Bu məqalə qaralama halındadır. |
Boninit - tərkibində 34% bronzit, 60% şüşə, 5% olivin və diallaq, 1% apatit və filiz mineralları olan vulkanik süxurdur. Tərkibində adətən çöl şpatları olmur və ya da çox cüzi miqdarda iştirak edir. Tipik boninit porfir quruluşlu — yüksək maqneziumlu andezitdir. Fenokristal assosiasiyası plagioklazsız olur. Boninit yalnız yüksək dərəcədə təkrar kristallaşmış az maqneziumlu növlərinin əsas kütləsində çöl şpatı, kvars, hornblend və maqnetit olur. Növü: bronzitli limburgit. Sinonim: Bronzitli sakalavit.
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.