Poreçnı adası — Rostov vilayətinin ərazisində, üç çayın birləşdiyi ərazidə yerləşən ada. Şimaldan Şimali Dones çayı, cənubdan Sal çayı, şərqdən — Köhnə Don çayları ilə əhatələnir.
Poreçnı adası | |
---|---|
rus. Поречный | |
Ümumi məlumatlar | |
Sahəsi | 6,6 km² |
Əhalisi | 0 nəfər |
Yerləşməsi | |
47°32′47″ şm. e. 40°41′01″ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
Adanın sahəsi 660 hektardır. Eni 3–4 km, uzunluğu isə 11 km təşkil edir. Ada üçbucağı (ürəyi) xatırladır. Geoloji çat ərazisində yerləşir. Ada ərazisində iki göl vardır ki, onlarda isti iqlim səbəbindən qurumuşdur.
Ada lanşaftı zənginliyi ilə seçilir. Burada çöl, savanna, səhra və leşəlik belə vardır. Burada yaşayan Ağquyruq dəniz qartalı və baklan Rusiyanın Qırmızı kitabına daxil edilmişdir. Ada Rostov vilayətinin tarixi abidələri siyahısına daxil edilsə də, qorunma həyata keçirilmir. Adanın araşdırılmasına 1990-cı illərdən başlanmışdır. Bura hətta «Poreçnı adasının sirri» turistik maşrutlar təşkil edir.
Adanın təsviri hətta Vasili İvanoviç Surikov tərəfindən çəkilmişdir. Adada Yermak meşəsi[1] vardır.
Ada ərazisində daş və dəmir dövrlərinə aid yaşayış məntəqələri vardır. Burada hətta erkən orta əsrlər dövründə belə yaşayış olmuşdur. Xalqların böyük köçü zamanı V əsrdə hunların hücumuna məruz qalır.
Adada don kazaklarının ilk hərbi düşərgəsi yerləşirdi. İvan Qroznının önəmində adada Moskva şəhərinin tikilməsi fikiri irəli sürülürdü. Üstəlik atamanların söhbətlərində adada şəhərin salınması üçün kifayət qədər meşə materialının olmasını deyirdilər.
Adada atamanlara aid kəndin olması ehtimal edilir. Burada yaşayan atamanlar aid ən qədim yazılı məlumat 1570-ci ilə aiddir. Bu zaman İvan Qroznı atamanlara Moskva dövləti ilə ittifaqa girməyi məsləhət görür. Əvəzində isə onları mükafatlandıracağını bildirir[2].
Arxeoloji baxımıbdan zəngin ərazidir. 1994-cü ildə arxeoloq Aleksadr Smolyak adada katakomba qəbrlərini aşkarlamışdır. İki kameraya oxra səpilmişdi[3].