Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boninit
Boninit - tərkibində 34% bronzit, 60% şüşə, 5% olivin və diallaq, 1% apatit və filiz mineralları olan vulkanik süxurdur. Tərkibində adətən çöl şpatları olmur və ya da çox cüzi miqdarda iştirak edir. Tipik boninit porfir quruluşlu — yüksək maqneziumlu andezitdir. Fenokristal assosiasiyası plagioklazsız olur. Boninit yalnız yüksək dərəcədə təkrar kristallaşmış az maqneziumlu növlərinin əsas kütləsində çöl şpatı, kvars, hornblend və maqnetit olur. Növü: bronzitli limburgit. Sinonim: Bronzitli sakalavit. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Poçinok
Poçinok — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Potinin işğalı
Rus ordusu tərəfindən Potinin işğalı — 2008-ci ildə Gürcüstan-Cənubi Osetiya qarşıdurmasının aktiv mərhələsində Gürcüstanın Poti şəhərinin rus ordusu tərfindən işğalı. == İşğaldan əvvəlki vəziyyət == Poti Qara dəniz sahilində Gürcüstanın iqtisadi cəhətdən əsas limanıdır. Poti dənizə çıxışı olmayan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün kritik bir giriş nöqtəsidir. == İşğal == Rusiya təyyarələri 8 avqustda Potini bombalayır və liman iki gün bağlı qalır. Rusiya Hərbi Hava Qüvvələri 9 avqustda limana hücum edir. Rusiya hərbi gəmiləri 10 avqust 2008-ci ildə Poti də daxil olmaqla Qara dəniz sahilindəki Gürcüstan limanlarının yaxınlığında yerləşdirilir. Avqustun 11-də gürcü səlahiyyətliləri rus qüvvələrinin Potiyə daxil olduğunu, ancaq Rusiya yalnız kəşfiyyat missiyası göndərdiyini iddia edir. 12 avqustun səhərində, Rusiya prezidenti rus hərbi əməliyyatları dayandıracağını açıqladıqdan bir saat sonra bombardman səsləri eşidilir. Rus qoşunları Poti limanından keçərək onun ətrafında mövqelər tutur.. 12 avqustda Rusiya Qara Dəniz Donanmasının döyüş gəmiləri Poti limanına uğurlu basqın təşkil edir.
Manuela Boçini
Manuela Boçini (26 iyul 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Manuela Boçini İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Point Blank
Point Blank — Cənubi Koreyanın oyun şirkəti Zepetto tərfindən yaradılan onlayn birinci şəxs atıcı oyundur. Oyun 2008-ci ildə yayımlanmışdır. Oyun CT-Force və Free Rebels arasındakı müharibə haqqındadır. Oyunda rütbə sistemi vardır. "Hərbi şagird" rütbəsi ilə başlanır və ən yüksək rütbə "Baş General"dır. Oyun keçirdikcə təcrübə xalı və oyun xalı qazanılır. Oyunda bəzi özəl əşyaları və silahları da almaq üçün əsl pul ilə ala biləcəyimiz oyun pulu da istifadə olunur. Oyunda 7 fərqli format və bir çox xəritə var. == Obrazlar == === CT-Force === CT Force polis qrupu Free Rebels üsyançılarına qarşı ölkəni müdafiə edirlər. Qrupda 3 qadın, 2 kişi obraz var.
Hat Point yarımadası
Hat Point yarımadası (ing. Hut Point Peninsula) — Eni 4,8 km, uzunluğu 24 km təşkil edir. Cənub-qərbi sıldırımlıdır, Erebus vulkanı və Ross adası onun yaxınlığında yerləşir. Robert Skott 1901-1904-ci illərdə (Diskaveri) əraziyə ilk ekspedisiya təşkil edir. Hat Pointdə xüsusi düşərgə yaradılır. Ernest Seklton əraziyə təşkil etdiyi ekspedisiya zamanı düşərgədən yararlanır (Nimrod). Növbəti dəfə təşkil edilən ekspedisiya zamanı düşərgədən istifadə edilir (Terra Nova 1907-1909). 1914-1917-ci illərdə əraziyə "İmperator transantarktik ekspedisiya" təşkil edilir. Yarımadada MakMedro (ABŞ) və Skott Beys (Yeni Zellandiya) elmi stansiya fəaliyyət göstərir. Antarktida haqqında konvensiyaya görə "Diskoveri" düşərgəsi xüsusi qorunan ərazilərdən biridir.
Network Access Point
Network Access Point – İnternet xidməti provayderlərin, yaxud başqa şəbəkələrin İnternetə çıxışını təmin etmək üçün baş yola (BACKBONE) qoşulduğu yer. Daha aşağı səviyyəli şəbəkələr, adətən, POP nöqtələri vasitəsilə birləşdirilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.