Dişli balinalar

Dişli balinalar (lat. Odontoceti)— balinakimilər dəstəsindən suda yaşayan məməlilər yarımdəstəsi.

Dişli balinalar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Uzunluğu 1,2 m-dən 20 m-ə qədərdir. Dişsiz balinalar-dan fərqli olaraq 1-dən 240-dək dişi olur. Başının təpə hissəsində bir burun dəliyi var. Alt çənə qısa olub ön tərəfdən bitişmişdir. Dişli balinalar oriyentasiyanı exolokasiya ilə təyin edir. Hava kisələri sistemi olan exolokasiya aparatının yaranması kəllənin asimmetriyasına səbəb olmuşdur. Dişli balinalar çox yaxşı eşidir və səs siqnallarını qəbul edir. Burun kanalı ilə əlaqədar olan səs orqanı yaxşı inkişaf etmişdir. Dişli balinalar SakitAtlantik okeanlarının dənizlərində yayılmışdır.

Cinsi yetkinliyə 2—6 yaşında çatır. Balıqlar, başıayaqlı molyusklarxərçəngkimilərlə qidalanır. İnsan üçün faydalı olanları kaşalot, afalina, əsl delfinlər, dəniz donuzu, ağ delfin, orka və s.-dir. Piyindən (texniki məqsədlə), həmçinin spermasetindən və ətindən istifadə olunur. Bir çox növləri kəskin surətdə azalmışdır. Bəzi dişli balinalar mühafizə edilir.