Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pişi
Pişi və ya baursaq – Mərkəzi Asiya, Monqolustan, Orta Şərq, türk mətbəxində qızartma xəmir yeməyi. Qırğız, qazax, türk kimi müxtəlif növləri var. == Hazırlanması == Pişinin hazırlanmasında un, su, duz və mayadan istifadə olunur. Lakin şəkər, bal, mürəbbə, yağdan da istifadə oluna bilər. Bütün ərzaqlarla hazırlanan xəmir mayalanmaya buraxılır və kündələr hazırlanır. Kündələr qızğın yayda qızardıldıqdan sonra servis edilir. Qars vilayətində saçaqlı pendirlə birlikdə süfrəyə verilir. == Rekordlar == Dünyada ən böyük pişi 20 aprel 2014-cü ildə Rusiyanın Ufa şəhərində hazırlanmışdır. Pişinin hazırlanmasında 1006 yumurtadan, 25 kiloqram şəkərdən, 70 kiloqram undan, 50 kiloqram baldan istifadə olunmuşdur, çəkisi isə 179 kiloqram idi.
Alvars pisti
Alvars pisti — Ərdəbildə yerləşən Alvars kəndi yaxınlığında mövqe tutmuş qar pistidir və xizəksürmə idmanı üçün istifadə olunur.
Le-Man (yarış pisti)
Le-Man — Fransanın Le Mans şəhərində yerləşən avtomobil yarışlarının yarış pistidir. Pist xüsusilə Le Mans 24 Saat yarışları ilə tanınır.
Basdı
Bindi
Hindli qadınların alınlarında qara, qızmızı rəngli xalı qədimdən gəlmə bir milli makiyaj forması kimi bir şey olduğunu düşünürlər, amma bu heç də adi bir makiyaj forması deyil. Qədimdən indiyədək gəlib çatan hind inanclarına görə, alının orta qismi ruhun insan bədənindəki yeri və yaxud 3-cü gözün olduğu yer olaraq qəbul edilir. Hindli qadınların alınlarında gördüyümüz bu xala "bindi" deyilir. "Bindi" əsasən, iki rəngdə olur: qara və qırmızı rənglərdə. Subay qadınlar alınlarına qara, evli qadınlar isə alınlarına qırmızı rəngli "bindi"lər (nöqtə) qoyurlar. Meditasiya halında həyat yaşayan hindlilər alınlarının ortasında olan "bindi"nin açılmasına ümid edirlər. Yəni, "bindi" müəyyən mənada, ruhi səfərin də simvoludur. "Bindi" – "Bindu" sözündən törəmiş, sanskritcədən "nöqtə" mənasını verir. Ümumuyyətlə, "bindi" olaraq, hal-hazırda, əsasən, qara və narıncı rənglərdən istifadə edilir. Hindli qadınların alınlarına yapışdırdıqları "bindi" adı verilən xalın eyni zamanda mənfi düşüncələrdən qoruma xüsusiyyəti olduğuna da inanılır.
Bisti
Bisti — Səfəvilər dövlətində sah I Təhmasibin dövründə kəsilmiş gümüş sikkə. 20 dinara bərabər tutulurdu. XVII əsrin sonlarına qədər dövriyyədə olmuşdur.
Hindi
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Jindi
Jindi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 278 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki jin (aşağı) və di (kənd) sözlərindən düzəlib, "aşağı kənd" mənasındadır.
Kindi
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (ərəb. أبو يوسف يعقوب إبن إسحاق الكندي‎; 801[…], güm. Kufə, Abbasilər xilafəti[…] – təq. 873[…], Bağdad, Abbasilər xilafəti) — ərəb filosofu. == Həyatı == Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədər erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idi. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi. Gözəl xəttatlığı ilə də məşhur idi və bir arada əl-Mütəvəkkil tərəfindən xəttatlıqla məşğul idi.
Liski
Liski (rus. Лиски) — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Mişni
Mişni (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda kənd. Mişni (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (I) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (II) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (İran) — İranda kənd.
Nisli
Nisli — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 126 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki nıso (quzey) sözünün təhrif olunmuş forması və lulli (yamac) sözünün birləşməsindən ibarət olub, "quzeydə yamac" mənasını bildirir. Kənd salındığı ərazinin adını daşıyır.
Pendi
Pendi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 366 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki pen (yuxarı) və di (kənd) sözlərindən düzəlib, “yuxan kənd”, “yüksəklikdə olan kənd” mənasındadır.
Piaui
Piaui (port. Piauí) — Braziliyanın şimal-şərqində yerləşən ştat. Qərbdə Maranyan və Tokantins, cənubdan Baiya, şərqdən Seara və Pernambuku ştatları ilə sərhədlənir. Şimalı Atlantik okeanın sahilini təşkil edir. İnzibati mərkəzi Terezina şəhəridir. == Coğrafiya == Piaui ekvatorial iqlimə malikdir. Ərazisinin böyük qismi Savannadır. İnzibati mərkəzi Braziliyanın şimal-şərqində yeganə paytaxtdır ki, okean sahilində yerləşir. Şəhərdə ümumi ölkə ərazisinin ən yüksək orta temperaturu müşahidə edilir.. Ştatın sahil xətti 66 km-dir.
Pişik
Pişik (lat. Felis) — pişiklər fəsiləsinə aid məməli heyvan cinsidir. Vəhşi təbiətdə pişik cinsinə aid aşağıdakı nümayəndələr yaşayır: Felis bieti — Çin pişiyi Felis chaus — Qamışlıq pişiyi və ya Xaus Felis manul — Manul Felis margarita — Barxan pişiyi Felis nigripes — Qaraayaq pişik Felis silvestris — Çöl pişiyi Felis silvestris catus — Ev pişiyi (Çöl pişiyinin yarımnövü) Pişik yırtıcı məməlilərin evdə saxlanılan növüdür. Felidae ailəsində yeganə evdə saxlanılan növdür və onu ailənin vəhşi üzvlərindən ayırmaq üçün çox vaxt ev pişiyi adlandırılır. Bir pişik ev pişiyi, bir ferma pişiyi və ya çöl pişiyi ola bilər. Çöl pişikləri sərbəstdirlər və insanla təmasdan qaçırlar. Yerli pişiklər insanlar tərəfindən yoldaşlığı və gəmiricilər ovlamaq qabiliyyətinə görə qiymətləndirilir. Təxminən 60 pişik cinsi müxtəlif pişik xüsusiyyətləri tərəfindən tanınır. Pişik anatomiyada digər felid növlərə bənzəyir: güclü çevik bir bədənə, sürətli reflekslərə, iti dişlərə və kiçik yırtıcı kimi öldürmələrə uyğunlaşdırılmış geri çəkilə bilən qıvrımlara malikdir. Gecə görmə və qoxu hissi yaxşı inkişaf etmişdir.
Pişin
Pişin (İran) — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi.
Pərdi
Pərdi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Pərdi kəndi Yardımlı rayonunun Gilar kəndindən köçmüş qədim Gilar bəglərinin yaylağıdır. Gilar kəndinin bəgləri ən qədim pirlər nəslidir və Pərdi də pir-dailəri, yəni pir-tanrıları deməkdir. Ən qədim mənbələrdə Pərdi kəndi Parda kimi qeyd olunur. 19 əsr sənədlərində Yardımlı ərazisindəki Gilar kəndi Pərdi-Gilar adlanır və köçərilər kimi qeyd olunur. Bu köçərilik isə birbaşa mənada yox, sufi mənadadır. Ən qədim mənbələrdə "Dağ və səhralarda dolaşan qüdrəti midiyalılar" dedikdə məhz Gilar bəgləri nəzərdə tutulurdu. Cəlilabad rayonunun 10-a yaxın kəndi (Edişə, Şabanlı, Qasımbəyli və s.) məhz Gilar bəglərin törəmələrinin yaşadığı kəndlərdir. Pərdili oyk. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd.
Aşıq Bəsdi
Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı. == Həyatı == Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub. == Yaradıcılığı == Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir. Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir.
Balıqtutan pişik
Balıqtutan pişik (lat. Prionailurus viverrinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü.
Bernulli diski
Bernulli diski (Bernoulli box)-– növbə ilə dəyişdirilən və enerjidən asılı olmayan kartriclərin istifadə edildiyi böyük həcmli yaddasaxlama qurğusudur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dişli balinalar
Dişli balinalar (lat. Odontoceti)— balinakimilər dəstəsindən suda yaşayan məməlilər yarımdəstəsi. Uzunluğu 1,2 m-dən 20 m-ə qədərdir. Dişsiz balinalar-dan fərqli olaraq 1-dən 240-dək dişi olur. Başının təpə hissəsində bir burun dəliyi var. Alt çənə qısa olub ön tərəfdən bitişmişdir. Dişli balinalar oriyentasiyanı exolokasiya ilə təyin edir. Hava kisələri sistemi olan exolokasiya aparatının yaranması kəllənin asimmetriyasına səbəb olmuşdur. Dişli balinalar çox yaxşı eşidir və səs siqnallarını qəbul edir. Burun kanalı ilə əlaqədar olan səs orqanı yaxşı inkişaf etmişdir.
Dişli quşlar
Dişli quşlar (lat. Odontornithes, yaxud lat. Odontognathae) — sistematik vəziyyətli tam aydın olmayan təbaşir quşları. Kəlləsinin quruluşu onları müasir quşlara yaxınlaşdırır, lakin dişlərin və kəllənin ön hissəsində pulcuğ örtüyün olması ilə fərqlənir. Hesperornislərə və İxtiornislərə bölünür. Birincilərə uçma qabiliyyəti olmayan iri (180 sm-dək) su quşları, ikincilərə isə (25 sm-dək) qarğaları xatırladan uçan quşlar daxildir. Dişli quşlar Şimali Amerika və Avropanın Təbaşir dövrü çöküntülərindən tapılmış, çənələrində dişləri olan nəsli kəsilmiş quşlar yarımdəstəsi. Bəzi alimlər dişli quşları müasir və ya "yeni quşlar" (Neornithes) yarımsinfinə daxil edirlər. == Həmçinin bax == Quşlar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Dişli topulqa
Dişli topulqa (lat. Spiraea crenata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Rusiyada, Qafqazda, Şimali, Mərkəzi Asiyada yayılmışdır. == Botaniki təsviri == 1 m-ə qədər hündürlükdə, cavankən şabalıdı-boz, sonralar isə boz rəngli, tüklənmiş, nazik tilli zoğları olan koldur. Yarpaqlar uzunsov, tərs və ya pazşəkilli olub, 1,5-3,5 sm uzunluğunda, 0,3-1,5 sm enindədir. Tamkənarlı, ortadan, bəzən isə qaidə hissəsindən kənarı dalğavarı və ya xırda dişli, çox zaman yalnız təpəsi dişlidir. Çiçəkləyən zoğlarda yarpaqlar xırda olub, 1-2 sm uzunluğunda və 0,3-0,6 sm enindədir, tamkənarlıdır, saplağı 1,7 mm uzunluqdadır. Çiçək qrupu 10-12 çiçəkli, qalxanvaridir. Ləçəkləri ağ, meyvə yarpağı 2-3 mm uzunluqda olub, tükcüklə örtülü, bəzən isə çılpaqdır. Arel-may aylarında çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir.
Dişli çarx
Dişli çarx - üzərində silindrik və ya konik səth üzrə dişlər kəsilmiş qasnaqdır. O başqa dişli çarxla təmasda olaraq dişli ötürmənin əsas elementi sayılır. Maşınqayırmada dişli çarxlar diametrindən asılı olaraq aparan və aparılan olaraq iki qrupa bölünürlər. Vallarda fırlanma momentini ötürmək üçün dişli çarxlar cüt-cüt tətbiq olunurlar. Əgər dişli çarxın diametri kiçikdirsə onda fırlanma momenti dövrlər sayı ilə tənzim olunur. Onu da qeyd etmək lazımdır ki, dişli çarx ötürməsi mexaniki gücü artırmaq üçün tətbiq olunmur, beləki onun girişində mexaniki enerji, çıxışındakından çox ola bilməz. Çünki, mexaniki iş bu halda fırlanma momenti və sürəti ilə mütənasibdir. Ona görə də momenti artırma dişli çarxın sürətini azaltmaq deməkdir. Nəticədə onların hasili (kənar qüvvələrin təsirini nəzərə almadıqda) sabit qalır. Dişli çarxaların aşağıdakı növləri vardır: Dişin eninə profillinə görə fərqlənənlər.
Enrike Pinti
Enrike Pinti (isp. Enrique Pinti ; 7 oktyabr 1939 – 27 mart 2022, Buenos-Ayres) — Argentina aktyoru və komediyaçı.
Eyler diski
Eyler Diski, 1987–1990-cı illər arasında Yozef Bendik tərəfindən icad edilmiş, elmi və öyrədici oyuncaqdır. Düz və ya əyri bir səthdə dönən və fırlanan bir diskin dinamik sistemini göstərmək və öyrənmək üçün istifadə olunur. == Haqqında == === Enerjinin Qoruması === Eyler disi döndükdə disk həm potensial, həm də kinetik enerjiyə malik olur. Potensial enerji diskə yan tərəfə dik olduqda verilir. Kinetik enerji isə diskə güzgü bazasında əyildikdə verilir. Euler Diski sürtünmə və titrəmə üçün olmasa idi sonsuza qədər yuvarlana bilərdi. === Bucaq momentumu === Eyler diskinin necə işlədiyini təsvir etməyin başqa bir yolu, diskin bucaq impulsunu nəzərə almaqdır. Eyler diski özünü dik tutmaq üçün bucaq impulsundan istifadə edir. Disk bir dairə ətrafında fırlandıqda, diski aşağı çəkən cazibə qüvvəsi və diski yuxarıda saxlayan güzgü bazası tərəfindən tətbiq olunan qüvvə tarazlığı ilə tutulur.