Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pişəvər
Pişəvər — Pakistanda şəhər, Hayber-Paxtunxva əyalətinin inzibati mərkəzi.
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Pişəvər gecələri
Pişəvər gecələri — Şiə alimi Məhəmməd Musəvi Şirazinin Şiə-Sünni mübahisəsi mövzusunda yazdığı əsər. == Məzmun == Xəbərdarlığın sonu == Tərcümə və nəşr == Kitab Azərbaycan, ərəb, türk, ingilis və s. dillərə tərcümə olunub və təkrar-təkrar nəşr edilib.
Bişevo adası
Bişevo adası(xorvatca Biševo, çakavi dilində — Bisovo)- Əhəng daşından təşkil olunmuş Xorvatiya adasıdır. Ada Adriatik dənizində yerləşir. Ada inzibati cəhətdən Split-Dalmasiya regionuna daxildir. == Coğrafiyası == Adanın ümumi sahəsi-5,91 km², uzunluğu təxminən 5 km, ölçüləri təxminən 4,6 × 2,2 km, sahil uzunluğu isə 18147 km-dir. Adanın sahili daşlıqdır. Burada çoxlu sayda körfəz və buxtalar, mağaralar yerləşmişdir. Ada Vis adasından minimum 4,2 km cənubda yerləşmişdir. Adanın ən yüksək nöqtəsi Strajeniça dağıdır. (239 m) Adanın mərkəzi hissəsində münbit torpaqlar üstünlük təşkil edir. Adanın şimal hissəsində isə şam ağacları üstünlük təşkil edir.
Pitevoe gölü (Ufa)
Pitevoe gölü — Ufa şəhərinə daxil olan Kirov rayonu ərazisində yerləşən şirinsulu göl. Uzunluğu 70 m, maksimal eni 20 m təşkil edir. Göl boyunca elektrik xətti keçir. Gölün sahilləri çəmən və kolluqlar basmışdır.
Pişəvər gecələri (kitab)
Pişəvər gecələri — Şiə alimi Məhəmməd Musəvi Şirazinin Şiə-Sünni mübahisəsi mövzusunda yazdığı əsər. == Məzmun == Xəbərdarlığın sonu == Tərcümə və nəşr == Kitab Azərbaycan, ərəb, türk, ingilis və s. dillərə tərcümə olunub və təkrar-təkrar nəşr edilib.