Yelena Aleksandrovna Posevina (d. 13 fevral 1986; Tula, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Yelena Posevina, Rusiyanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil edib və 2 dəfə qızıl medal qazanıb.
Yelena Posevina | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Tula, Rusiya |
Boyu | 176 sm |
Çəkisi | 56 kq |
İdman növü | Bədii gimnastiкa |
Yelena Posevina həmdə, dörd dəfə Dünya, altı dəfə isə Avropa çempionu olub.
Yelena Posevina, 2004-cü ildə Rusiya bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olesya Beluqina, Olqa Qlatskix, Tatyana Kurbakova, Natalya Lavrova və Yelena Murzina ilə birgə finalda 49.875 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Yelena Posevina, növbəti dəfə Olimpiya Oyunlarına 2008-ci ildə Çinin paytaxtı Peкin şəhərində XXIX Yay Olimpiya Oyunlarında qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Marqarita Aliyçuk, Anna Qavrilenko, Tatyana Qorbunova, Darya Şkurixina və Natalya Zuyeva ilə birgə finalda 35.550 xal toplayaq 1-ci yeri tutdu və 2-ci dəfə Olimpiya Oyunlarının qızıl medalını qazandı.