Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fonolit
Fonolit — porfir və ya afir quruluşlu leykokrat vulkanik süxur Nefelinli siyenitlərin effuziv analoqu olub orta tərkibli qələvi sıralı süxur qrupuna, feldşpatoidli fonolitlər ailəsinə aiddir. Qələvi çöl şpatları və feldşpatoidlərdən (nefelin, sodalit, hauin, nozean, analsim, kankrinit, leysit və başqa), qələvi piroksendən və (və ya) amfiboldan, bəzən biotit və olivindən ibarətdir. Əsas kütləsinin tərkibi nefelin və ya anortoklazın üstünlüyü ilə fərqlənir. Nadir hallarda şüşəli (az miqdarda) olur. Silisium oksidinin miqdarına (50–53%) görə qələvi sıralı əsasi süxurlar qrupuna aid olan fonolitlər (nefelin-sodalitli, leysitli və başqa) də məlumdur. Tərkib, quruluş və mineralların nisbətinə görə müxtəlif növlərə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Monasit
Monasit — mineral, (Se, La)[PO4]. Qatışıqları (%): ThO2- 28-dək; SiO2- 6-dək; CaO- 2-dək; V2O5 — 5-dək və b. == Haqqında == Monasit — monoklinik. Kristalları {100} üzrə yastılaşmış, prizmatik, izometrik, pazabənzər. Ayrılması {100Mi} üzrə mükəmməl, {010} üzrə qeyri-mükəmməl. Rəngi qəhvəyi, sarı; bəzən yaşılımtıl. Parıltısı qatranı. Sərtliyi 5–5,5. Xüsusi çəkisi 4,9–5,5. Çox vaxt radioaktivdir.
Karbon monoksit
Karbon monoksid və ya dəm qazı bir karbon və bir oksigen atomundan ibarət qeyri-üzvi molekulun adıdır. Karbon oksidində karbon və oksigen arasında üçqat rabitə var. Molekulyar formulu: CO. Molekulyar çəkisi: M: 28,01 q/mol. Rəngsiz, qoxusuz, dadsız qazdır. Bəzən göründüyü kimi sobalarda mavi alovla yanır. Çox güclü zəhərdir. Nəfəs alınan havada onun konsentrasiyası artarsa, qana keçir və O2 ilə müqayisədə oksigenin daşındığı hemoqlobinə daha asan bağlanır. Başqa sözlə, bütün karbon monoksidlər tükənmədən O2 bağlana bilməz. Bu baxımdan oksihemoqlobin əmələ gələ bilmir və qanda karboksihemoqlobin artır, oksigen toxumalara daşına bilmir və hüceyrə ölümü baş verir. Karbon monoksid qan hemoqlobininin mərkəzi atomu olan dəmirə bağlanaraq ölümə səbəb olur.
Monolit (bina)
"Monolit" Azərbaycanın paytaxtında, Bakı şəhərində çoxmərtəbəli bir binadır. Binanın cənub fasadı İstiqlaliyyət küçəsinə (əvvəlki Kommunistiçeskaya), şimal — Əhməd Cavad küçəsinə (əvvəlki Əliheydar Qarayev), əsas şərqə — Azərbaycan prospektinə (keçmiş Hüsü Hacıyev küçəsi) baxır. 1940-cı ildə memar Konstantin Sençixin tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrinə əsasən "Monolit" Azərbaycanda yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsidir. == Tarix == Başlanğıcda binanın yerində şəhərin zibil yeri var idi [3]. 19-cu əsrin sonunda bu yerdə bir-birinə möhkəm sarılmış bir və iki mərtəbəli kiçik evlər meydana çıxdı [4]. İyirminci əsrin 30-cu illərinin əvvəllərində bu ərazidə böyük bir yaşayış binası tikilməsinə qərar alıdı. Bu baxımdan burada yerləşən xarab olan evlər sökülməyə başlandı. Sahədə kəşfiyyat işləri və geoloji tədqiqat aparılmağa başlandı. Planlaşdırılan tikinti yerində nəhəng monolitik bir qayanın çıxdığını aşkar edən çox sayda kəşfiyyat quyusu qazıldı.
Monolit nüvə
Monolit nüvə — tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Əli Vyaçeslav Polosin
Əli Vyaçeslav Sergeyeviç Polosin - İslamı qəbul etmiş rus və tanınmış alimdir. == Həyatı == Vyaçeslav Serqeyeviç Polosin 1956-cı ilin iyun ayının 26-da Moskva şəhərində dünyaya gəlmişdir. Milliyyətcə rusdur. Fəlsəfə elmləri üzrə doktor və politologiya üzrə isə namizəddir. 1978-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini “sosiologiya” ixtisası üzrə bitirmişdir. Diplomu: “Maks Veberin “kapitalizmin ruhu” konsepsiyasının tənqidi” olmuşdur. == Rus Pravoslav Kilsəsində fəaliyyəti == 1980-ci ildə pravoslav kilsəsində qiraətçi kimi işə başlamış, 1983-cü ildə isə Moskva Ruhani seminariyasını bitirmişdir. 1983-1985 illər arası Orta Asiyada keşiş kimi fəaliyyət göstərərək, Düşənbə şəhərindəki kilsələrin birində baş keşiş vəzifəsini icra etmişdir. 1985-ci ildən 1988-ci ilə kimi Rus Pravoslav kilsəsinin nəşriyyat şöbəsinin ştatdankənar əməkdaşı olmuşdur. 1988-ci ildən 1991-ci ilə kimi Kaluqa vilayətinin Obninsk şəhərindəki kilsədə protoierey (baş keşişi) vəzifəsində çalışmışdır.