Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Benisa
Benisa (isp. Benisa) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 69,71 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 13369 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Marina-Alta Denia Xavea == İstinadlar == == Xarici keçidlər == Página oficial del Ayuntamiento de Benisa Arxivləşdirilib 2011-07-23 at the Wayback Machine Índice estadístico de Benisa.
Levina
İzabella Levina Luen (alm. Isabella Levina Lueen‎; 1 may 1991, Bonn, Şimali Reyn-Vestfaliya) və ya sadəcə Levina — Almaniya müğənnisi və bəstəkarı. O, Almaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == İzabella Levina Luen 1 may 1991-ci ildə Almaniyanın Bonn şəhərində anadan olmuş və Kemnits şəhərində böyümüşdür. O Kemnitsdə Dr. Vilhelm Andre gimnaziyasına daxil olmuş və 2009-cu ildə Böyük Britaniyanın Kembric şəhərində Beynəlxalq Bakalavriat dərəcəsi ilə təhsilini başa vurmuşdur. Daha sonra Levina Londona köçərək, London Kral Kollecindən bakalavr dərəcəsini qazanmışdır. Hal-hazırda London Musiqi Kollecində təhsil alır. === 2017 Avroviziya Mahnı Müsabiqəsi === 2016-cı ildə Levina Almaniyanın NDR telekanalının Avroviziya üçün təşkil etdiyi Unser Song 2017 milli seçim turunda iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan müğənni nəticədə "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır.
Merisa
Merisa (merissa və ya marissa) Cənubi Sudanda məşhur olan ənənəvi fermentləşdirilmiş içki növüdür. Merisa Sudan ölkəsinin sakinləri üçün gəlir mənbəyidir. Merisanı qadınlar hazırlayır. Merisa taxıl, darı və kalış (darıyabənzər dənli bitki) yetişdiyi tarixlərdə hazırlanır. Hazırlama prosesi Qərb şərab istehsal standartları tərəfindən bütün mərhələləri ilə kompleks surətdə təsvir edilmişdir Merisa içkisinin hazır olması — fermentəmələgəlmə (fermentasiya) prosesi 8–10-saatlıq bir prosesdir; hazır içkinin tərkibində alkoholun (spirtin) miqdarı 6%-ə qədər olur. Şimali Sudanda merisa içmək və ya satmaq qanundankənar hesab edilir. Belə qeyri-qanuni hərəkətlər Müsəlman Şəriət qanunlarına görə 40 şıllaq, cərimə ilə cəzalandırılır. Bu qanun pozuntusuna görə hətta həbsxana cəzası da kəsilir. Lakin məlumdur ki, Sudanda babuinlər, təklif edildikdə, merisa içirlər.
Paviya
Paviya (it. Pavia) — İtaliyanın Lombardiya regionunda şəhər.
Pedina
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Astragalus aaronii (Eig) Zohary Astragalus aaronsohnianus Eig Astragalus abadehensis Maassoumi & Podlech Astragalus abbreviatus Kar. & Kir. Astragalus aberrans Förther & Podlech Astragalus abharensis Maassoumi & Podlech Astragalus abnormalis Rech.f. Astragalus abolinii Popov Astragalus aboriginorum Richardson Astragalus absconditus Zarre & Podlech Astragalus absentivus Maassoumi Astragalus acanthocarpus Boriss. Astragalus acanthochristianopsis Rech.f. & Köie Astragalus acaulis Baker Astragalus acceptus Podlech & L.R.Xu Astragalus accidens S.Watson Astragalus acetabulosus C.C.Towns. Astragalus achundovii Grossh. Astragalus acicularis Bunge Astragalus acikirensis (Ekim) Aytaç & Hamzaoğlu Astragalus ackerbergensis Freyn Astragalus ackermanii Barneby Astragalus acmonotrichus Fenzl Astragalus acmophylloides Grossh.
Edişa
Edişə (Cəlilabad)
Pavia
Paviya (it. Pavia) — İtaliyanın Lombardiya regionunda şəhər.
Penis
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Melisa Makkarti
Melisa Makkarti (ing. Melissa McCarthy; doğ. 26 avqust 1970, İllinoys, ABŞ) — ABŞ aktrisası.
Melisa Çaxmaqlı
Melisa Çaxmaqlı (türk. Melisa Çakmaklı; d. 15 dekabr 1997; Bursa, Türkiyə) — Türkiyəli cüdoçu. == Karyerası == İdmana məktəbdə oxuyarkən başlayıb. Bu illərdə məşqçi Müzəffər Uluçam ilə başladı. Osmanqazi Bələdiyədə məşqləri davam etdirdi. Bir çox uğurlar qazanmışdır. 26-27 aprel 2014 tarixlərində Rumıniyanın Pitesti şəhərində təşkil edilən Ümidlər Avropa Kubokunda 44 kq müsabiqəsində Moldovanlı Ana Roterini məğlub edərək qızıl medal qazanmışdır. 17 avqust 2014-cü ildə Nankində təşkil edilən Yay Olimpiya Oyunlarında 44 kq çəki dərəcəsində Azəri rəqibi Leyla Əliyevanı məğlub edərək qızıl medal qazanmışdır.
Olqa Levina
Olqa Levina (d. 4 mart 1985; Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Olqa Levina Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. Daha sonra Olqa Levina Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Paviya əyaləti
Paviya əyaləti (it. Provincia di Pavia, lomb. Pruvincia de Pavia) — İtaliyanın Lombardiya regionunda əyalət. == Coğrafiya == Şimalda Milan və Lodi əyalətləri, cənub şərqdə Emiliya-Romanya, cənub qərbdə isə Pyemont regionları ilə həmsərhəddir. Tiçino və Po çayları əyalətin ərazisində axırlar və əyalətin mərkəzi Paviyadan 4 km uzaqlıqda bir-birinə qovuşurlar. Əyalətdə kommuna sayı 190-na bərabərdir.
Penias Tentani
Penias Tentani (2 iyun 1996) — Zimbabveli peşəkar kişi BMX velosipedçisi. Penias Tentani Zimbabveni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Penias Tentani 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 40.051 saniyəlik nəticəsi ilə 85-ci yeri tutdu.
Rudolf Perina
Rudolf Perina — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Safet Berişa
Safet Berişa (11 Noyabr 1949 – 19 Oktyabr 2016) — Müdafiəçi kimi çıxış etmiş Albaniya futbolçusudur. Berişa Teuta Durres FK, Partizan Tirana FK, Albaniya milli futbol komandasında çıxış etmiş və 20 müxtəlif kubokun sahibi olmuşdur. == Karyerası == === Erkən karyerası === Berişa kiçik yaşlarından ögey valideynləri tərəfindən saxlanılmışdır. Uşaqlıq illəri də Durres şəhərində keçmişdir. Berişa ilk gənclik karyerasına Teuta Durres FK klubunda başlamışdır. 1992-ci ildə o, ailəsi ilə birlikdə İtaliyaya mühacirət olunmuşdur. Əvvəlcə Bari, sonra isə Arezzo şəhərində yaşamağa başlamışdır. Berişa təcili yardım maşını ilə sürücü kimi çalışmağa başlamışdır.
Su pərisi
Su pərisi – belindən yuxarısı dişi bir insan görünümündə olan amma eyni zamanda bir balıq quyruğuna sahib mifoloji varlıq. Həmçinin bir heraldika məxluqudur. Obrazı "Min bir gecə" nağıllarında da var. Eləcə də Varşava və Norfolk (ABŞ) şəhər gerblərində təsvir edilib. == Həmçinin bax == Susulu Sirena Undina Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yekaterina Levina
Yekaterina Levina (1 fevral 1997) — İsraili təmsil edən bədii gimnast. Yekaterina Levina 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Levina həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Yekaterina Levina 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Zenisa Universiteti
Zenisa Universiteti (bosn. Univerzitet u Zenici) — Bosniya və Herseqovinanın Zenisa şəhəri ərazisində yerləşən dövlət universiteti. Universitet 18 oktyabr 2000-ci ildə Sarayevo Universitetinin bəzi fakultələrinin onun tərkibindən çıxarılıb Zenisaya köçürülməsindən sonra təşkil olunmuşdur. Universitetdə 6000 tələbə təhsil alır. Təhsil ocağı 135 professor və 210 müllimlə fəaliyyət göstərir. 2013-cü ildə universitetdə birinci dövr ərzində 26 tədris proqramı və ikinci tədris dövründə 39 tədris proqramı təşkil edilmişdir. Universitetin rektoru Damir Kuçiçdir. == Tarixi == Zenisa Universitetinin sələfi 1950-ci ildə qurulan Metallurgiya kollecidir. Təhsil ocağı 1961-ci ildə Sarayevo Universitetinin Metallurgiya fakültəsinə çevrilmişdir. Sonradan Zenisada Universitetin bir çox fakültələri meydana gəlmişdir.
İnsan penisi
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Etrit Berişa
Etrit Berişa (10 mart 1989, Priştina) — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Torino" klubunun və Albaniya milli futbol komandasının qapıçısı. == Karyera == Berişa karyerasına Pristinanın yerli "KF 2 Korriku" klubunun gənclər komandasında başlayıb. 2008-ci ildə İsveçə köçən Etrit, burada "Kalmar" klubunun gənclər komandasına qoşulur. O, 2010-cu ildə "Kalmar"ın əsas komandsına dəvət edilir və tezliklə klubda debüt edir. Etrit Berişa debüt mövsümündə 14 liqada oyununda çıxış edərək özünü əsas komanda oyunçusu kimi göstərir. O, İsveç mepionatının 2011-ci il mövsümundə, klubun əsas qapıçısı kimi mövqeyini möhkəmləndirir. Növbətii mövsüm o, qapıçı olmasına baxmayaraq, meydanda qollarda vurur. O, ilk peşəkar qolunu 12 iyul 2012-ci ildə Şimali İrlandiyanın "Cliftonville" komandasına qarşı Avropa Liqasının seçmə oyununda penaltidən vurur və cəmi bir neçə ay sonra İsveç çempionatında "Helsinqborq" klubuyla görüşdə daha bir dəfə penaltidən fərqlənir. Mövsümdə o penaltidən iki dəfə qol vuran və komandasının liqada dördüncü yeri tutmasına kömək edən qapıçı olaraq, 2013-cü il mövsümundə, İsveç çempionatında ilin qapıçısı mükafatını qazanır.
Melisa Döngəl
Melisa Döngel (18 sentyabr 1999, İstanbul) — Türkiyə aktrisası. == Həyatı və karyerası == 18 sentyabr 1999-cu ildə İstanbulda doğulub. Anası tərəfdən rusdur və Rusiya vətəndaşlığı var, amma İstanbulda anası ilə böyümədiyi üçün ruscanı yaxşı bilmir. Təhsilini Osman Yağmurdereli Sənət Akademiyasında aldı. Aktrisa kimi karyerasına 2016-cı ildə Hangimiz Sevmedik adlı teleserialda Sevtap personajı ilə başladı. Yenə eyni il rol aldığı Arxa küçələr teleserialında Nil personajını canlandırdı. 2017-2019-cu illərdə yayımlanan Bizim Hikaye adlı teleserialda Deniz Çelik Elibol personajını canlandırdı. 2020-2021-ci illərdə Sən çal qapımı adlı teleserialda Ceren Başar karakterini canlandırdı. 2021-ci ildə Sadakatsiz adlı teleserialda qonaq aktyor kimi rol aldı. Yenə eyni il Aşk Mantık İntikam adlı teleserialda Çağla Yılmaz personajını canlandırdı.
Melisa (kitab)
Melisa — tanınmış uşaq yazıçısı, Sevinc Nuruqızının 2021-ci ildə nəşr olunan nağıl-povesti. == Haqqında == Sevinc Nuruqızının "Melisa" kitabı 9 yaş və yuxarı uşaqların mütaliəsi üçün nəzərdə tutulub. Əsərdə balaca oxucular həyat həqiqətlərini əks etdirən, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar xarakterik obrazları, müxtəlif ailələrdə yaşayan həmyaşıdlarının həyatı ilə tanış olur, valideyn himayəsindən məhrum olan uşaqların çətinliklərlə apardığı mübarizəni izləyirlər. Çəhrayı saçlı sevimli gəlinciyin – Melisanın başına gələn müxtəlif macəralar vasitəsilə yazıçı uşaqları daha çox həyatın onların bilmədikləri tərəfləri, insanların yaxşı və pis cəhətləri ilə tanış edərək, onları gah kədərlənməyə, gah da sevinməyə vadar edir. Yazıçı burada oxucunun gözü önündə bir oyuncağın deyil, əsl insanın yaranması, mənəvi güc qazanması, sevgi ruhunda doğulması prosesini bədii şəkildə canlandırır. Sevinc Nuruqızı əsərin süjet xətti boyu balaca oxucusunu Melisanın "taleyinin" izləyicisinə çevirir. Respublikamızda ilk dəfə işıq üzü görən "Melisa" əsəri Türkiyənin İLESAM-Akçağ Uşaq ədəbiyyatı roman, hekayə və nağıl — 2018 müsabiqəsində roman nominasiyasının qalibi olub. == Məzmunu == Haradan gətirildiyini heç özü də bilməyən çəhrayı saçlı Melisa adlı gəlinciyi vitrində görüb bəyənən Zöhrə adlı qızcığaz onu atasına aldırır. Onlar neçə il birlikdə xoşbəxt yaşayırlar. Lakin qız böyümüş, Melisa isə artıq köhnəlmişdi.
Güllər Pərisi
Güllər Pərisi (1790, Faxralı – 1925, Faxralı, Gürcüstan SSR[d]) — XIX əsrdə fəaliyyət göstərmiş azərbaycanlı qadın aşıq və şairə. == Həyatı == Güllər Pərisi 1790-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. Həyatı və fəaliyyəti çox az məlumat bəlli olsa da, onun kənddə və uzun ömür ömür yaşadığı bilinməkdədir. Bəzi rəvayətlərdə onun 135 il yaşadığı iddia edilməkdədir. Mütəxəsislər dövrümüzə qədər gəlib çatan əsərlərinə əsasən onun şair və aşıq olaraq yüksək bacarığa sahib olduğunu bildirməkdədirlər. Onun dövrümüzə gəlib çatan şeirlərinin bəzilərindən anlaşıldığı qədərilə qardaşı məişət mövzusunda problemlər yaşamış və Osmanlı hakimiyyəti altında olan Qarsa qaçmağa məcbur olmuşdur. Bu hadisə Güllər Pərisinin şeirində də öz əksini tapmışdır: Güllər Pərisi qardaşının əhv edilməsi üçün Rusiya imperiyasının Qafqaz canişinin yanına da getmişdir.
Melisa Döngel
Melisa Döngel (18 sentyabr 1999, İstanbul) — Türkiyə aktrisası. == Həyatı və karyerası == 18 sentyabr 1999-cu ildə İstanbulda doğulub. Anası tərəfdən rusdur və Rusiya vətəndaşlığı var, amma İstanbulda anası ilə böyümədiyi üçün ruscanı yaxşı bilmir. Təhsilini Osman Yağmurdereli Sənət Akademiyasında aldı. Aktrisa kimi karyerasına 2016-cı ildə Hangimiz Sevmedik adlı teleserialda Sevtap personajı ilə başladı. Yenə eyni il rol aldığı Arxa küçələr teleserialında Nil personajını canlandırdı. 2017-2019-cu illərdə yayımlanan Bizim Hikaye adlı teleserialda Deniz Çelik Elibol personajını canlandırdı. 2020-2021-ci illərdə Sən çal qapımı adlı teleserialda Ceren Başar karakterini canlandırdı. 2021-ci ildə Sadakatsiz adlı teleserialda qonaq aktyor kimi rol aldı. Yenə eyni il Aşk Mantık İntikam adlı teleserialda Çağla Yılmaz personajını canlandırdı.
Melisa Toros
Melisa Toros (28 iyul 1986, İstanbul) — türkiyəli aktrisa və aparıcı. O, "S'nek" kanalında Fulya və Neşe ilə "əks cinsin casusları" adlı televerilişin aparıcısı olub. 2013-cü ildə "Show TV"də "Hər şey yolunda mərkəz" teleserialında rol alıb. O, çox gənc yaşlarından balet və musiqi təhsili alıb. Bir neçə ildir ki, aktyorluğa maraq göstərir. O, aktyorluq təhsili alıb, Beykent Universitetinin aktyorluq fakültəsinə daxil olub. Bu arada o, Anadolu Universitetində ictimaiyyətlə əlaqələr üzrə təhsil alır.