Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poreçnı adası
Poreçnı adası — Rostov vilayətinin ərazisində, üç çayın birləşdiyi ərazidə yerləşən ada. Şimaldan Şimali Dones çayı, cənubdan Sal çayı, şərqdən — Köhnə Don çayları ilə əhatələnir. == Təsviri == Adanın sahəsi 660 hektardır. Eni 3–4 km, uzunluğu isə 11 km təşkil edir. Ada üçbucağı (ürəyi) xatırladır. Geoloji çat ərazisində yerləşir. Ada ərazisində iki göl vardır ki, onlarda isti iqlim səbəbindən qurumuşdur. Ada lanşaftı zənginliyi ilə seçilir. Burada çöl, savanna, səhra və leşəlik belə vardır. Burada yaşayan Ağquyruq dəniz qartalı və baklan Rusiyanın Qırmızı kitabına daxil edilmişdir.
Yelena Posevina
Yelena Aleksandrovna Posevina (d. 13 fevral 1986; Tula, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Yelena Posevina, Rusiyanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil edib və 2 dəfə qızıl medal qazanıb. Yelena Posevina həmdə, dörd dəfə Dünya, altı dəfə isə Avropa çempionu olub. == Karyerası == Yelena Posevina, 2004-cü ildə Rusiya bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olesya Beluqina, Olqa Qlatskix, Tatyana Kurbakova, Natalya Lavrova və Yelena Murzina ilə birgə finalda 49.875 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı. Yelena Posevina, növbəti dəfə Olimpiya Oyunlarına 2008-ci ildə Çinin paytaxtı Peкin şəhərində XXIX Yay Olimpiya Oyunlarında qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Marqarita Aliyçuk, Anna Qavrilenko, Tatyana Qorbunova, Darya Şkurixina və Natalya Zuyeva ilə birgə finalda 35.550 xal toplayaq 1-ci yeri tutdu və 2-ci dəfə Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Posev (nəşriyyat)
"Posev" azad rus nəşriyyatı — Almaniyada RHXHİ-dən olan rus mühacirləri tərəfindən təsis edilmiş nəşriyyat. Nəşriyyat rus dilində kitablar (o cümlədən bədii ədəbiyyat), həmçinin "Posev" və "Qrani" jurnallarını etmişdir. == Tarixi == "Posev" nəşriyyatı 1945-ci ildə Almaniyanın ABŞ işğal zonasında məcburi köçkünlər üçün Mönxenhof düşərgəsində təsis edilmişdir. 1947-ci ildə nəşriyyat Limburq-an-der-Landa, yanvarda isə Frankfurt-Mayn şəhərinə köçmüşdür. 1992-ci ildə Moskvada filialı açılmışdır. == Əlavə ədəbiyyat == Посев. Менкендорф, Лимбург-на-Лане, Франкфурт-на-Майне, Москва: Possev-Verlag. 1945—. Издательство «Посев»: 1945—1985. Франкфурт-на-Майне: Possev-Verlag.