Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taylor Pozi
Taylor Qarsia Pozi (ing. Tyler Garcia Posey) – Amerikalı aktyor və musiqiçi. MTV-nin Gənc Qurd (2011–2017) serialında oynadığı Skott Makkoll rolu ilə tanınır. == Həyatı == Pozi, Kaliforniyanın Santa Monika şəhərində doğulmuş və Santa Klaritada böyümüşdür. Anası Sindi Terese Qarsia-Pozi və atası isə aktyor-yazıçı Con Pozidir. Onun iki qardaşı var. Anası 2014-cü ilin dekabrında döş xərçəngindən vəfat etdi. Gənc Qurdun beşinci mövsümü onun xatirəsinə həsr olunmuşdur. == Şəxsi həyatı == Pozi 2013-cü ildə uşaqlıq sevgilisi Siana Qorlik ilə nişanlandı. Cütlük həmin il on illik münasibətlərdən sonra nişanlarını qaytardı.
Kozis
Kozis — alban hökmdarı Oroysun qardaşı və Qafqaz Albaniyası çarı. Qafqaz Albaniyasını tutmaq istəyən Pompeyin Roma legionlarına qarşı ikinci savaşda Kozis alban qoşunlarına başçılıq edirdi. Kozisin qoşunlarının romalılarla döyüşü e.ə. 65-ci ildə Kürün sol sahilindəki qollarından birinin sahilində baş vermişdir. Kozisin başçılıq etdiyi alban qoşunları 60 min piyada və 12 min süvaridən ibarət idi. Albanların süvari qüvvəsi güclü olduğu halda, romalıların əsas zərbə qüvvəsini yaxşı təlim görmüş intizamlı piyada qoşunu təşkil edirdi. Buna görə də döyüşün başlanmasınadək Pompey piyadalarını süvarilərin arxasında gizlətmişdi. Albanlar təkcə Roma süvariləri ilə savaşacaqlarını zənn etdiklərindən onlara hücuma keçdilər. Bu zaman Roma piyadaları döyüşə qoşuldular və amansız savaş başlandı. Antik müəlliflərin məlumatına görə, döyüşün qızğın çağında Kozis bir neçə alban döyüşçüsü ilə Roma legionerlərinin sırasını yarıb Pompeyin müşayiətçilərinədək çatdı.
Motiv
Motiv (lat. moveo — "hərəkət edirəm") — süjetin ən sadə komponenti. Y.E.Berezkinə görə folklor-mifoloji motiv bir neçə folklor-mifoloji mətnində meydana gələn obraz və ya epizod / yaxud obrazlar / və yaxud epizodlar sistemidir.Buna misal olaraq göydə artıq olan günəşləri endirmək motividir. Digər təriflər də var. B.V.Tomaşevski "Ədəbiyyat nəzəriyyəsi". Poetika "motivi belə müəyyənləşdirir:" Əsərin ayrılmaz hissəsinin mövzusu motiv adlanır. Əslində hər təklifin öz motivi var. A.N. Veselovskinin "Süjet Poetikası"nda verdiyi tərifi: "Motiv dedikdə, ibtidai ağlın və ya gündəlik müşahidənin müxtəlif istəklərinə məcazi mənada cavab verən ən sadə hekayə vahidi nəzərdə tutulur." "Motivin işarəsi onun məcazi tək müddətli sxematikliyidir; alt mifologiya və nağılların daha da parçalanmayan elementləri bunlardır." == Motiv nümunələri == Xeyirxah vəhşi Xeyirxah quldur Başı dərddə olan qız Döyüşçü qız Doppelanger Dağlarda kral Körpələrin döyülməsi (motiv) Cazibədar şahzadə Paltar geyinmə Filosof Daşı == Ədəbiyyat == Berezkin Yu. E., Duvakin EN Folklorun və mifoloji motivlərin bölgələrə görə tematik təsnifatı və bölgüsü. Analitik kataloq.
Mozir
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Mozır
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
POSIX
POSIX (ing. Portable Operating System Interface for Unix — azərb. Unix üçün daşına bilən əməliyyat sistemləri interfeysi‎) Bir əməliyyat sistemi xidmətini təyin edən Elektrik və Elektronik Mühəndisləri İnstitutu (IEEE) standartı. POSIX standartını istifadə edən proqramlar bir sistemdən digərinə asanca daşına bilər. POSIX, UNIX sistem xidmətlərinə dayanır, ancaq başqa əməliyyat sistemləri tərəfindən də inkişaf etdirilə biləcək şəkildə yaradılmışdır.
Polis
Polis (fr. Police, q.yun. ἡ πολιτεία — dövlət, şəhər) — ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Müxtəlif ölkələrdə müxtəlif spektrdə vəzifələr yerinə yetirir. Əsas vəzifəsi cinayətkarlıqla mübarizə və yol hərəkətinin təşkilidir. Onun üzərinə obyektlərin qorunması, müəyyən sahələrdə inzibati nəzarət, dövlət orqanlarının qərarlarının yerinə yetirilməsi qoyula bilər. Həmçinin müəyyən ölkələrdə yanğın söndürmə və qəzalardan xilasetmə xidməti də polisin tabeliyindədir. Polis sistemi bəzi ölkələrdə mərkəzləşmiş (Azərbaycan, Rusiya, Türkiyə və s.), və ya qeyri-mərkəzləşmiş (Almaniya, ABŞ və s.) ola bilər. Polis orqanları bir nazirlikdə, və ya bir neçə nazirlikdə (İtaliya — "beş polis ölkəsi").
Pozan
Pozan — dəftərxana ləvazimatı. Tarixən yazını və ya ləkəni silmək üçün quru çörəkdən istifadə ediblər. Lakin Avropaya Latın Amerikasından kauçuk gətirəndən sonra (əsasən Braziliyadan), onun daha yaxşı sildiyi müşahidə edilir. Buna istinad edərək 1770-ci ildə ingilis Cozef Pristli ilk pozanı düzəldir. 1858-ci ildə aisə amerikalı Hayman Lipman karandaşın ucuna pozanın yerləşdirməklə yeni konsstruksiya ixtira edir.
Pozitiv
Pozitivizm (lat. positivus — müsbət) — XIX əsrdə meydana çıxan fəlsəfi cərəyanlardan biri. Banisi Fransa filosofu və sosioloqu Ogüst Kont hesab olunur. Pozitivizm konkret elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi sayır və fəlsəfi tədqiqatın idraki əhəmiyyətini inkar edir, nəzəri spekulyativliyi, biliklər əldə etməyin vasitəsi kimi abstraktlaşdırmanı qəbul etmirdi. Mahiyyətinə görə pozitvizm müəyyən münasibətlərdə ifrat məntiqi nəticələrə gətirib çıxarmış empirisizmdir. Bu cərəyanın idealarına əsasən, cəmiyyətdə baş verən hər hansı bir hadisəni və hər hansı bir insanın hərəkətini onun yaşadığı mühitə baxaraq başa düşmək olar. Misal üçün, pozitivizm cərəyanının ən görkəmli nümayəndələrindən biri olan Emile Durkheim (fransız) hər kəsə bir individual hərəkət kimi görsənən intihar hadisəsini cəmiyyət tərəfindən təsirləndiyini və ortaya çıxdığını apardığı empirik araşdırmalarla sübut etmişdir, amma təbii ki bütün intihar hadisələri cəmiyyətin təsirindən baş vermir. Durkheim araşdırmalarının nəticəsində müəyyən etmişdir ki, sosial-iqtisadi və yaxud siyasi böhran keçirən, sosial və ya dini dəyərlərin insanların həyatına ifrat dərəcədə təsir edən, insanın azadlığının nəzərə çarpacaq dərəcədə məhdud olduğu cəmiyyətlərdə intihar hadisələrinin sayı adətən yüksək olur. Durkheimin bu möhtəşəm və müasir dünyamızda da ekspertlər tərəfindən istinad edilən araşdırması sosiologiya elminin problemləri dərk etmək cəhətdən nə dərəcədə dəyərli elm olduğunu sübut edir. İstifadə olunan metodlar statistik məlimatları tədqiqat, intervyular və uzun müddətli zamanda bir qrupun tədqiqat metodlarıdır.
Puzır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Rozid
Rozidlər (lat. Rosidae) — i̇kiləpəlilər sinfinə aid bitki yarımsinfi.
Poni
Poni (ing. Pony) — xırda atlar. Boyu adətən 80–140 sm olur. Britaniya, İslandiya, Korsika, Siciliya, Qotland, Hokkaydo adalarında yetişdirilmişdir. Bir çox cinsi və tipi məlumdur. Kiçik kəndli təsərrüfatında, şaxtalarda, dağ yollarında, şəhərlər arasında yük daşımaqda istifadə edilir. Parklarda və bağlarda əyləncəli gəzinti məqsədilə uşaq arabalarına qoşulur. Geniş yayılmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Budiansky, Stephen. The Nature of Horses.
Poti
Poti (gürc. ფოთი) — Gürcüstanda Qara dəniz sahilində olan liman şəhər. Rioni çayının Qara dənizə töküldüyü yerdə salınmışdır. == Tarixi == Potinin 15–20 km şərqində Rioni və Xobi arasında olan çaylar Bronz, Adlerkin, Narmarnu, Ciquri, Nosiri, Sakire, Ceva, Anaklia, Eki, Senaki, Ergeta, Ureki dövrünün əhalisinin məskunlaşdığı yerlərdir. b.e.ə VI əsrdə burada Yunan koloniyası Phasis (Pasisi) yerləşirdi. Orta əsrlərdə Poti Sameqrelo knyazlığının bir qalasıydı.1578-ci ildə şəhər olaraq qəbul edildi. 29 may, 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanan Amasya müqaviləsi zamanı Poti Osmanlı İmperiyasının itaəti altına keçdi. Səfəvilər dövləti ilə olan müharibələrdən sonra Poti Liva statusuyla Batumi sancağına bağlandı. Şərqi Qara dənizdəki quldurluq halının bitməsi üçün xaraba halda olan Faş qalası 26 iyul, 1579-cu ildə yenidən inşa edildi. 1858-ci ildə şəhər liman statusu almışdır.
Aleksandr Popov
Aleksandr Stepanoviç Popov (rus. Алекса́ндр Степа́нович Попо́в; 4 (16) mart 1859, Krasnoturinsk, Perm quberniyası[d] – 31 dekabr 1905 (13 yanvar 1906), Sankt-Peterburq[…]) — rus fiziki və elektrotexniki, professor, mülki müşavir (1901), fəxri mühəndis-elektrik (1899), radionun ixtiraçılarından biri. == Həyatı == == Xatirəsi == 1945-ci ildə SSRİ MEA radionun kəşf olunmasının 50 illiyi münasibətilə A.S.Popov adına Qızıl medal təsis etmişdir. Hər il may ayının 7-si radioelektronika sahəsində görkəmli nailiyyətlər əldə etmiş alimlər bu medalla təltif edilirlər.
Boris Popov
Boris Popov (bolq. Борис Стефанов Попов; 8 iyun 1894, Sofiya, Bolqarıstan knyazlığı – 12 dekabr 1979, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Boris Popov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Centaurea albofimbriata Centaurea parilica Colchicum filifolium Colchicum soboliferum Eranthis bulgaricus Gymnadenia × borisii Hypecoum pendulum subsp. ponticum Jasione bulgarica == Əsərləri == Stefanoff, B. Monographie der Gattung Colchicum L.. — Sofia, 1926. — 100 p. Stefanoff, B. Herkunft und Entwicklung der Vegetationstypen in den Rhodopen. — Sofia, 1927. — 205 p.
Cozil boğazı
Cozil boğazı - Hind okeanının gərbində yerləşir. Mzamboro adası ilə Mayotta adasını ayırır. Mozambik boğazının bir hissəsini təşkil edir.
Hərbi polis
Hərbi polis — polis vəzifəsini icra edən hərbi qurum. Bəzi ölkələrdə bu qurumun əməkdaşları hərbi qulluqçulara və hərbi maşınların hərəkətinə nəzarət edir. Beləki, Azərbaycan da daxil olmaqla bu ölkələrdə hərbi qulluqçuları və hərbi maşınları mülki polis və ya mülki yol polisi saxlaya bilməz lakin,əgər ictimai asayişə zərər vurarlarsa yalnız saxlayıb (ondan heç bir sənəd vəsiqə istəyə bilməz) hərbi polisə və ya hərbi yol polisinə təqdim edə bilər. Bundan əlavə həmçinin mülki polisin vəzifələrin icra edən və hərbi rejimi təyin edə bilən (müəyyən vəzifələri icra edən) Daxili Qoşunlar və ya Jandarma kimi hərbi birləşmələrdə fəaliyyət göstərir.
Leonid Kozik
Leonid Kozik (belar. Леанід Козік; 13 iyul 1948, Borisov, Minsk vilayəti – 5 avqust 2023) — Belarus Həmkarlar İttifaqları Federasiyasının rəhbəri (2002-ci ildən). Daha əvvəl isə Belarusun Prezident Administrasiyası rəhbərinin müavini olmuşdur. Federasiyanın prezidenti seçildikdən sonra, 2003-cü ildən təşkilata dövlət subsidiyalarının qəbulu başlamışdır.
Leonid Popov
Leonid Andreyeviç Popov (saxa Леонид Андреевич Попов; 14 avqust 1919, Suntar ulusu, Yakutiya MSSR – 1 aprel 1990) – Saxa yazıçısı, Saxa Xalq şairi. == Həyatı == Leonid Popov 14 avqust 1919-cu ildə Saxa Respublikasının Suntar ulusunun Arılax kəndində müəllim ailəsində anadan olmuşdur. 1941-ci ildə Yakutiya Pedaqoji İnstitutununu bitirmiş, daha sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Yakutiya Kitab Nəşriyyatında və "Hotugu sulus" jurnalında çalışmışdır. 1944-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir. == Yaradıcılığı == Leonid Popovun ilk şeiri 1937-ci ildə nəşr edilmişdir. 1943-cü ildə Böyük Vətən Müharibəsi ilə bağlı şeirlər toplusu "Görüş gününü gözləyirəm" (Күүтэбин көрсүһэр күннэри) adı ilə ayrıca kitab kimi nəşr olunmuşdur. Onun poetik axtarışları "Ürəyin dibindən" (Истиҥ сүрэхтэн), "Qağayılar" (Хоптолор),"Təmiz qar üsrtündə gəzirik" (Хаамыах халыҥ хаарынан) kimi kitablarda əksini tapmışdır. Leonid Popovun ən məşhur əsəri Sovet İttifaqı Qəhrəmanı F. K. Popova həsr olunmuş "Nəğməyə çevrilən həyat" (Ырыа буолбут олох) və "Mənim Respublikam" (Мин республикабар) poemalarıdır. Leonid Popov nəsr yaradıcılığı ilə məşğul olmuş, "Tayqa cığırları" (1961) hekayələr toplusunu, "Kyundeli" (1970) povestini, "Toqo Sele" (1976) və "Maya diyarı" (1978) romanlarını nəşr etdirmişdir.
Medicago polia
Polio vaksini
Polio vaksini - poliomielit (polio) xəstəliyinin qarşısını almaq üçün istifadə olunan vaksin. İki növü istifadə olunur: inyeksiya ilə verilən təsirsizləşdirilmiş poliovirus (IPV) və ağız vasitəsilə qəbul edilən zəifləndirilmiş poliovirus (OPV). Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün uşaqlara poliomielit əleyhinə tam peyvənd edilməsini tövsiyə edir. İki peyvənd dünyanın əksər hissəsində poliomielit xəstəliyini aradan qaldırdı və hər il bildirilən halların sayını 1988-ci ildəki 350000-dən 2018-ci ildə 33-ə endirdi. Qeyri-aktiv edilmiş poliomielit peyvəndləri çox təhlükəsizdir. İnyeksiya yerində yüngül qızartı və ya ağrı ola bilər. Ağızdan poliomielit peyvəndləri verilən milyon dozada peyvəndlə əlaqəli paralitik poliomielitin təxminən üç hadisəsinə səbəb olur. Bu, poliomielit infeksiyasından sonra iflic olan milyonda 5000 hadisə ilə müqayisə edilir. Hər iki peyvənd növü ümumiyyətlə hamiləlik dövründə və HİV/AİDS-i olan, lakin başqa cür yaxşı olanlara vermək üçün təhlükəsizdir. Bununla belə, dövriyyədə olan peyvənddən əldə edilən poliovirusun (cVDPV) ortaya çıxması, peyvənd virusunun yenidən poliomielitə səbəb olan bir forması, peyvəndi daha təhlükəsiz və təhlükəsiz etmək məqsədi daşıyan yeni oral poliomielit peyvəndi tip 2-nin (nOPV2) inkişafına səbəb olmuşdur.
Polis (antik)
Polis (q.yun. πόλις, πολιτεία — tərc. "şəhər") — şəhərətrafı mülkləri, çox sayda qeyri-bərabər hüquqlu qulları olan və özünü siyasi qurum (adətən, dövlət) şəklində təqdim edən mülki şəhər icması, Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması. Müasir tarix elmində Qədim Yunanıstandakı şəhər-dövlətləri ifadə etmək üçün işlədilir.
Robert Nozik
Robert Nozik (16 noyabr 1938[…], Bruklin, Nyu-York ştatı – 23 yanvar 2002[…], Kembric, Massaçusets) — Amerikalı filosof, "Anarxiya, Dövlət və Ütopiya" kitabı ilə tanınır. == Həyatı == Robert Nozik, miqrant bir ailənin övladı olaraq Bruklində doğulmuşdur. Nozik 1959-cu ildə Kolumbiya Universitetindən məzun olarkən sosialist görüşlü və solçu qruplaşmalarından birinin üzvü idi. Daha sonra siyasi fikirləri Prinston,Oksford və Rokfeller universitetlərində işlədikdən sonra 1965-ci ildə Harvard universitetinə qəbul olmuşdur.1969-da fəlsəfə professoru olmuş və ömrünün sonuna kimi orada işləmişdir.
Salix polia
Çubuqşəkilli söyüd (lat. Salix viminalis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Diplima viminalis (L.) Raf. Salix viminalis var. genuina Turcz.
Sheareria polii
Sheareria (lat. Sheareria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Sheareria nana S.Moore Sinonim Sheareria polii Franch.