Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pripek burnu
Pripek burnu (bolq. нос Припек, ‘Nos Pripek’ \'nos 'pri-pek\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şimal-qərbdə yerləşən burundur. Burun şimali, cənub-şərqi, şimal-şərqi və cənubi Bolqarıstanda yerləşən Böyük Pripek şəhərinin adını daşıyır. == Yerləşməsi == Tuorda burnundan 3.65 km şimalda, Rossa burnundan 3.55 km şimal-şərqdə, Biser burnundan 6.8 km cənub-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD).
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. == Həyatı == Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Riyeka
Riyeka (xorv. Rijeka) — Xorvatiyanın Zaqreb və Splitdən sonra üçüncü ən böyük şəhəri. Riyeka ölkənin ən böyük liman şəhəridir və Dalmasiya bölgəsinin şimalında, İstriya yarımadasının yaxınlığında yerləşir. Əhali sayı 128 624 nəfər (2011-ci ilin siyahıyaalınmasına görə). Əhalinin 82,5 %-i xorvatlardır. == Ümumi məlumat == Şəhər Riyeçina çayının mənsəbində (eyni adlı körfəzə tökülür) yerləşir. Bu çay şəhərə öz adını verib. Riyeka xorvat dilindən tərcümədə elə "çay" mənasını verir. Riyeka ölkənin ən böyük həm sərnişin, həm də yük limanıdır. Şəhərin əsas gəlir mənbələri: liman, gəmiqayırma və turzimdir.
Nissan Primera
Nissan Primera — Nissan avtomobil istehsalçısının D sinfinə məxsus avtomobil ailəsi. Sedan, hetçbek və universal banlarla istehsal olunur.
Prıtıka burnu
Prıtıka burnu (rus. Притыка) — Barens dənizinə daxil olan Kola körfəzinin qərb sahillərində yerləşən burun. Strovı və Dvoryanoy burunları arasında yerləşir. XX əsrin 60-cı illərində Kisloqubinski qabarma elektrik stansiyasının quraşdırılma işləri burunda aparılmışdır. Sonradan isə stansiya dənizə dartma vastəsi ilə aparılmışdır. == Ədəbiyyat == Притыка // Кольская энциклопедия. В 5 т. Т. 4. П — Т / Гл. ред.
Yan Ripka
Yan Rıpka (çex. Jan Rypka; 28 may 1886-29 dekabr 1968)—Çex şərqşünası. == Həyatı == == Yaradıcılığı == Məşhur çex alimi Yan Rıpka belə hesab edir ki, Hafiz Şirazi və Sədidən sonra Saib Təbrizi ən parlaq şairdir. Tanınmış çex şərqşünas filoloqları və tədqiqatçıları Yan Ripka, Zdenki Veselanın bu sahədə xüsusi xidmətləri vardır. Yan Ripka nəinki çex-Azərbaycan ədəbi əlaqələri, bütövlükdə iki xalq arasında mədəni əlaqələrini formalaşmasında çox böyük rolu olan ziyalılardandır. Onun, xüsusilə dahi Azərbaycan klassiki Nizami Gəncəvi yaradıcılığını tədqiq etməsi, şairin əsərlərini çex dilinə tərcümə etməsi çox böyük bəşəri bir hadisə oldu. Yan Ripkanın bu sahədə tədqiqatçılıq fəaliyyəti ötən əsrin 30-cu illərindən başlamışdı ki, bu da görkəmli tədqiqatçını çex-Azərbaycan mədəni əlaqələrinin yaranmasında ilk təşəbbüskarlardan biri kimi səciyyələndirir. Ripkanın "Yeddi gözəl" əsərini tərcümə etməsi 1939-cu ildə başa çatdı. Tərcümə elə həmin il Praqada Avropa ədəbi birliyinin vəsaiti hesabına nəşr olundu. Əsərin tam şəkildə çex dilində nəşri 1943-cü ildə sona çatdı.
Yan Rıpka
Yan Rıpka (çex. Jan Rypka; 28 may 1886-29 dekabr 1968)—Çex şərqşünası. == Həyatı == == Yaradıcılığı == Məşhur çex alimi Yan Rıpka belə hesab edir ki, Hafiz Şirazi və Sədidən sonra Saib Təbrizi ən parlaq şairdir. Tanınmış çex şərqşünas filoloqları və tədqiqatçıları Yan Ripka, Zdenki Veselanın bu sahədə xüsusi xidmətləri vardır. Yan Ripka nəinki çex-Azərbaycan ədəbi əlaqələri, bütövlükdə iki xalq arasında mədəni əlaqələrini formalaşmasında çox böyük rolu olan ziyalılardandır. Onun, xüsusilə dahi Azərbaycan klassiki Nizami Gəncəvi yaradıcılığını tədqiq etməsi, şairin əsərlərini çex dilinə tərcümə etməsi çox böyük bəşəri bir hadisə oldu. Yan Ripkanın bu sahədə tədqiqatçılıq fəaliyyəti ötən əsrin 30-cu illərindən başlamışdı ki, bu da görkəmli tədqiqatçını çex-Azərbaycan mədəni əlaqələrinin yaranmasında ilk təşəbbüskarlardan biri kimi səciyyələndirir. Ripkanın "Yeddi gözəl" əsərini tərcümə etməsi 1939-cu ildə başa çatdı. Tərcümə elə həmin il Praqada Avropa ədəbi birliyinin vəsaiti hesabına nəşr olundu. Əsərin tam şəkildə çex dilində nəşri 1943-cü ildə sona çatdı.
Loma Priyeta zəlzələsi (1989)
Loma Priyeta zəlzələsi - 1989-cu ildə ABŞ-nın San-fransisko və Koliforniyanın ərazisində yerli vaxtla saat 17:04-də baş vermiş Sunami xarakterli zəlzələ.15 saniyə davam etmiş və maqnitudası 6.9 olan təbii fəlakətin törətdiyi dağıntılar zamanı şəhərlərə $5.6 – 6 mlrd. ictisadi ziyan dəymişdir.Dağıntılar altında qalmış və xəsarət almış insanların sayı isə 63 ölü və 3,757 yaralı olmuşdur.
Primera Fila: Hecho Realidad
Primera Fila: Hecho Realidad – Amerikalı pop qrupu Ha*Ashın 1-cü canlı albomudur. 11 noyabr 2014-ci ildə Sony Music Latin tərəfindən nəşr olundu. = Albomdakı mahhnılar = == Standard Edition == CD == Deluxe Edition == CD + DVD DVD == Mənbə == Primera Fila: Hecho Realidad - Genius.
Mari-Luis Koleyra Preka
Mari-Luis Koleyra Preka (malta Marie Louise Coleiro Preca 7 dekabr 1958) — Malta Leyborist Partiyasının üzvü, maltalı siyasətçi, 4 aprel 2014-cü ildən bəri Malta Prezidenti. == Bioqrafiyası == Mari-Luis Koleyra Preka 1958-ci ilin sonunda Malta adasının mərkəzində (o zaman İngilis müstəmləkəsi) Qormi şəhərində anadan olmuşdur. Malta Universitetini bitirib. 1982-1991-ci illərdə baş katib vəzifəsini tutarkən Maltanın Leyboristlər partiyasına rəhbərlik edən ilk qadın olur. Bundan əlavə müxtəlif dövrlərdə sosialist gənclərin milli bürosunun üzvü, partiyanın qadın şöbəsinin müdiri (1996-2001) və partiyanın İl-Ħelsien qəzetinin naşiri vəzifələrində çalışmışdır. 1998-ci ildən Malta Leyboruist Partiyasından Malta Parlamentinə seçilir. Alfred Sant Leyborist Partiyasının lideri vəzifəsindən istefa verdikdə, yeni bir liderin seçilməsində iştirak edir. Lakin heç bir nəticə əldə edə bilmir. 2013-cü ilin mart ayında Cozef Muskat hökumətinə Ailə və Sosial Həmrəylik Naziri olaraq çalışır. 2014-cü ilin mart ayının əvvəlində ölkənin Baş naziri onu Malta prezidenti vəzifəsinə tövsiyə edir və qısa müddətdə bu vəzifəyə təsdiq edilir.