Passat cərəyanları — Həm şimal yarımkürəsinin, həm də cənub yarımkürəsinin tropik enliklərində hakim passat küləklərinin təsirilə əmələ gələn okeanın səth cərəyanlarıdır.
Passat cərəyanları dreyf cərəyanlarına ən yaxşı misaldır. Passat cərəyanları passat küləklərinə uyğun olaraq daima şərqdən qərbə 1–2 km/s. sürətlə hərəkət edir.[1]
Passat cərəyanları şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyil edərək, ekvatora paralel-şərqdən qərbə doğru hərəkət edirlər. Sürəti ekvatora yaxınlaşaraq, 100–150 sm/saniyəyə çatır. Su kütləsinin qalınlığı 150–300 m-dir. Cərəyanların temperaturu şərqdən qərbə doğru getdikcə artır (25–280-yə çatır). Duzluluq 33–36 promildir.[2]