Bu məqalə qaralama halındadır. |
Merisa (merissa və ya marissa) Cənubi Sudanda məşhur olan ənənəvi fermentləşdirilmiş içki növüdür. Merisa Sudan ölkəsinin sakinləri üçün gəlir mənbəyidir. Merisanı qadınlar hazırlayır.[1]
Merisa taxıl, darı və kalış (darıyabənzər dənli bitki) yetişdiyi tarixlərdə hazırlanır. Hazırlama prosesi Qərb şərab istehsal standartları tərəfindən bütün mərhələləri ilə kompleks surətdə təsvir edilmişdir[2] Merisa içkisinin hazır olması — fermentəmələgəlmə (fermentasiya) prosesi 8–10-saatlıq bir prosesdir; hazır içkinin tərkibində alkoholun (spirtin) miqdarı 6%-ə qədər olur[3]. Şimali Sudanda merisa içmək və ya satmaq qanundankənar hesab edilir. Belə qeyri-qanuni hərəkətlər Müsəlman Şəriət qanunlarına görə 40 şıllaq, cərimə ilə cəzalandırılır. Bu qanun pozuntusuna görə hətta həbsxana cəzası da kəsilir.[4]
Lakin məlumdur ki, Sudanda babuinlər, təklif edildikdə, merisa içirlər.[5]