Point Blank

Point BlankCənubi Koreyanın oyun şirkəti Zepetto tərfindən yaradılan onlayn birinci şəxs atıcı oyundur. Oyun 2008-ci ildə yayımlanmışdır.

Point Blank
Buraxılış tarixləri 10 dekabr 2010, 10 noyabr 2015[1]
Janr birinci şəxs atıcı
Texniki məlumat
Platforma Microsoft Windows
Oyun rejimi çoxnəfərli oyun
Daşıyıcı rəqəmsal distribusiya
İdarəetmə kompüter klaviaturası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyun CT-Force və Free Rebels arasındakı müharibə haqqındadır. Oyunda rütbə sistemi vardır. "Hərbi şagird" rütbəsi ilə başlanır və ən yüksək rütbə "Baş General"dır. Oyun keçirdikcə təcrübə xalı və oyun xalı qazanılır. Oyunda bəzi özəl əşyaları və silahları da almaq üçün əsl pul ilə ala biləcəyimiz oyun pulu da istifadə olunur. Oyunda 7 fərqli format və bir çox xəritə var.

CT Force polis qrupu Free Rebels üsyançılarına qarşı ölkəni müdafiə edirlər. Qrupda 3 qadın, 2 kişi obraz var.

  • Acid Pool
  • Leopard
  • Yeni Leopard

Qadın obrazlar

[redaktə | mənbəni redaktə et]
  • Keen Eyes
  • Hyde
  • Chou

Separatçı terror qrupudur. Hökumətə qarşı üsyan çıxarır və polislər ilə mübarizə aparırlar. Qrupda 3 qadın, 2 kişi obraz vardır.

  • Red Bulls
  • D-Fox

Qadın Obrazlar

[redaktə | mənbəni redaktə et]
  • Tarantula
  • Viper Red
  • Rica

Oyun formatları

[redaktə | mənbəni redaktə et]

Bu format ən sadə formatdır. Əsas məqsəd daha çox düşmən vurmaqdır. Əgər sizi vurublarsa, Canlanma müddəti (adatən 4 saniyə çəkir) bitəndən sonra oyuna davam edə bilərsiniz. Ən çox düşmən vurmuş komanda qalib gəlir.

Bu format TDM formatına bənzəsə də, burada raund məsələsi olur. Əsas məqsəd hər raundda rəqib komandadakı bütün rəqibləri məhv etməkdir. Əgər sizi vurublarsa, növbəti raundu gözləməlisiniz. Təyin edilmiş raund sayısına çatan ilk komanda qalib gəlir.

Bu formatda da raund söhbəti var. Oyunda Free-Rebelsin əsas məqsədi A və ya B nöqtələrinin birinə bomba qoyub partlatmaq, CT-Forcenin əsas məqsədi isə buna mane olmaqdır. Təyinedilmiş raund sayısına çatan komanda qalib gəlir.

Burada da raunddan istifadə olunur. Bu formatda CT-Force A və B tanklarını 3 dəqiqə ərzində qorumalı, Free-Rebels isə bu tankların ikisini də məhv etməlidir. Raundu məqsədinə çatan udur. Təyin edilmiş raund sayısına çatan ilk komanda qalib gəlir.

Bu modda raunddan istifadə olunur. Beləki iki komandanın hərəsinə aid bir helikopteri olur. Komandaların əsas məqsədi həm öz helikopterini qorumaq həm də digər komandanın helikopterini məhv etməkdir. Verilmiş vaxt ərzində hansı komanda rəqib helikopteri məhv edərsə o qalib gəlir. Yox əgər hec kimsə hədəfi partlada bilməzsə, hədəfə ən çox atəş edən komanda qalib gəlir.

Bu modda yalnız yumruqlar işə düşür. Oyunda istifadə edəciyimiz yeganə silahlar beş barmaqdlardır. Oyunda hədəf xala çatan yaxudda verilmiş vaxt ərzində ən çox xal yiğan komanda qalib gəlir.

Qaçış modu 2 raunddan ibarətdir. İlk raunda CT Force dinozavrlarla mubarizə aparır dinoları öldürənlər öldürür öldurməyənlər isə müxtəlif qaçış yerlərindən qacib komandalarına xal gətirirlər. İkinci raundda isə Free Rebels dinolarla mübarizə aparır oyunda ən çox xal yığan komanda qalib gəlir.

1 — Silahlardan öndə gedəni hücum silahlarıdır ki, bunlar yaxın və uzaq məsafədə yaxşı təsir etmə qabilyətinə malikdir. Bunlara Aug A3, Famas G2, G36, M4A1, AK-47 və s. aiddir.

2 — Hücum silahlarından sonra Yüngül Lehimli silahlardır ki bunları atəş açma qabilyəti cəld olduğundan yaxın məsafədə böyük təsiri var. Bunlar Kriss Super V., MP7, P90 FN, P90 M. C. S və M. C. və s. aiddir.

3 — Snayperlər. Bu silahlar uzaq məsafədə çox təsirləri olur. Onları uzaq məsafədə olan düşmanı məhv etmək üçün istifadə edirlər. Bunlara L115A1, Cheytac M200, Barret M82A1, S. V. Dragunov və s. aiddir.

4 — Ağır Lehimli Silahlar. Bu silahları yoxetmə modlarında İstifadə edilir. Bu silahların təsir etmə və düşməni məhvetmə qabiliyyəti çox zəifdir. Bunlara MK-46, L86 LSW, RPG-7 və s. aiddir.

5 — Tapancalar ikinci silah kimi işlədilir. İkinci silahı istifadə edərkən hərəkət qabilyəti normallaşır, oyunçu rahat hərəkət edir. Bunlara Colt Python, Glock 18, Desert Eagle, MK23 və s. aiddir.

6 — Yaxın məsafə silahları. Düşməni yaxında ikən məhv etmə qabiliyyətinə malikdirlər. Bəziləri bir vuruşla öldürürlər. Bunlara Amok Kukri, Combat Machete, Mini Axe, Fang Blade, Balistic Knife və s. aiddir.

7 — Pnevmatik silahlar. Pnevmatik silahlar düşmən yaxında ikən məhvetmə qabiliyyəti böyük olur, uzaq məsafədə məhvetmə qabiliyyəti çox zəif olur. Bu silahlara M1887, Spas 12, 872 MSC və s. aiddir.

Klan (Qəbilə) oyunu

[redaktə | mənbəni redaktə et]

Klan oyununda əsas məsələ odurki ya klan masteri (sahibi) olasan ya da hansısa klana mənsub olasan. Klan oyunu oynamaq üçün klan serverinə daxil olasan öz komandanı yığıb klan oyunu oynayasan. Klan oyununda sənin komanda digər rəqib komanda ilə oynayır ya da istəyə görə 4x4 olaraq komandanız arasında bölüşüb oynaya bilərsiniz. Rəqib komanda ilə oynadıqdan (ya udub ya da uduzduqdan) sonra oyunun sonunda yigilan XP' lər toplanır və klan faizi artır. Klanında oyunçular kimi rütbələri olur və beləcə klanınızın rütbəsi artmış olur. Klan rütbəsi yalnız klan serverində artır.

Klanda sahiblik və idarəçilik.

Klanın sahibidir. Klanda dəyişiklik etməyi, klandaki oyunçular arasında rütbələri bölüşdürmə səlahiyyətinə malikdir.

Master klanı tam idarə edə bilmədikdə və ya oyunda olmadıqda klan idarəçisi (idarəçiləri) oyunu idarə edir. Master istədiyi səlahiyyəti (klana oyunçu almaq və ya atmaq, forum yazısı dəyişmək və s.) idarəçiyə verir.

  1. Piercing Blow // Internet Game Database (ing.). 2012.