Mari-Luis Koleyra Preka (malta Marie Louise Coleiro Preca 7 dekabr 1958[1]) — Malta Leyborist Partiyasının üzvü, maltalı siyasətçi, 4 aprel 2014-cü ildən bəri Malta Prezidenti[2].
Mari-Luis Koleyra Preka | |
---|---|
ing. Marie Louise Coleiro Preca | |
Doğum tarixi | 7 dekabr 1958[1] (66 yaş) |
Uşağı | 1 |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Partiyası | |
president.gov.mt/il-pres… | |
Vikianbarda əlaqəli mediafayllar |
Mari-Luis Koleyra Preka 1958-ci ilin sonunda Malta adasının mərkəzində (o zaman İngilis müstəmləkəsi) Qormi şəhərində anadan olmuşdur. Malta Universitetini bitirib.
1982-1991-ci illərdə baş katib vəzifəsini tutarkən Maltanın Leyboristlər partiyasına rəhbərlik edən ilk qadın olur. Bundan əlavə müxtəlif dövrlərdə sosialist gənclərin milli bürosunun üzvü, partiyanın qadın şöbəsinin müdiri (1996-2001) və partiyanın İl-Ħelsien qəzetinin naşiri vəzifələrində çalışmışdır. 1998-ci ildən Malta Leyboruist Partiyasından Malta Parlamentinə seçilir. Alfred Sant Leyborist Partiyasının lideri vəzifəsindən istefa verdikdə, yeni bir liderin seçilməsində iştirak edir. Lakin heç bir nəticə əldə edə bilmir. 2013-cü ilin mart ayında Cozef Muskat hökumətinə Ailə və Sosial Həmrəylik Naziri olaraq çalışır. 2014-cü ilin mart ayının əvvəlində ölkənin Baş naziri onu Malta prezidenti vəzifəsinə tövsiyə edir və qısa müddətdə bu vəzifəyə təsdiq edilir[3]. Aprelin 4-də yeni prezident vəzifəyə başlayır.