Cənub yarımkürrəsinin tropik enliklərində hakimdir. Cərəyan Sakit okeanda Cənubi Amerika sahillərinə yaxın (Qalapaqos adaları) istiqamətdən başlayır və Yeni Qvineya və Avstraliya sahillərinə doğru istiqamətlənir. Cərəyanın şimal sərhədi qışda 3 dərəcə cənub enliyi, yayda isə 1 şimal enliyinindən keçir. Sakit okeanın qərb sahillərində şərqə yönəlir. Buna səbəb isə Ekvatorial əks cərəyanıdır. Onun bir qolu Şərqi Avstraliya cərəyanıdır. == Cərəyanın fiziki xüsusiyyətləri == Cərəyanın fiziki sürəti gün ərzində 24 - 80 mildir. Orta göstərici 40 mil.
Şimali Passat cərəyanı
Şimali Passat cərəyanı və ya Şimali Ekvatorial cərəyanı — Sakit, Hind və Atlantik okeanları ərazisindən keçən isti dəniz cərəyanı. Sakit okeanda cərəyan Kaliforniya cərəyanı yaxınlığından başlayır və şimal yarımkürəsinin 10° və 20° arası ilə qərbə istiqamətlənir. Filippin sahillərində Kurosio cərəyanı onun qarşısını alır. Atlantik okeanda Kanar cərəyanı yaxınlığından başlayır və 10° - 30° şimal enlikləri ilə şimal-qərbə yönəlir. Qolfstrim cərəyanının əsas qidalandırıcılarından biri hesab edilir. Hind okeanında Şimali Passat cərəyanının istiqaməti mövsümdən asılıdır. Qışda şimal-şərqə, yayda isə cənub-qərbə yönəlir. Burada Somali cərəyanını güçləndirir.