Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı[1].
Aşıq Bəsti | |
---|---|
Bəsti Kərbəlayi Bayramalı qızı | |
Doğum tarixi | 1836 |
Doğum yeri | |
Vəfat tarixi | 1936 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Aşıq Bəsti Vikimənbədə |
Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub.[2]
Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir.
Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir. Rəvayətə görə ağlamaqdan gözləri tutulan aşığa xalq arasında "Kor Bəsti" deyilirmiş.
Basarkeçər, Daşkəsən, Gədəbəy və başqa yerlərdə aşıqlıq edən Bəsti ömrünün sonuna yaxın doğma kəndinə qayıtmış və 1936-cı ildə burda vəfat etmişdir.