Monasit — mineral, (Se, La)[PO4]. Qatışıqları (%): ThO2- 28-dək; SiO2- 6-dək; CaO- 2-dək; V2O5 — 5-dək və b.
Monasit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Monasit — monoklinik. Kristalları {100} üzrə yastılaşmış, prizmatik, izometrik, pazabənzər. Ayrılması {100Mi} üzrə mükəmməl, {010} üzrə qeyri-mükəmməl. Rəngi qəhvəyi, sarı; bəzən yaşılımtıl. Parıltısı qatranı. Sərtliyi 5–5,5. Xüsusi çəkisi 4,9–5,5. Çox vaxt radioaktivdir. Qranit və qneyslərdə, qələvi siyenitlərdə, onların peqmatitlərində, qreyzen və karbonatitlərdə, Alp tipli damarlarda, səpintilərdə rast gəlinir. Növü: çeralit. Qurğuşun üsulu ilə radiogen yaş təyinində istifadə edilir. Sinonimi: Urdit.