Leonid Popov

Leonid Andreyeviç Popov (saxa Леонид Андреевич Попов; 14 avqust 1919[1], Suntar ulusu, Yakutiya MSSR1 aprel 1990) – Saxa yazıçısı, Saxa Xalq şairi.

Leonid Popov
Leonid Andreyeviç Popov
Doğum tarixi 14 avqust 1919(1919-08-14)[1]
Doğum yeri Arılax kəndi, Suntar ulusu, Saxa Respublikası[2]
Vəfat tarixi 1 aprel 1990(1990-04-01) (70 yaşında)
Vəfat yeri Yakutsk, Saxa Respublikası
Milliyyəti saxa türkü
Təhsili Yakutiya Pedoqoji İnstitutu
Fəaliyyəti yazıçı, şair
Fəaliyyət illəri 1937-1990-cu illər
Əsərlərinin dili rus dili,saxa dili
Janrlar şeir, poema, hekayə, povest, roman, dram
Tanınmış əsərləri "Күүтэбин көрсүһэр күннэри" (“Görüş gününü gözləyirəm”), 1943
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
"Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni

Leonid Popov 14 avqust 1919-cu ildə Saxa Respublikasının Suntar ulusunun Arılax kəndində müəllim ailəsində anadan olmuşdur. 1941-ci ildə Yakutiya Pedaqoji İnstitutununu bitirmiş, daha sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Yakutiya Kitab Nəşriyyatında və "Hotugu sulus" jurnalında çalışmışdır. 1944-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Leonid Popovun ilk şeiri 1937-ci ildə nəşr edilmişdir. 1943-cü ildə Böyük Vətən Müharibəsi ilə bağlı şeirlər toplusu "Görüş gününü gözləyirəm" (Күүтэбин көрсүһэр күннэри) adı ilə ayrıca kitab kimi nəşr olunmuşdur. Onun poetik axtarışları "Ürəyin dibindən" (Истиҥ сүрэхтэн), "Qağayılar" (Хоптолор),"Təmiz qar üsrtündə gəzirik" (Хаамыах халыҥ хаарынан) kimi kitablarda əksini tapmışdır.

Leonid Popovun ən məşhur əsəri Sovet İttifaqı Qəhrəmanı F. K. Popova həsr olunmuş "Nəğməyə çevrilən həyat" (Ырыа буолбут олох) və "Mənim Respublikam" (Мин республикабар) poemalarıdır. Leonid Popov nəsr yaradıcılığı ilə məşğul olmuş, "Tayqa cığırları" (1961) hekayələr toplusunu, "Kyundeli" (1970) povestini, "Toqo Sele" (1976) və "Maya diyarı" (1978) romanlarını nəşr etdirmişdir.

Onun "Qartallar yüksəklərdə uçur" (1959), "Oxon oğulları" (1968) pyesləri uğurla səhnəyə qoyulmuşdur. Ədib həmçinin Saxa Respublikasının brilyant mədənçilərinə həsr olunmuş "Narahat istirahət" (Түбүктээх сынньалаҥ) pyesinin müəllifidir. Leonid Popovun əsərlərinin bir qismi uşaq ədəbiyyatı ilə bağlıdır.

Əsərlərini doğma ana dili olan saha dilində yazmışdır. Leonid Popov bir çox rus ədiblərinin, o cümlədən N. V. Qoqolun "Taras Bulba", B. Polevoyun "Əsil insan haqqında povest", Aleksandr Fadeyevin "Gənc qvardiya" əsərlərini, Aleksandr. S. Puşkinin, Mixail Lermontovun, Vladimir Mayakovskinin şeirlərini saxa dilinə çevirmişdir.

  • Утро над Леной: Стихи и поэмы. – М.: – Якутск, 1953.
  • Свет над тайгой: Стихи и поэмы. – М.: Сов. писатель, 1953.
  • Алмазный край: Стихи. – М.: Сов. Россия, 1958.
  • Снегопад: Стихи и поэмы / Пер. Д. Романенко. – М.: Гослитиздат, 1963.
  • Твердость – десять: Стихи. – М.: Сов. писатель, 1966.
  • Талыллыбыт айымньылар. – Дьокуускай: 1969
  • Песни Вилюя: Стихи / Пер. А. Преловский. – М.: Сов. Россия, 1970.
  • Ищу алмазы: Стихи / Пер. Ю. Разумовский. – М.: Сов. писатель, 1974.
  • Я – ветка тайги: Стихи. – М.: Современник, 1977.
  • От океана до океана: Стихи и поэмы. – М.: Гослитиздат, 1979.
  • Тоҕой Сэлэ. Роман. / Пер. А. Гурулев. – М, 1981
  • Күннээх таас. Кэпсээннэр, сэһэн. – Дьокуускай:1982
  • Зову май: Стихи / Пер. Ю. Разумовский. – М.: Современник, 1986.
  • Кынаккын уун миэхэ, кыталык. – Дьокуускай: 1989
  1. 1 2 Попов Леонид Андреевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Попов Леонид Андреевич // Большая советская энциклопедия: [в 30 т.] / под ред. А. М. Прохорова — 3-е изд. — М.: Советская энциклопедия, 1969.
  3. "Библиотека Сибирского краеведения". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-15.
  4. "Якутский государственный литературный музей". 2013-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]