Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polessk
Polessk (rus. Полесск) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Bulbophyllum gomesii
Bulbophyllum gomesii (lat. Bulbophyllum gomesii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Françeska Pomeri
Françeska Pomeri (d. 18 fevral 1993) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Françeska Pomeri, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Poetik tərcümələr
Meşik (Urmiya)
Meşik (fars. مشيك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (33 ailə).
Poetik tərcümələr (kitab)
Xuan Qomesin Somosierra aşırımında itkin düşməsi
Xuan Qomesin Somosierra aşırımında itkin düşməsi (isp. La desaparición de un niño de Somosierra.) - 1986-cı ilin 25 iyun tarixində İspaniyanın paytaxtı Madrid şəhərindən şimalda yerləşən Somosierra aşırımında baş vermiş yük avtomobil qəzası nəticəsində Xuan Perdo Martinez Qomes (isp. Juan Pedro Martínez Gómez) adlı 10 yaşlı İspaniya vətəndaşının itkin düşməsi hadisəsi. İnterpol baş vermiş itkin düşmə hadisəsinin son 30 il ərzində Avropadakı ən mistik və sirri açıla bilməyən itkin düşmə hadisəsi olduğunu bildirmişdir. 1986-cı ilin yayında hadisə baş verən zaman Xuan Pedronun 10 yaşı vardı. Hadisə Madrid şəhərindən şimalda yerləşən Somosierra dağ keçidində baş vermişdir. Xuanın atası Andres Martinez Navvaro şəxsi Volvo F-12 tipli yük maşını ilə yerli neft-kimya şirkətlərindən birində sürücü olaraq çalışırdı. Hadisə günü Martinez Navvaro, həyat yoldaşı və 10 yaşlı oğlu Mursiya bölgəsindən Bilbao şəhərinə doğru səfər etməkdə idilər. Sürücü 20 min litr kükürd turşusu məhlulu daşımaqda idi. Somosierra dağ keçidində irəliləyən zaman yük maşının əyləc sistemində yaranmış problemə görə yük avtomobili dərədən aşağı yuvarlanaraq, qəza törətmişdir.