Bişevo adası(xorvatca Biševo, çakavi dilində — Bisovo)- Əhəng daşından təşkil olunmuş Xorvatiya adasıdır. Ada Adriatik dənizində yerləşir. Ada inzibati cəhətdən Split-Dalmasiya regionuna daxildir.
Bişevo adası | |
---|---|
xorv. Biševo | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 5,91 km² |
Hündür nöqtəsi | 239 m |
Əhalisi | 15 nəfər (2011-ci il) |
Yerləşməsi | |
42°58′30″ şm. e. 16°00′40″ ş. u.HGYO | |
Ölkə | Xorvatiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın ümumi sahəsi-5,91 km²[1], uzunluğu təxminən 5 km, ölçüləri təxminən 4,6 × 2,2 km, sahil uzunluğu isə 18147 km-dir.[1] Adanın sahili daşlıqdır. Burada çoxlu sayda körfəz və buxtalar, mağaralar yerləşmişdir. Ada Vis adasından minimum 4,2 km cənubda yerləşmişdir. Adanın ən yüksək nöqtəsi Strajeniça dağıdır. (239 m)
Adanın mərkəzi hissəsində münbit torpaqlar üstünlük təşkil edir. Adanın şimal hissəsində isə şam ağacları üstünlük təşkil edir. Adanın digər əraziləri isə maki ağacları ilə örtülüdür. Sahilyanı əraziləri isə qayalıqdır. Adanın sahil ərazisi balıqlarla zəngindir.[2]
1050-ci ildə Splitdən olan İvan Qrliç tərəfindən Bişevo adasında Benedikt monastrı tikilmişdir. Lakin dəniz quldurları təhlükəsi ilə üz-üzə qaldığından iki əsr sonra dağıdılmışdır. Müqəddəs Silvester kilsəsi də monastrın xarabalıqları yaxınlığında yerləşir.[3]
Bişevo adasında hal-hazırda əhalinin sürətlə azalması (Depopulyasiya) müşahidə olunur. 2001-ci il məlumatlarına görə adada 19 nəfər[4] yaşayır. Onlardan 8 nəfərin yaşı 65-dən çoxdur. 1961-ci ildə adannın əhalisinin sayı 114 nəfər olmuşdur. İkinci Dünya Müharibəsindən sonra adanın əhalisi təxminən 200 nəfərə yaxın olmuşdur. Əhali əsasən Komija şəhərində məskunlaşmışdır.
Balıqçılıq və üzümçülük Bişevo adasında iqtisadiyyatın əsas sahələridir.
Adanın görməli yerlərindən biri Mavi qrot mağarasıdır. 1884-cü ildən mağaraya giriş su yolu ilə həyata keçirilir. Mağaranın uzunluğu 18 m, hündürlüyü isə 6 m-dir. Mağara girişinin hündürlüyü 1,5 m, eni isə 2,5 m-dir.Высота входа в пещеру — полтора метра, ширина — 2,5 метра[5] Saat 10.00-dan 13.00-a kimi günəş şüaları mağaradakı su sahəsinin üzrəinə düşür və əks olunur. Əks olunan zaman mavi rəng aldığından mağaraya bu ad verilmişdir.