Zenisa Universiteti

Zenisa Universiteti (bosn. Univerzitet u Zenici) — Bosniya və Herseqovinanın Zenisa şəhəri ərazisində yerləşən dövlət universiteti. Universitet 18 oktyabr 2000-ci ildə Sarayevo Universitetinin bəzi fakultələrinin onun tərkibindən çıxarılıb Zenisaya köçürülməsindən sonra təşkil olunmuşdur. Universitetdə 6000 tələbə təhsil alır. Təhsil ocağı 135 professor və 210 müllimlə fəaliyyət göstərir. 2013-cü ildə universitetdə birinci dövr ərzində 26 tədris proqramı və ikinci tədris dövründə 39 tədris proqramı təşkil edilmişdir. Universitetin rektoru Damir Kuçiçdir.

Zenisa Universiteti
Univerzitet u Zenici / Универзитет у Зеници
Map
44°11′57″ şm. e. 17°54′07″ ş. u.
Əsası qoyulub 2000
Tip Dövlət
Rektor Damir Kuçiç
Tələbə sayı 6000
Şəhər Zenisa
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Zenisa Universitetinin sələfi 1950-ci ildə qurulan Metallurgiya kollecidir. Təhsil ocağı 1961-ci ildə Sarayevo Universitetinin Metallurgiya fakültəsinə çevrilmişdir. Sonradan Zenisada Universitetin bir çox fakültələri meydana gəlmişdir. 2000-ci ildə isə Zenisa-Doboy kantonunun qərarı ilə yeni müstəqil universitet təşkil edilmişdir. O Balkan universitetləri sisteminə daxildir. Universitet Boloniya qaydalarına əsasən bakalavrmagistr proqramları ilə təmin edilmişdir. Universitetdə 8 fakültə fəaliyyət göstərir.

Hər il oktyabr ayında Zenisa Arena stadionunda bakalavrlar və magistrlara diplomların verilməsi mərasimi keçirilir.

Fakultələr[redaktə | mənbəni redaktə et]

  • Metallurgiya və metal elmləri fakultəsi[1]
  • Mühəndis-mexanika fakultəsi[2]
  • Fəlsəfə fakültəsi[3]
  • İqtisadiyyat fakultəsi[4]
  • Hüquq fakultəsi[5]
  • Tibb fakultəsi[6]
  • İslam Pedaqoji fakültəsi[7]
  • Politexnik fakulrtıəsi[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Naslovnica". 29 September 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 July 2015.
  2. "Mašinski fakultet u Zenici". 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2015.
  3. "Filozofski fakultet Univerziteta u Zenici". 12 January 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 July 2015.
  4. "Ekonomski fakultet Zenica". 3 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2015.
  5. "Pravni fakultet - Univerzitet u Zenici". 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2015.
  6. "Zdravstveni fakultet Zenica". 24 July 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 July 2015.
  7. "Index - ISLAMSKI PEDAGO?KI FAKULTET". 28 January 2014. 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2015.
  8. "Politehnički fakultet Univerziteta u Zenici". 2 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2015.

Mənbə[redaktə | mənbəni redaktə et]